Skip to content
27 Fevral, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 999)
  • Dünya (3. 222)
  • Gündəm (11. 276)
  • İdman (630)
  • İqtisadiyyat (572)
  • Kateqoriyasızlar (466)
  • Kriminal (1. 341)
  • Mədəniyyət (337)
  • Siyasət (2. 954)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« Yan    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət
  • Gündəm

Milli Məclis Xocalı faciəsinin ildönümü ilə əlaqədar beynəlxalq təşkilatlara müraciət edib

Milli Məclis tərəfindən Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar xarici ölkələrin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına, parlamentlərin beynəlxalq
Cavidan 26 Fevral, 2026

Milli Məclis tərəfindən Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar xarici ölkələrin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına, parlamentlərin beynəlxalq komitələrinə və beynəlxalq parlament təşkilatlarına müraciətlər ünvanlanıb.

Müraciətlərdə Azərbaycan xalqının bu il Ermənistanın Azərbaycan ərazilərini işğalı zamanı törətdiyi Xocalı soyqırımının 34-cü ildönümünü dərin hüznlə yad etdiyi qeyd olunaraq, Xocalı qəsəbəsinin dinc sakinlərinə qarşı törədilmiş bu amansız qətliamın XX əsrdə bəşəriyyətə qarşı həyata keçirilmiş ən ağır və dəhşətli cinayətlərdən biri kimi tarixə düşdüyü vurğulanır.

Bildirilir ki, bu soyqırım zamanı etnik mənsubiyyətlərinə görə 63-ü uşaq, 106-sı qadın və 70-i qoca olmaqla, 613 mülki şəxs qəddarcasına qətlə yetirilib. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə bir valideynini itirib. Qurbanlara qarşı misilsiz qəddarlıqlar törədilib. Meyitlər təhqir edilib, bəzi qurbanlar diri-diri yandırılıb.

Müraciətlərdə deyilir ki, Xocalı soyqırımı beynəlxalq humanitar hüququn, insan hüquqlarının, habelə Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyanın, İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və cəza əleyhinə qarşı Konvensiyanın, İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanın kobud şəkildə pozulmasıdır.

Qeyd olunur ki, 2020-ci ilin 44 günlük Vətən müharibəsi və 2023-cü ilin lokal antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası dövlətimizin və xalqımızın birlik və həmrəyliyini təcəssüm etdirir. Bu gün Xocalı da daxil olmaqla bütün azad edilmiş ərazilərə həyat yenidən qayıdıb. Öz doğma torpaqlarında sülh və təhlükəsizlik şəraitində yaşayan xalqımız Xocalı soyqırımı qurbanlarının xatirəsini əbədi yaşadacaq.

Həmçinin, məhz Azərbaycanın cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Ermənistanla sülh prosesinin başlanması və irəlilədilməsi istiqamətində ilk təşəbbüsü irəli sürdüyü, bu prosesin ötən ilin avqustunda ABŞ-ın Vaşinqton şəhərində “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in paraflanması ilə nəticələndiyi də diqqətə çatdırılır.

Bildirilir ki, bu gün iki ölkə arasında formalaşmış faktiki sülh mühiti Azərbaycanın Ermənistana yük daşınmasına tətbiq etdiyi bütün məhdudiyyətləri aradan qaldırması, neft məhsullarının ixracını təmin etməsi, eləcə də parlament üzvləri və vətəndaş cəmiyyəti nümayəndələri arasında qarşılıqlı dialoq və təmasların genişləndirilməsi kimi bir sıra etimad quruculuğu tədbirləri ilə daha da möhkəmləndirilir.

Müraciətlərdə beynəlxalq əməkdaşlığın, xüsusən də parlamentlərarası dialoqun gücünü nəzərə alaraq, Xocalı soyqırımı barədə məlumatlılığın artırılması və onun beynəlxalq səviyyədə tanınması, eləcə də təqsirkarların məsuliyyətə cəlb edilməsi istiqamətində səylərin davam etdirildiyi, bu faciənin anılmasının təkcə qurbanların xatirəsini yad etmək deyil, həm də gələcəkdə bəşəriyyətə qarşı bu cür cinayətlərin qarşısının alınmasına çağırış olduğu vurğulanır.

