Skip to content
21 Fevral, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 954)
  • Dünya (3. 209)
  • Gündəm (11. 212)
  • İdman (627)
  • İqtisadiyyat (571)
  • Kateqoriyasızlar (463)
  • Kriminal (1. 339)
  • Mədəniyyət (335)
  • Siyasət (2. 947)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« Yan    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət
  • Gündəm

Yanğınların artmasının səbəbi nədir? – AÇIQLAMA

Son günlər Azərbaycanda yanğın hadisələri intensiv xarakter alıb. Belə ki, iki gün əvvəl Bərdə, Yevlax, Beyləqan, habelə Şəki
Cavidan 21 Fevral, 2026

Son günlər Azərbaycanda yanğın hadisələri intensiv xarakter alıb. Belə ki, iki gün əvvəl Bərdə, Yevlax, Beyləqan, habelə Şəki rayonunun dağlıq ərazilərində, bu gün isə Cəbrayıl rayonu, Cocuq Mərcanlı kəndi yaxınlığında açıq ərazidə yanğın hadisələri qeydə alınıb.

Xüsusilə fevral ayında bu cür halların müşahidə olunması narahatlıq yaratmaqla bərabər, eyni zamanda yanğınların intensivləşməsinin mövsümi faktorlarla, yoxsa başqa amillərlə bağlı olması barədə bir sıra suallar yaradır.

Mövzu ilə bağlı Modern.az-a açıqlamasında Elm və Təhsil Nazirliyi Coğrafiya İnstitutunun şöbə müdiri, coğrafiya elmləri doktoru Səid Səfərov bildirib ki, intensiv xarakter almış yanğınlar hazırda ölkə ərazisində hökm sürən küləkli hava şəraiti ilə əlaqədardır.

“Xüsusilə dağətəyi və yaxın aran ərazilərində föhn hadisəsinin baş vermə ehtimalı yüksəkdir. Bunun müxtəlif səbəbləri var.

Əgər bu proses bir neçə rayonda eyni vaxtda müşahidə olunursa, bu, əsasən hava axınlarının dağ silsiləsinə doğru hərəkəti ilə bağlıdır. Hava kütləsi dağa doğru irəlilədikcə dağ silsiləsi onun qarşısını kəsir. Yuxarı qalxdıqca hava soyuyur, kondensasiya səviyyəsinə çatır, buludlar yaranır və yağıntılar müşahidə olunur”.

Onun sözlərinə görə, hava kütləsi dağın zirvəsini qalxdıqdan sonra əks yamacla sürətlə səviyyəyə aşağı enməyə başlayır:

“Enmə zamanı hava sürətlə isinərək quruyur. Nəticədə çox güclü, isti və quru külək formalaşır. Bu zaman havanın nisbi rütubəti kəskin şəkildə azalır, bəzən 9-11 faizə, hətta daha aşağı səviyyəyə düşə bilir”.

S.Səfərov onu da əlavə edib ki, belə şərait yanğınların baş verməsi üçün münbit bir şərait yaradır:

“Quru və isti hava, güclü küləklə birlikdə, hətta kiçik bir qığılcımın belə meşə və ya kənd yerlərində, məsələn, ot tayalarında böyük yanğınların baş verməsinə gətirib çıxarır ki, bu cür yanğınlar da qısa müddətdə geniş ərazilərə yayıla bilir”.

O həmçinin xatırladıb ki, oxşar hadisələr bir neçə il əvvəl Daşkəsən və Astara rayonlarında da baş verib.

“Təxminən 2003-2004-cü illərdə Daşkəsən rayonunda mart ayında baş vermiş belə bir hadisə nəticəsində kəndlərdən biri demək olar ki, tamamilə yanmışdı.

