Skip to content
16 Noyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Ana Səhifə
  • Cəmiyyət
  • Milli Məclis Xocalı faciəsinin ildönümü ilə əlaqədar beynəlxalq təşkilatlara müraciət edib
  • Cəmiyyət
  • Gündəm

Milli Məclis Xocalı faciəsinin ildönümü ilə əlaqədar beynəlxalq təşkilatlara müraciət edib

Milli Məclis tərəfindən Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar xarici ölkələrin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına, parlamentlərin beynəlxalq
Cavidan 26 Fevral, 2026
09b3225f-1eb9-3v

Milli Məclis tərəfindən Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar xarici ölkələrin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına, parlamentlərin beynəlxalq komitələrinə və beynəlxalq parlament təşkilatlarına müraciətlər ünvanlanıb.

Müraciətlərdə Azərbaycan xalqının bu il Ermənistanın Azərbaycan ərazilərini işğalı zamanı törətdiyi Xocalı soyqırımının 34-cü ildönümünü dərin hüznlə yad etdiyi qeyd olunaraq, Xocalı qəsəbəsinin dinc sakinlərinə qarşı törədilmiş bu amansız qətliamın XX əsrdə bəşəriyyətə qarşı həyata keçirilmiş ən ağır və dəhşətli cinayətlərdən biri kimi tarixə düşdüyü vurğulanır.

Bildirilir ki, bu soyqırım zamanı etnik mənsubiyyətlərinə görə 63-ü uşaq, 106-sı qadın və 70-i qoca olmaqla, 613 mülki şəxs qəddarcasına qətlə yetirilib. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə bir valideynini itirib. Qurbanlara qarşı misilsiz qəddarlıqlar törədilib. Meyitlər təhqir edilib, bəzi qurbanlar diri-diri yandırılıb.

Müraciətlərdə deyilir ki, Xocalı soyqırımı beynəlxalq humanitar hüququn, insan hüquqlarının, habelə Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyanın, İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və cəza əleyhinə qarşı Konvensiyanın, İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanın kobud şəkildə pozulmasıdır.

Qeyd olunur ki, 2020-ci ilin 44 günlük Vətən müharibəsi və 2023-cü ilin lokal antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası dövlətimizin və xalqımızın birlik və həmrəyliyini təcəssüm etdirir. Bu gün Xocalı da daxil olmaqla bütün azad edilmiş ərazilərə həyat yenidən qayıdıb. Öz doğma torpaqlarında sülh və təhlükəsizlik şəraitində yaşayan xalqımız Xocalı soyqırımı qurbanlarının xatirəsini əbədi yaşadacaq.

Həmçinin, məhz Azərbaycanın cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Ermənistanla sülh prosesinin başlanması və irəlilədilməsi istiqamətində ilk təşəbbüsü irəli sürdüyü, bu prosesin ötən ilin avqustunda ABŞ-ın Vaşinqton şəhərində “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in paraflanması ilə nəticələndiyi də diqqətə çatdırılır.

Bildirilir ki, bu gün iki ölkə arasında formalaşmış faktiki sülh mühiti Azərbaycanın Ermənistana yük daşınmasına tətbiq etdiyi bütün məhdudiyyətləri aradan qaldırması, neft məhsullarının ixracını təmin etməsi, eləcə də parlament üzvləri və vətəndaş cəmiyyəti nümayəndələri arasında qarşılıqlı dialoq və təmasların genişləndirilməsi kimi bir sıra etimad quruculuğu tədbirləri ilə daha da möhkəmləndirilir.

Müraciətlərdə beynəlxalq əməkdaşlığın, xüsusən də parlamentlərarası dialoqun gücünü nəzərə alaraq, Xocalı soyqırımı barədə məlumatlılığın artırılması və onun beynəlxalq səviyyədə tanınması, eləcə də təqsirkarların məsuliyyətə cəlb edilməsi istiqamətində səylərin davam etdirildiyi, bu faciənin anılmasının təkcə qurbanların xatirəsini yad etmək deyil, həm də gələcəkdə bəşəriyyətə qarşı bu cür cinayətlərin qarşısının alınmasına çağırış olduğu vurğulanır.

