Skip to content
30 Avqust, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Səhiyyə Nazirliyindən xəbərdarlıq: ödəniş tələbi qanunsuzdur
  • Cəmiyyət
  • Gündəm

Səhiyyə Nazirliyindən xəbərdarlıq: ödəniş tələbi qanunsuzdur

Səhiyyə Nazirliyi obyekt sahiblərinə xəbərdarlıq edib. Nazirlikdən Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin adından qanunsuz yoxlamalar aparıldığı bildirilib. “Son
Cavidan 24 Fevral, 2026
1771935590_manset1-1

Səhiyyə Nazirliyi obyekt sahiblərinə xəbərdarlıq edib.

Nazirlikdən Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin adından qanunsuz yoxlamalar aparıldığı bildirilib.

“Son dövrlərdə Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin adından qanunsuz istifadə olunması halları qeydə alınır.

Belə ki, Mərkəzin adından çıxış edən bəzi şəxslər Bakı şəhərinin müxtəlif rayonlarında, eləcə də respublikanın digər bölgələrində fəaliyyət göstərən obyektlərə yaxınlaşaraq sanitar-epidemioloji vəziyyətin guya qənaətbəxş olmadığı barədə əsassız iddialar irəli sürür, dezinfeksiya, dezinseksiya, deratizasiya və digər xidmətlərin həyata keçirilməsinin zəruri olduğunu bildirir, əks təqdirdə inzibati məsuliyyət tədbirlərinin görüləcəyi ilə bağlı xəbərdarlıq edirlər.

Bununla əlaqədar olaraq bildiririk ki, Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən dövlət sanitariya-epidemioloji nəzarəti çərçivəsində yoxlamalar yalnız qanunla müəyyən edilmiş qaydada həyata keçirilir. Bu zaman vəzifəli şəxslər mütləq qaydada öz xidməti vəsiqələrini təqdim etməli, həmçinin sahibkarlıq subyektlərinə münasibətdə yoxlamanın aparılması barədə qərarın surətini və yoxlamanın sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması haqqında çıxarışı təqdim etməlidirlər.

Rəsmi yoxlamalar yalnız Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin səlahiyyətli əməkdaşları tərəfindən və müvafiq hüquqi əsaslar mövcud olduqda aparılır. Mərkəzin adından istifadə etməklə hər hansı kommersiya xidmətlərinin təklif edilməsi və ya hədə-qorxu yolu ilə ödəniş tələb olunması qanunsuzdur.

Vətəndaşlardan və sahibkarlıq subyektlərindən belə hallarla qarşılaşdıqda dərhal aidiyyəti üzrə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 9103 qaynar xətti, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (012) 421-13-93 nömrəsi və ya Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 102 xidməti vasitəsilə məlumat vermələri xahiş olunur.

Səhiyyə Nazirliyi bir daha vətəndaşları diqqətli olmağa, bu kimi hallara qarşı həssas yanaşmağa və yalnız rəsmi dövlət qurumlarının təqdim etdiyi məlumatlara etibar etməyə çağırır”,-məlumatda deyilir.

Post navigation

Previous: Buraxılış imtahanları keçiriləcək – DİM şagirdlərə çağırış etdi
Next: Gürcüstanlı komitə sədri: Bu qeyri-insani davranışdır 

Bölmənin digər xəbərləri

6a92bea czx
  • Dünya

Rusiya Donetsk və Sumı regionlarında bəzi yerləri ələ keçirib

Cavidan 29 Avqust, 2026
a4642WJYZFWB6fB v
  • Cəmiyyət

Bakıda və Abşeronda təmirlə bağlı 21 marşrutun hərəkət sxemi dəyişdirilib

Cavidan 29 Avqust, 2026
377fb741-90 V
  • Cəmiyyət

Sabah Bakıya və rayonlara yağış yağacaq

Cavidan 29 Avqust, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (3. 033)
  • Dünya (1. 037)
  • Gündəm (3. 328)
  • İdman (225)
  • İqtisadiyyat (156)
  • Kateqoriyasızlar (202)
  • Kriminal (275)
  • Mədəniyyət (93)
  • Siyasət (401)
  • Texnologiya (15)

Xəbər Trendi

Nepalda daşqın nəticəsində ölənlərin sayı 668-ə çatıb – YENİLƏNİB 6a920f89678VZ 1
  • Kateqoriyasızlar

Nepalda daşqın nəticəsində ölənlərin sayı 668-ə çatıb – YENİLƏNİB

29 Avqust, 2026
Rusiya Donetsk və Sumı regionlarında bəzi yerləri ələ keçirib 6a92bea czx 2
  • Dünya

Rusiya Donetsk və Sumı regionlarında bəzi yerləri ələ keçirib

29 Avqust, 2026
Bakıda və Abşeronda təmirlə bağlı 21 marşrutun hərəkət sxemi dəyişdirilib a4642WJYZFWB6fB v 3
  • Cəmiyyət

Bakıda və Abşeronda təmirlə bağlı 21 marşrutun hərəkət sxemi dəyişdirilib

29 Avqust, 2026
Sabah Bakıya və rayonlara yağış yağacaq 377fb741-90 V 4
  • Cəmiyyət

Sabah Bakıya və rayonlara yağış yağacaq

29 Avqust, 2026
İlham Əliyev Şavkat Mirziyoyevi Özbəkistanın müstəqilliyinin 35 illiyi münasibətilə təbrik edib Ky6GtZD1sN3qdmN v 5
  • Cəmiyyət

İlham Əliyev Şavkat Mirziyoyevi Özbəkistanın müstəqilliyinin 35 illiyi münasibətilə təbrik edib

29 Avqust, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3033) Dünya (1037) Gündəm (3328) Kateqoriyasızlar (202) Kriminal (275) Mədəniyyət (93) Siyasət (401) Texnologiya (15) İdman (225) İqtisadiyyat (156)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.