Bundan əlavə, küləyin istiqamətindən asılı olaraq dağın bir tərəfində yağıntı müşahidə olunduğu halda, digər tərəfində föhn hadisəsi, yəni quru və isti havanın dağdan sürətlə aşağı enməsi baş verir. Bu isə həm güclü küləklərə, həm ağacların qırılmasına, eləcə də havanın temperaturunun artması və rütubətin azalması səbəbilə yanğın riskinin yüksəlməsinə gətirib çıxarır”, – S.Səfərov bildirib.

Continue Reading

Previous: Federasiyaya yeni baş katib təyin edildi
Next: Heyvandarlıq məhsullarının istehsalı azalıb

Bölmənin digər xəbərləri

Müdafiə Nazirliyinin rəhbər heyəti hava hücumundan müdafiə bölmələrinin fəaliyyətini yoxlayıb
  • Gündəm

Müdafiə Nazirliyinin rəhbər heyəti hava hücumundan müdafiə bölmələrinin fəaliyyətini yoxlayıb

21 Fevral, 2026
Heyvandarlıq məhsullarının istehsalı azalıb
  • Cəmiyyət

Heyvandarlıq məhsullarının istehsalı azalıb

21 Fevral, 2026
Federasiyaya yeni baş katib təyin edildi
  • Cəmiyyət

Federasiyaya yeni baş katib təyin edildi

21 Fevral, 2026

Top 7 Xəbər

Müdafiə Nazirliyinin rəhbər heyəti hava hücumundan müdafiə bölmələrinin fəaliyyətini yoxlayıb 1

Müdafiə Nazirliyinin rəhbər heyəti hava hücumundan müdafiə bölmələrinin fəaliyyətini yoxlayıb

21 Fevral, 2026
Heyvandarlıq məhsullarının istehsalı azalıb 2

Heyvandarlıq məhsullarının istehsalı azalıb

21 Fevral, 2026
Yanğınların artmasının səbəbi nədir? – AÇIQLAMA 3

Yanğınların artmasının səbəbi nədir? – AÇIQLAMA

21 Fevral, 2026
Federasiyaya yeni baş katib təyin edildi 4

Federasiyaya yeni baş katib təyin edildi

21 Fevral, 2026
Azərbaycandan Ermənistana Gürcüstan vasitəsilə neft məhsullarının daşınması ucuzlaşıb 5

Azərbaycandan Ermənistana Gürcüstan vasitəsilə neft məhsullarının daşınması ucuzlaşıb

21 Fevral, 2026
Rusiya Xarkova zərbələr endirib, ölən və yaralananlar var 6

Rusiya Xarkova zərbələr endirib, ölən və yaralananlar var

21 Fevral, 2026
Xalq artistinin oğluna nazirlikdə vəzifə verildi – Rütbəsi artırıldı 7

Xalq artistinin oğluna nazirlikdə vəzifə verildi – Rütbəsi artırıldı

21 Fevral, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 954)
  • Dünya (3. 209)
  • Gündəm (11. 212)
  • İdman (627)
  • İqtisadiyyat (571)
  • Kateqoriyasızlar (463)
  • Kriminal (1. 339)
  • Mədəniyyət (335)
  • Siyasət (2. 947)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8954) Dünya (3209) Gündəm (11212) Kateqoriyasızlar (463) Kriminal (1339) Mədəniyyət (335) Siyasət (2947) Texnologiya (14) İdman (627) İqtisadiyyat (571)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Müdafiə Nazirliyinin rəhbər heyəti hava hücumundan müdafiə bölmələrinin fəaliyyətini yoxlayıb 21 Fevral, 2026
  • Heyvandarlıq məhsullarının istehsalı azalıb 21 Fevral, 2026
  • Yanğınların artmasının səbəbi nədir? – AÇIQLAMA 21 Fevral, 2026
  • Federasiyaya yeni baş katib təyin edildi 21 Fevral, 2026
  • Azərbaycandan Ermənistana Gürcüstan vasitəsilə neft məhsullarının daşınması ucuzlaşıb 21 Fevral, 2026
© Addim.az | MoreNews by AF themes.