Xəbəri paylaş
Bəyəndinizsə dostlarınızla paylaşın:
WhatsApp WhatsApp ilə paylaş Telegram Telegram ilə paylaş Facebook Facebook-da paylaş LinkedIn LinkedIn-də paylaş Instagram Instagram üçün linki kopyala Kopyala Xəbərin linkini kopyala

Post navigation

Əvvəlki: Boçorişvili: Gürcüstanı regional layihələrdən kənarlaşdırmaq mümkün deyil
Sonrakı: İstanbulda terror aktı planlaşdıran 4 nəfər saxlanılıb

Bölmənin digər xəbərləri

1794 v)
  • Gündəm

Baş nazir və hökumət üzvləri Milli Məclisin iclasında iştirak edirlər

Cavidan 16 Noyabr, 2026
B
  • Gündəm

Daha bir vəkil həbs edildi – FOTO

Cavidan 16 Noyabr, 2026
  • Cəmiyyət

Bakıda güclü külək 32 ağacı sındırıb

Cavidan 16 Noyabr, 2026

Teqlər

Android AnTuTu Apple AZCON Holding AzInTelecom Azərbaycan Ağacəkmə aksiyası Ağdam biznes Business Epic Games Store Huawei informasiya təhlükəsizliyi innovasiya Lenovo Meta Microsoft Motorola NETTY 2026 Newsbeat Noutbuk OpenAI oyun Oyunlar PCI DSS PS5 Pulsuz Reytinq Rəqəmsal İmza Science Smartfonlar Sony spacex Starlink startap Süni intellekt SİMA İmza Tesla Texnologiya Təhlükəsizlik WebTrust for CA World İlon Mask İnternet Mükafatı İT xəbərləri

Bölmələr

  • Cəmiyyət (3. 446)
  • Dünya (1. 129)
  • Gündəm (3. 526)
  • İdman (262)
  • İqtisadiyyat (179)
  • Kateqoriyasızlar (254)
  • Kriminal (314)
  • Mədəniyyət (98)
  • Siyasət (452)
  • Texnologiya (70)

Xəbər Trendi

Sony PS5-də qrafikanı yaxşılaşdıracaq oyunların siyahısını açıqladı Sony PS5-də qrafikanı yaxşılaşdıracaq oyunların siyahısını açıqladı 1
  • Texnologiya

Sony PS5-də qrafikanı yaxşılaşdıracaq oyunların siyahısını açıqladı

16 Noyabr, 2026
Tesla Cybercab üçün öncədən sifarişləri açdı: aylıq ödəniş və ərazi məhdudiyyətləri var Tesla Cybercab üçün öncədən sifarişləri açdı: aylıq ödəniş və ərazi məhdudiyyətləri var 2
  • Texnologiya

Tesla Cybercab üçün öncədən sifarişləri açdı: aylıq ödəniş və ərazi məhdudiyyətləri var

16 Noyabr, 2026
Sabah Yer kürəsində maqnit qasırğası baş verəcək – XƏBƏRDARLIQ 1794816749_94160811_0_8 v5814b6b4a3282e20340d4b 3
  • Kateqoriyasızlar

Sabah Yer kürəsində maqnit qasırğası baş verəcək – XƏBƏRDARLIQ

16 Noyabr, 2026
Baş nazir və hökumət üzvləri Milli Məclisin iclasında iştirak edirlər 1794 v) 4
  • Gündəm

Baş nazir və hökumət üzvləri Milli Məclisin iclasında iştirak edirlər

16 Noyabr, 2026
Daha bir vəkil həbs edildi – FOTO B 5
  • Gündəm

Daha bir vəkil həbs edildi – FOTO

16 Noyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3446) Dünya (1129) Gündəm (3526) Kateqoriyasızlar (254) Kriminal (314) Mədəniyyət (98) Siyasət (452) Texnologiya (70) İdman (262) İqtisadiyyat (179)

Sayt üzrə statistika

  • 4
  • 500
  • 448
  • 16. 777

«Addim.az günün 24 saatı ərzində ölkədə və dünyada baş verən ən mühüm və aktual hadisələri operativ şəkildə işıqlandırır, cəmiyyəti maraqlandıran suallara cavab axtarır, dərin analitik təhlillər, foto və videohesabatlarla oxucularına informasiya dünyasında hər addımda bələdçilik edir.»

  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.