Continue Reading

Previous: Boçorişvili: Gürcüstanı regional layihələrdən kənarlaşdırmaq mümkün deyil
Next: İstanbulda terror aktı planlaşdıran 4 nəfər saxlanılıb

Bölmənin digər xəbərləri

Brüssel Rusiyanın Aİ-dəki nümayəndəliyinin heyətini azaldır
  • Dünya

Brüssel Rusiyanın Aİ-dəki nümayəndəliyinin heyətini azaldır

26 Fevral, 2026
DTX-nin əməkdaşları Xocalı soyqırımı qurbanlarının xatirəsini anıblar
  • Cəmiyyət

DTX-nin əməkdaşları Xocalı soyqırımı qurbanlarının xatirəsini anıblar

26 Fevral, 2026
Xocalı Soyqırımı Memorialının açılışından – Fotolar
  • Cəmiyyət

Xocalı Soyqırımı Memorialının açılışından – Fotolar

26 Fevral, 2026

Top 7 Xəbər

Brüssel Rusiyanın Aİ-dəki nümayəndəliyinin heyətini azaldır 1

Brüssel Rusiyanın Aİ-dəki nümayəndəliyinin heyətini azaldır

26 Fevral, 2026
DTX-nin əməkdaşları Xocalı soyqırımı qurbanlarının xatirəsini anıblar 2

DTX-nin əməkdaşları Xocalı soyqırımı qurbanlarının xatirəsini anıblar

26 Fevral, 2026
Ərdoğan: Xocalı qətliamını heç vaxt unutmayacağıq 3

Ərdoğan: Xocalı qətliamını heç vaxt unutmayacağıq

26 Fevral, 2026
Xocalı Soyqırımı Memorialının açılışından – Fotolar 4

Xocalı Soyqırımı Memorialının açılışından – Fotolar

26 Fevral, 2026
İlham Əliyev: Xocalı soyqırımını törədən cinayətkarlar məhkəmə qarşısında cavab verdilər 5

İlham Əliyev: Xocalı soyqırımını törədən cinayətkarlar məhkəmə qarşısında cavab verdilər

26 Fevral, 2026
İstanbulda terror aktı planlaşdıran 4 nəfər saxlanılıb 6

İstanbulda terror aktı planlaşdıran 4 nəfər saxlanılıb

26 Fevral, 2026
Milli Məclis Xocalı faciəsinin ildönümü ilə əlaqədar beynəlxalq təşkilatlara müraciət edib 7

Milli Məclis Xocalı faciəsinin ildönümü ilə əlaqədar beynəlxalq təşkilatlara müraciət edib

26 Fevral, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 999)
  • Dünya (3. 222)
  • Gündəm (11. 276)
  • İdman (630)
  • İqtisadiyyat (572)
  • Kateqoriyasızlar (466)
  • Kriminal (1. 341)
  • Mədəniyyət (337)
  • Siyasət (2. 954)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8999) Dünya (3222) Gündəm (11276) Kateqoriyasızlar (466) Kriminal (1341) Mədəniyyət (337) Siyasət (2954) Texnologiya (14) İdman (630) İqtisadiyyat (572)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Brüssel Rusiyanın Aİ-dəki nümayəndəliyinin heyətini azaldır 26 Fevral, 2026
  • DTX-nin əməkdaşları Xocalı soyqırımı qurbanlarının xatirəsini anıblar 26 Fevral, 2026
  • Ərdoğan: Xocalı qətliamını heç vaxt unutmayacağıq 26 Fevral, 2026
  • Xocalı Soyqırımı Memorialının açılışından – Fotolar 26 Fevral, 2026
  • İlham Əliyev: Xocalı soyqırımını törədən cinayətkarlar məhkəmə qarşısında cavab verdilər 26 Fevral, 2026
© Addim.az | MoreNews by AF themes.