Skip to content
27 İyun, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • BİZİM TƏQVİM: 24 fevralda baş vermiş tarixi hadisələr
  • Cəmiyyət
  • Gündəm

BİZİM TƏQVİM: 24 fevralda baş vermiş tarixi hadisələr

24 fevral 1994-cü ildə Milli Məclis “Xocalı soyqırımı günü haqqında” xüsusi qərar qəbul edib. Qərarda hər il fevralın
Cavidan 24 Fevral, 2026
1771845564_n

24 fevral 1994-cü ildə Milli Məclis “Xocalı soyqırımı günü haqqında” xüsusi qərar qəbul edib. Qərarda hər il fevralın 26-nın Xocalı soyqırımı günü kimi qeyd edilməsi, bu barədə beynəlxalq təşkilatlara məlumat verilməsi nəzərdə tutulub.

Bəs, 24 fevralda dünyada daha hansı hadisələr baş verib?

1. 1793-cü ilin 24 fevralında Osmanı dövlətində Avropa sayağı yeni bir ordu – Nizami-Cedit qurulub.

2. 1942-ci ilin bu günü Rumıniyanın Konstansa limanından hərəkət edən və Fələstinə yəhudiləri aparan Struma gəmisi Qara dənizdə partlayış nəticəsində batdı. Bu hadisədə 800-ə yaxın yəhudi həyatını itirdi, yalnız bir nəfər xilas ola bildi.

3. 24 fevral 1955-ci ildə Türkiyə, İraq, Pakistan və İran arasında Bağdad Paktı imzalandı. Bağdad Paktının digər adı CENTO-dur ki, 1979-cu ilə qədər davam edib.

4. 1977-ci ilin bu günü Türkiyənin fizika üzrə professoru Feza Gürsey Oppenheimer Mükafatına və Eynşteyn Ordeninə layiq görüldü. F.Gürsey Oppenheimer Mükafatını amerikalı fizik S.Qlaşovla bölüşdü.

5. 1988-ci ilin 24 fevralında Azərbaycanın Əsgəran rayonunda ermənilər iki azərbaycanlını qətlə yetiriblər. Bu azərbaycanlılar uzun illər davam edəcək Qarabağ münaqişəsinin ilk qurbanları idilər. 

6. 1991-ci il 24 fevralda Birinci Körfəz Müharibəsində Quru Hərəkatı başladı. Belə ki, İraqın Küveyti işğal etməsilə başlayan I Körfəz Müharibəsində İraqa hava hərəkatından sonra koalisiya qüvvələri tərəfindən quru hərəkatına start verildi. 

7.  Bu gün XXI əsrdə bəşriyyətin ən böyük fəlakətlərindən birinin, Rusiya-Ukrayna müharibəsinin başlamasından 1 il ötür. Çox təəssüf ki, bu müharibənin sonu hələ görünmür.

Ekspertlərin fikrincə mart ayından sonra bu müharibənin daha odlu fazasına daxil olacağıq.

24 fevralda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. Azərbaycanın xalq qəhrəmanı Abbasqulu bəy Şadlinski 1886-cı ilin bu günü İrəvan quberniyasının Böyük Vedi kəndində dünyaya gəlib. Yazıçı Fərman Kərimzadə “Qarlı aşırım” romanında Abbasqulu bəy Şadlinskinin həyat və fəaliyətinə geniş yer ayırıb. (1886-1930)

2. Bu il Azərbaycanın ictimai xadimi Əli bəy Hüseynzadə 24 fevral 1864-cü ildə anadan olub. Uzun müddət alim, həkim, rəssam, şair, tənqidçi, tərcüməçi, müəllim, jurnalist kimi fəaliyyət göstərib və bu sahələrin hər birində özünəməxsus iz qoyub.

Əli bəy Hüseynzadə Əhməd bəy Ağayevlə birlikdə “Həyat” qəzetinə redaktorluq edib, 1906-cı ildə isə “Füyuzat” jurnalını yaradıb.

