Azərbaycan və Mərkəzi Asiya ölkələri Avropanın təhlükəsizlik arxitekturasının mühüm tərkib hissəsidir.
Bunu Avropa İttifaqının Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Eduard Stiprays XIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən xüsusi sessiyada çıxışında deyib.
O bildirib ki, bu sahədə əməkdaşlıq davam etdirilməlidir.
Diplomat qeyd edib ki, region ölkələri Avropa üçün təhlükəsizlik, sabitlik və iqtisadi əməkdaşlıq baxımından mühüm əhəmiyyət daşıyır.
