Skip to content
23 Mart, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 118)
  • Dünya (3. 271)
  • Gündəm (11. 452)
  • İdman (638)
  • İqtisadiyyat (577)
  • Kateqoriyasızlar (475)
  • Kriminal (1. 355)
  • Mədəniyyət (341)
  • Siyasət (2. 970)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Mart 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
« Fev    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Prezident İlham Əliyev Şamaxı Avropa liseyinin yeni binasının açılışında iştirak edib
  • Cəmiyyət
  • Gündəm

Prezident İlham Əliyev Şamaxı Avropa liseyinin yeni binasının açılışında iştirak edib

Prezident İlham Əliyev martın 23-də Heydər Əliyev Fondu tərəfindən inşa edilmiş Şamaxı Avropa liseyinin yeni binasının açılışında iştirak
Cavidan 23 Mart, 2026

Prezident İlham Əliyev martın 23-də Heydər Əliyev Fondu tərəfindən inşa edilmiş Şamaxı Avropa liseyinin yeni binasının açılışında iştirak edib.

Prezidentin köməkçisi Anar Ələkbərov dövlət başçısına liseydə yaradılmış şərait barədə məlumat verdi.

Bildirildi ki, Avropa liseyinin yerləşdiyi əvvəlki bina 1937-ci ildə inşa edilmişdi. Təhsil müəssisəsinin 1987-ci ildə yenidən qurulan binası isə ötən müddətdə istifadəyə yararsız hala düşdüyündən Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən yeni lisey binası inşa olunub.

Üç və dördmərtəbəli 7 korpusdan ibarət 1200 şagird yerlik bu təhsil müəssisəsi rayonun ən böyük məktəblərindəndir. Lisey zəruri mebel və avadanlıqla, fənn kabinetləri və laboratoriyalar isə əyani vəsaitlərlə təchiz edilib.

Burada 50-dən çox sinif otağı, fizika, kimya və biologiya laboratoriyaları, informatika və STEAM, hərbi təlim, tibb və əmək təlimi otaqları, kitabxana, yeməkxana, akt və idman zalları, həmçinin açıq idman meydançası yaradılıb.

Liseyin yeni binası Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən “Yeniləşən Azərbaycana yeni məktəb” Proqramı çərçivəsində inşa edilib.

Qeyd edək ki, Azərbaycanda təhsil sahəsinin inkişafı dövlət siyasətinin əsas prioritetlərindən biridir. Dövlət səviyyəsində bu istiqamətdə həyata keçirilən işlərə Heydər Əliyev Fondu da böyük töhfələr verir. Fondun “Yeniləşən Azərbaycana yeni məktəb” Proqramı çərçivəsində indiyədək ölkəmizdə 500-dən çox məktəb istifadəyə verilib.

Paytaxt Bakı ilə yanaşı, bölgələrdə bu cür layihələrin icrası ilk növbədə regionlarda yaşayan şagirdlərin yüksək səviyyədə təhsil almalarına, onların elmin sirlərinə daha dərindən yiyələnmələrinə hərtərəfli şərait yaradır. Bu, eyni zamanda, ölkəmizdə ümumilikdə təhsil sahəsinin inkişafını əyani şəkildə göstərir.

Continue Reading

Previous: Media: Təbrizə endirilən zərbələr nəticəsində 6 nəfər ölüb

Bölmənin digər xəbərləri

Media: Təbrizə endirilən zərbələr nəticəsində 6 nəfər ölüb
  • Gündəm

Media: Təbrizə endirilən zərbələr nəticəsində 6 nəfər ölüb

23 Mart, 2026
Prezident Şamaxıya gedib – FOTOLAR
  • Cəmiyyət

Prezident Şamaxıya gedib – FOTOLAR

23 Mart, 2026
Polis Azərbaycanda 24 nəfəri saxladı
  • Gündəm

Polis Azərbaycanda 24 nəfəri saxladı

23 Mart, 2026

Top 7 Xəbər

Prezident İlham Əliyev Şamaxı Avropa liseyinin yeni binasının açılışında iştirak edib 1

Prezident İlham Əliyev Şamaxı Avropa liseyinin yeni binasının açılışında iştirak edib

23 Mart, 2026
Media: Təbrizə endirilən zərbələr nəticəsində 6 nəfər ölüb 2

Media: Təbrizə endirilən zərbələr nəticəsində 6 nəfər ölüb

23 Mart, 2026
Azərbaycan boksçuları Debretsendəki beynəlxalq turnirdə 4 medal qazanıblar 3

Azərbaycan boksçuları Debretsendəki beynəlxalq turnirdə 4 medal qazanıblar

23 Mart, 2026
Prezident Şamaxıya gedib – FOTOLAR 4

Prezident Şamaxıya gedib – FOTOLAR

23 Mart, 2026
Polis Azərbaycanda 24 nəfəri saxladı 5

Polis Azərbaycanda 24 nəfəri saxladı

23 Mart, 2026
Bu gün 20 dərəcə isti olacaq – PROQNOZ 6

Bu gün 20 dərəcə isti olacaq – PROQNOZ

23 Mart, 2026
Quterreş Novruz təbrikində sülhsevər və dayanıqlı gələcək arzulayıb 7

Quterreş Novruz təbrikində sülhsevər və dayanıqlı gələcək arzulayıb

21 Mart, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 118)
  • Dünya (3. 271)
  • Gündəm (11. 452)
  • İdman (638)
  • İqtisadiyyat (577)
  • Kateqoriyasızlar (475)
  • Kriminal (1. 355)
  • Mədəniyyət (341)
  • Siyasət (2. 970)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9118) Dünya (3271) Gündəm (11452) Kateqoriyasızlar (475) Kriminal (1355) Mədəniyyət (341) Siyasət (2970) Texnologiya (14) İdman (638) İqtisadiyyat (577)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Prezident İlham Əliyev Şamaxı Avropa liseyinin yeni binasının açılışında iştirak edib 23 Mart, 2026
  • Media: Təbrizə endirilən zərbələr nəticəsində 6 nəfər ölüb 23 Mart, 2026
  • Azərbaycan boksçuları Debretsendəki beynəlxalq turnirdə 4 medal qazanıblar 23 Mart, 2026
  • Prezident Şamaxıya gedib – FOTOLAR 23 Mart, 2026
  • Polis Azərbaycanda 24 nəfəri saxladı 23 Mart, 2026
© Addim.az | MoreNews by AF themes.