İsrail Müdafiə Ordusu son sutka ərzində Beyrutda “Hizbullah”ın komanda məntəqələrini və kəşfiyyat qərargahını vurub.
Bu barədə İsrail ordusu məlumat yayıb.
“Son sutka ərzində İsrail ordusu Beyrutda “Hizbullah”ın infrastrukturuna silsilə zərbələr endirib. Hücumların hədəfi yeraltı silah anbarı və əlavə komanda məntəqələri olub. Həmçinin “Hizbullah”ın hücumlar, kəşfiyyat məlumatlarının toplanması və təbliğat üçün istifadə etdiyi obyekt vurulub”, – məlumatda bildirilib.
Qeyd olunub ki, bu addımlar İsraili və onun vətəndaşlarını “Hizbullah” tərəfindən gələn təhdidlərdən qorumağa yönəlib.