O, qələm dostları ilə birlikdə yalnız bir jurnal nümunəsi nəşr etməklə məhdudlaşmadılar, füyuzatçılıq xətti-hərəkatını, “Füyuzat” jurnalistikası məktəbini yaratmaqla tarix səhifələrinə öz imzalarını atdılar.AXC dövründə dövlət bayrağında üç rənglə (mavi, qırmızı, yaşıl) simvollaşan Azərbaycan vətəndaşının ideya-mənəvi dəyərləri Əli bəy Hüseynzadənin həmin tezisi və füyuzatçıların tarixi xidmətləri ilə bağlıdır.

3. 20-ci əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, yazıçı, müəllim və ictimai xadim Abdulla Şaiq 1881-ci ilin bu günü dünyaya gəlib.  

4. Müasir Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, Xalq Rəssamı, Əməkdar İncəsənət Xadimi, Dövlət mükafatı laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, “Şərəf” və “Şöhrət” ordenli Oqtay Sadıqzadə 24 fevral 1921-ci ildə anadan olub.

5. Azərbaycan televiziya rejissoru, AzTV-nin “Ədəbi-dram verilişləri” baş redaksiyasının keçmiş baş rejissoru, Əməkdar incəsənət xadimi, ADMİU-nun “Televiziya rejissoru” kafedrasının müdiri, professor Tariyel Vəliyev 24 fevral 1944-cü ildə doğulub.

6. Müğənni, muğan ifaçısı, Xalq artisti Səkinə İsmayılova 24 fevral 1956-cı ildə anadan olub.

7. Futbolçu, “Neftçi” klubunun sabiq üzvü, SSRİ-nin olimpiya yığmasının tərkibində Olompiya çempionu İqor Ponomaryov 24 fevral 1960-cı ildə dünyaya gəlib.

8. Milli Qəhrəman, Xocalı şəhidi İnqilab İsmayılov 1964-cü ilin bu günündə doğulub.

Bizim.Media

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Ukraynada liseydə təlim sursatı partlayıb, iki şagird xəsarət alıb
Next: Bu gün Novruzun ilk – Su çərşənbəsidir

Bölmənin digər xəbərləri

25ab3361-167b-303c-a b
  • Gündəm

Ursula fon der Lyayen iyulun 1-də Azərbaycana səfər edəcək

Cavidan 26 İyun, 2026
fbfdc797-b v
  • Cəmiyyət

Mehriban Əliyeva 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib

Cavidan 26 İyun, 2026
4ba9ea40-9cbb-36 V
  • Cəmiyyət

Prezidentin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb

Cavidan 26 İyun, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 649)
  • Dünya (3. 419)
  • Gündəm (11. 900)
  • İdman (668)
  • İqtisadiyyat (602)
  • Kateqoriyasızlar (518)
  • Kriminal (1. 406)
  • Mədəniyyət (354)
  • Siyasət (3. 007)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Ursula fon der Lyayen iyulun 1-də Azərbaycana səfər edəcək 25ab3361-167b-303c-a b 1
  • Gündəm

Ursula fon der Lyayen iyulun 1-də Azərbaycana səfər edəcək

26 İyun, 2026
Venesuela Səhiyyə Nazirliyi: Zəlzələlər nəticəsində 235 nəfər ölüb, 4,3 min nəfər xəsarət alıb IvOgpFZXEC50m2XjmOv 2
  • Dünya

Venesuela Səhiyyə Nazirliyi: Zəlzələlər nəticəsində 235 nəfər ölüb, 4,3 min nəfər xəsarət alıb

26 İyun, 2026
ABŞ yığması DÇ-2026-da tarixi qol rekordunu yeniləyib 1mYgenY6Cy9DaaHzyv 3
  • İdman

ABŞ yığması DÇ-2026-da tarixi qol rekordunu yeniləyib

26 İyun, 2026
Mehriban Əliyeva 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib fbfdc797-b v 4
  • Cəmiyyət

Mehriban Əliyeva 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib

26 İyun, 2026
Prezidentin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb 4ba9ea40-9cbb-36 V 5
  • Cəmiyyət

Prezidentin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb

26 İyun, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9649) Dünya (3419) Gündəm (11900) Kateqoriyasızlar (518) Kriminal (1406) Mədəniyyət (354) Siyasət (3007) Texnologiya (15) İdman (668) İqtisadiyyat (602)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.