Skip to content
18 Mart, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 095)
  • Dünya (3. 270)
  • Gündəm (11. 433)
  • İdman (638)
  • İqtisadiyyat (577)
  • Kateqoriyasızlar (474)
  • Kriminal (1. 353)
  • Mədəniyyət (340)
  • Siyasət (2. 968)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Mart 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
« Fev    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət
  • Gündəm

TƏBİB bayramlarda gücləndirilmiş rejimdə işləyəcək

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin stansiyaları və TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələri martın 20–27-də gücləndirilmiş
Cavidan 18 Mart, 2026

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin stansiyaları və TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələri martın 20–27-də gücləndirilmiş iş rejimində işləyəcək.

Bu barədə TƏBİB məlumat yayıb.

Bildirilib ki, qeyri-iş günlərində xidməti nəzarətdə saxlamaq üçün məsul şəxslərdən ibarət növbətçilik yaradılacaq, həkim briqadalarının sayı xidməti ştata uyğun təşkil olunacaq.

Novruz bayramı ilə əlaqədar həm xarici ölkələrdən, həm də bölgələrdən xüsusilə Bakı şəhərinə gələn qonaqların sayında artım müşahidə olunduğu üçün təchizat və təminat buna uyğun təşkil olunacaq.

Bakı şəhərində 150 təcili tibbi yardım briqadası, 63 region üzrə isə 280-ə yaxın təcili tibbi yardım briqadası xidmətə hazır vəziyyətə gətirilib. Onlar tibbi ləvazimatlarla, eləcə də dərman preparatları və s. ilə tam təmin olunub.

Bayram günlərində xəstəxanaların qəbul-təcili yardım şöbələri, reanimasiya və intensiv terapiya bölmələri gücləndirilmiş növbətçilik sistemi əsasında fəaliyyət göstərəcək. Təxirəsalınmaz tibbi yardım çərçivəsində cərrahiyyə, travmatologiya, kardiologiya, nevrologiya, pediatriya, həmçinin mamalıq-ginekologiya üzrə ixtisaslı xidmətlərin fasiləsiz təşkili təmin olunacaq.

Eyni zamanda laborator və radioloji diaqnostika xidmətləri təcili müraciətlərin operativ qiymətləndirilməsi üçün hazır vəziyyətdə saxlanılacaq.

Bayram günlərində paytaxt əhalisinin regionlara səfərlərinin artması, kütləvi tədbirlərin təşkili, eləcə də yol-nəqliyyat hadisələrinin sayında mümkün artım nəzərə alınaraq, tibb müəssisələrində əlavə hazırlıq tədbirləri görülüb. Təcili tibbi yardım briqadalarının sayı artırılıb, regionlar üzrə koordinasiya gücləndirilib və ehtiyat tibbi resurslar hazır vəziyyətə gətirilib.

Həmçinin kütləvi tədbirlərin keçirildiyi ərazilərdə və intensiv hərəkət müşahidə olunan istiqamətlərdə operativ tibbi müdaxilə imkanlarının genişləndirilməsi üçün aidiyyəti qurumlarla birgə fəaliyyət təmin edilir.

Continue Reading

Previous: İran XİN: Laricaninin öldürülməsi terror aktıdır
Next: Parlamentdə müəllimlərin maaş artımından danışıldı

Bölmənin digər xəbərləri

SEPAH: Çoxbaşlıqlı raketlərlə ABŞ-ın hərbi bazaları və İsrail ordusunun toplanma məntəqələri vurulub
  • Dünya

SEPAH: Çoxbaşlıqlı raketlərlə ABŞ-ın hərbi bazaları və İsrail ordusunun toplanma məntəqələri vurulub

18 Mart, 2026
Parlamentdə müəllimlərin maaş artımından danışıldı
  • Cəmiyyət

Parlamentdə müəllimlərin maaş artımından danışıldı

18 Mart, 2026
İran XİN: Laricaninin öldürülməsi terror aktıdır
  • Dünya

İran XİN: Laricaninin öldürülməsi terror aktıdır

18 Mart, 2026

Top 7 Xəbər

SEPAH: Çoxbaşlıqlı raketlərlə ABŞ-ın hərbi bazaları və İsrail ordusunun toplanma məntəqələri vurulub 1

SEPAH: Çoxbaşlıqlı raketlərlə ABŞ-ın hərbi bazaları və İsrail ordusunun toplanma məntəqələri vurulub

18 Mart, 2026
Parlamentdə müəllimlərin maaş artımından danışıldı 2

Parlamentdə müəllimlərin maaş artımından danışıldı

18 Mart, 2026
TƏBİB bayramlarda gücləndirilmiş rejimdə işləyəcək 3

TƏBİB bayramlarda gücləndirilmiş rejimdə işləyəcək

18 Mart, 2026
İran XİN: Laricaninin öldürülməsi terror aktıdır 4

İran XİN: Laricaninin öldürülməsi terror aktıdır

18 Mart, 2026
Sabah 20 dərəcə isti olacaq – PROQNOZ 5

Sabah 20 dərəcə isti olacaq – PROQNOZ

18 Mart, 2026
Dövlət qulluqçularının əməkhaqqına əlavələr və mükafatlar ləğv edilir 6

Dövlət qulluqçularının əməkhaqqına əlavələr və mükafatlar ləğv edilir

18 Mart, 2026
Ayağı amputasiya olunan “Canlı şəhid” – Laricaninin yerinə gətirilə bilər 7

Ayağı amputasiya olunan “Canlı şəhid” – Laricaninin yerinə gətirilə bilər

18 Mart, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 095)
  • Dünya (3. 270)
  • Gündəm (11. 433)
  • İdman (638)
  • İqtisadiyyat (577)
  • Kateqoriyasızlar (474)
  • Kriminal (1. 353)
  • Mədəniyyət (340)
  • Siyasət (2. 968)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9095) Dünya (3270) Gündəm (11433) Kateqoriyasızlar (474) Kriminal (1353) Mədəniyyət (340) Siyasət (2968) Texnologiya (14) İdman (638) İqtisadiyyat (577)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • SEPAH: Çoxbaşlıqlı raketlərlə ABŞ-ın hərbi bazaları və İsrail ordusunun toplanma məntəqələri vurulub 18 Mart, 2026
  • Parlamentdə müəllimlərin maaş artımından danışıldı 18 Mart, 2026
  • TƏBİB bayramlarda gücləndirilmiş rejimdə işləyəcək 18 Mart, 2026
  • İran XİN: Laricaninin öldürülməsi terror aktıdır 18 Mart, 2026
  • Sabah 20 dərəcə isti olacaq – PROQNOZ 18 Mart, 2026
© Addim.az | MoreNews by AF themes.