Skip to content
9 Avqust, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Xocalı soyqırımını törədənlərdən beş nəfəri Azərbaycanda cəzasını alıb
  • Cəmiyyət
  • Gündəm

Xocalı soyqırımını törədənlərdən beş nəfəri Azərbaycanda cəzasını alıb

Xocalı soyqırımının törədilməsində şübhəli bilinən şəxslərdən beşi artıq cəzasını alıb. Fevralın 5-də Bakı Hərbi Məhkəməsi Azərbaycana qarşı bir
Cavidan 26 Fevral, 2026
ktAf1tz5sNdQIiv

Xocalı soyqırımının törədilməsində şübhəli bilinən şəxslərdən beşi artıq cəzasını alıb.

Fevralın 5-də Bakı Hərbi Məhkəməsi Azərbaycana qarşı bir sıra cinayətlərin, o cümlədən müharibə qaydalarının aparılması, insanlıq əleyhinə cinayət, terrorçuluq və digər əməllərdə təqsirləndirilən Ermənistanın 15 vətəndaşını müxtəlif cəzalara məhkum edib.

Onların arasında beş nəfərin ittihamında soyqırımı maddəsi də var.

Belə ki, məhkəmənin qərarı ilə məhkum edilən Arkadi Qukasyan, Bako Sahakyan, Madat Babayan, Davit İşxanyan, Arayik Harutyunyana qarşı irəli sürülmüş ittihamlar arasında Xocalı soyqırımı da var.

Madat Babayan məhkəmədə Xocalı soyqırımında iştirak etdiyini etiraf da edib. O dindirilərkən 1992-ci il fevralın 25-də və 26-da Xocalıda olduğunu təsdiqləyib və deyib:

“Bizi oraya dəstə rəhbərimiz aparmışdı. Adı Henrik Tamrazyan idi. Məqsəd o idi ki, azərbaycanlılar Xocalıdan çıxarılsın”.

O, Xocalıda bütün əmrləri “Xolostoy” ləqəbli Arkadi Şirinyan və Vanik Petrosyanın verdiyini qeyd edərək bildirib:

“Silahsız insanlara atəş açıb onların qətlə yetirilməsi əmrini Vanik verib. Vanik və Arkadi insanların barmaqlarını, meyitlərin qulaqlarını kəsirdilər”.

M.Babayan Xocalıya silahlarla gəldiklərini, zirehli texnikalardan istifadə edildiyini təsdiqləyib. Təqsirləndirilən şəxs silahsız insanların qətlində iştirakını etiraf edib və deyib: “Səhv etmişik”.

O, Xocalıda aralarında uşaqların, qocaların və qadınların da olduğu təxminən 150 meyit gördüyünü, meyitlərin erməni hərbçiləri tərəfindən maşınlara yığılaraq aparıldığını bildirib.

Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə Arayik Harutyunyan, Davit İşxanyan ömürlük, digərləri isə yaşları 65-i keçdiyi üçün 20 il müddətə azadlıqdan məhrum edilib.(Report)

Post navigation

Previous: Prezident İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında iştirak edib
Next: Azərbaycanın Gürcüstana investisiya qoyuluşunun ümumi məbləği açıqlanıb

Bölmənin digər xəbərləri

Screenshot 2026-08-08 151717
  • Dünya

SEPAH: ABŞ İranın şərtlərini qəbul edəndə Hörmüz boğazı mütləq açılacaq

Cavidan 8 Avqust, 2026
Screenshot 2026-08-08 133526
  • Cəmiyyət

Bazar günü Azərbaycanda 40 dərəcə isti olacaq

Cavidan 8 Avqust, 2026
Screenshot 2026-08-08 120607
  • Cəmiyyət

Azərbaycandan tranzit keçməklə Ermənistana 1049 ton buğda göndərildi

Cavidan 8 Avqust, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (2. 905)
  • Dünya (1. 003)
  • Gündəm (3. 256)
  • İdman (213)
  • İqtisadiyyat (149)
  • Kateqoriyasızlar (185)
  • Kriminal (263)
  • Mədəniyyət (92)
  • Siyasət (395)
  • Texnologiya (15)

Xəbər Trendi

Rasional yanaşma qrup maraqlarına qarşı: Vaşinqton razılaşmaları ABŞ-Azərbaycan münasibətlərində yeni dövrün əsası kimi Screenshot 2026-08-08 160001 1
  • Siyasət

Rasional yanaşma qrup maraqlarına qarşı: Vaşinqton razılaşmaları ABŞ-Azərbaycan münasibətlərində yeni dövrün əsası kimi

8 Avqust, 2026
FHN çimərliklərdə təhlükəsizlik qaydaları ilə bağlı əhaliyə müraciət edib Screenshot 2026-08-08 154538 2
  • Dünya

FHN çimərliklərdə təhlükəsizlik qaydaları ilə bağlı əhaliyə müraciət edib

8 Avqust, 2026
SEPAH: ABŞ İranın şərtlərini qəbul edəndə Hörmüz boğazı mütləq açılacaq Screenshot 2026-08-08 151717 3
  • Dünya

SEPAH: ABŞ İranın şərtlərini qəbul edəndə Hörmüz boğazı mütləq açılacaq

8 Avqust, 2026
Rusiyanın Gelencik şəhərində dron təhlükəsi: şəhərin bütün çimərlikləri bağlanıb Screenshot 2026-08-08 142726 4
  • Dünya

Rusiyanın Gelencik şəhərində dron təhlükəsi: şəhərin bütün çimərlikləri bağlanıb

8 Avqust, 2026
Nikol Paşinyan Prezident İlham Əliyevə zəng edib Screenshot 2026-08-08 140006 5
  • Siyasət

Nikol Paşinyan Prezident İlham Əliyevə zəng edib

8 Avqust, 2026

BÖLMƏLƏR

Cəmiyyət (2905) Dünya (1003) Gündəm (3256) Kateqoriyasızlar (185) Kriminal (263) Mədəniyyət (92) Siyasət (395) Texnologiya (15) İdman (213) İqtisadiyyat (149)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.