Skip to content
17 Avqust, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Azərbaycanda Novruz bayramı qeyd edilir
  • Cəmiyyət
  • Gündəm

Azərbaycanda Novruz bayramı qeyd edilir

Bu gün – martın 20-i Azərbaycanda Novruz bayramı qeyd edilir.Təbiətin, həyatın oyanması Novruzdan başlanır. Azərbaycan xalqı bunu təntənəli
Cavidan 20 Mart, 2026
69bbd169889ea69bb b

Bu gün – martın 20-i Azərbaycanda Novruz bayramı qeyd edilir.

Təbiətin, həyatın oyanması Novruzdan başlanır.

Azərbaycan xalqı bunu təntənəli və həm də yeni ilin, yeni günün – Novruzun gəlişinə azı dörd həftə əvvəldən qeyd etməyə başlayır. Belə ki, hər həftənin ikinci günləri Su, Od, Yel və Torpaq çərşənbələri qeyd olunur. Xalq inamına əsasən birinci çərşənbə günü su və su mənbələri təzələnir, hərəkətə gəlir, ikinci çərşənbədə od, üçüncü çərşənbədə yel, nəhayət dördüncü Torpaq çərşənbəsində təbiət oyanır və bu baharın gəlməsindən xəbər verir.

Azərbaycanlılar bayram süfrəsinə ciddi diqqət yetirirlər. Süfrədə adları s hərfindən başlayan yeddi növ xörək olmalıdır. Süfrədə həmçinin sumax, sirkə, süd, səməni, səbzi və s. olmalıdır. Bunlardan başqa masanın üstünə güzgü və şamlar, güzgünün üstünə boyanmış yumurtalar qoyulur. Bunların da öz rəmzi mənası var: şam – od, işıq deməkdir (hansı ki, insanı bədnəzərdən qoruyur), güzgü aydınlıq rəmzidir.

Ənənəyə görə bayramın ilk günü hamı evdə olmalıdır. Xalq arasında deyirlər: “Əgər bayram günü evdə olmasan, yeddi il evdə olmayacaqsan”. Keçmişdə bir qayda olaraq, çöl qapıları bağlanmırdı. Təzə ilin birinci günü bütün gecə işıqlar söndürülmür, sönmüş od, işıq bədbəxtlik əlamətidir.

Yaz fəslinin Azərbaycana daxil olması martın 20-si Bakı vaxtı ilə saat 18:45:53-ə təsadüf edəcək. Bu zaman gecə ilə gündüz bərabərləşir və Günəş düz şərqdə doğub, qərbdə batır.

Yaz fəslinin uzunluğu 92 gün 17 saat 38 dəqiqə 28 saniyə olacaq.

Xatırladaq ki, UNESCO Novruz bayramını 2009-cu il sentyabrın 30-da qeyri-maddi mədəni irs siyahısına daxil edib.

Post navigation

Previous: Sabah bəzi rayonlarda güclü külək əsəcək, dolu düşəcək – XƏBƏRDARLIQ – YENİLƏNİB
Next: Mehriban Əliyeva Ramazan bayramı münasibətilə paylaşım edib

Bölmənin digər xəbərləri

Screenshot 2026-08-15 162354
  • Dünya

Martda ABŞ bazasını bombalayandan sonra itkin düşən üç iranlı pilotu Qətər əsir götürübmüş

Cavidan 15 Avqust, 2026
Screenshot 2026-08-15 154057
  • Gündəm

İlham Zəkiyev Avropa çempionatında finala vəsiqə qazanıb

Cavidan 15 Avqust, 2026
Screenshot 2026-08-15 144058
  • Dünya

İndoneziyada ölənlərin sayı 38-ə çatdı – YENİLƏNİB

Cavidan 15 Avqust, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (2. 947)
  • Dünya (1. 014)
  • Gündəm (3. 281)
  • İdman (217)
  • İqtisadiyyat (152)
  • Kateqoriyasızlar (193)
  • Kriminal (269)
  • Mədəniyyət (93)
  • Siyasət (397)
  • Texnologiya (15)

Xəbər Trendi

Bir qrup hərbçi və mülki işçi ölümündən sonra “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib Screenshot_20260817_123544_com_android_chrome_ChromeTabbedActivity 1
  • Siyasət

Bir qrup hərbçi və mülki işçi ölümündən sonra “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

17 Avqust, 2026
İlham Əliyev Ukraynanın sabiq Prezidenti Viktor Yuşenko ilə görüşüb Screenshot_20260817_121213_com_android_chrome_ChromeTabbedActivity 2
  • Kateqoriyasızlar

İlham Əliyev Ukraynanın sabiq Prezidenti Viktor Yuşenko ilə görüşüb

17 Avqust, 2026
İlham Əliyev indoneziyalı həmkarını Müstəqillik Günü münasibəti ilə təbrik edib Screenshot_20260817_113528_com_android_chrome_ChromeTabbedActivity 3
  • Siyasət

İlham Əliyev indoneziyalı həmkarını Müstəqillik Günü münasibəti ilə təbrik edib

17 Avqust, 2026
Qaradağda yük maşını aşıb Screenshot_20260817_103637_com_android_chrome_ChromeTabbedActivity 4
  • Kriminal

Qaradağda yük maşını aşıb

17 Avqust, 2026
Premyer Liqada I tura bu gün yekun vurulacaq Screenshot_20260817_092609_com_android_chrome_ChromeTabbedActivity 5
  • Kateqoriyasızlar

Premyer Liqada I tura bu gün yekun vurulacaq

17 Avqust, 2026

BÖLMƏLƏR

Cəmiyyət (2947) Dünya (1014) Gündəm (3281) Kateqoriyasızlar (193) Kriminal (269) Mədəniyyət (93) Siyasət (397) Texnologiya (15) İdman (217) İqtisadiyyat (152)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.