Skip to content
17 Oktyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Ana Səhifə
  • Cəmiyyət
  • BİZİM TƏQVİM: 20 fevralda baş vermiş tarixi hadisələr
  • Cəmiyyət
  • Gündəm

BİZİM TƏQVİM: 20 fevralda baş vermiş tarixi hadisələr

20 fevral 1988-ci ildə Dağlıq Qarabağ Muxtar Vilayəti Xalq Deputatları Sovetinin sessiyası vilayətin Ermənistana birləşdirilməsi tələbilə SSRİ Ali
Cavidan 20 Fevral, 2026
1771498167_1771411410_17709044v_1765804403_1

20 fevral 1988-ci ildə Dağlıq Qarabağ Muxtar Vilayəti Xalq Deputatları Sovetinin sessiyası vilayətin Ermənistana birləşdirilməsi tələbilə SSRİ Ali Soveti qarşısında vəsatət qaldırdı.

Bu qanunsuz tələb Qarabağın Azərbaycandan qoparılması istiqamətində sovet rəhbərliyinin yürütdüyü riyakar siyasətin növbəti mərhələsi oldu. Sonrakı faciəvi hadisələr məhz bundan sonra başladı.  

Bəs, 20 fevralda dünyada daha hansı hadisələr baş verib?

1. 1798-ci ilin 20 fevralında Lui Aleksandr Bertye Roma papası VI Piyi taxtdan salıb.

2. Dünyanın ən böyük və ən məşhur muzeylərindən biri olan “Metropoliten Muzey of Art” 1872-ci ilin 20 fevralında Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində açılıb.

3. İstanbulda ilk elektrikli tramvay 1914-cü ilin 20 fevral günündən işə düşüb. Bu tarixdən etibarən şəhərdə 1869-ci ildən olan atlı tramvay yerini elektrik tramvaya təhvil verib. 

4. 20 fevral 1835-ci ildə Çilinin Konsepsion şəhəri zəlzələ nəticəsində dağılıb.

5. 1970-ci ilin bu günü dövrün Türkiyə dövlət başçısı Cövdət Sunay və Baş nazir Süleyman Dəmirəl tərəfindən mərasimlə İstanbul Boğaziçi körpüsünün təməli atılıb. Asiya və Avropa qitələrini birləşdirən körpü üç ilə tamamlanıb. Boğaziçi körpüsü Qara dənizlə Mərmərə dənizini bir-birinə bağlayan və İstanbul boğazı üzərində yer alan üç asma körpüdən biridir. 

6. 20 fevral 1986-cı ildə SSRİ “Mir” orbital stansiyasının əsas blokunu Yerətrafı orbitə çıxardıb.

7. 2007-ci ildə BMT Baş Məclisinin qərarı ilə hər il fevralın 20-si bütün dünyada Sosial Ədalət Günü kimi qeyd olunur. Sosial Ədalət millətlərin dinc yanaşı yaşaması və inkişaf etməsi üçün ən ümdə pronsiplərdən sayılır.

20 fevralda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. Azərbaycan maarifpərvəri Mirzə Hüseyn Əfəndi Qayıbzadə 1830-cu ildə anadan olub. Mirzə Hüseyn Əfəndi Qayıbzadənin 4 cilddən ibarət “Azərbaycanda məhşur olan şüəranın əşarına məcmuə”si klassik irsin öyrənilməsi üçün əhəmiyyətlidir. Bu məcmuədə 18-19-cu əsrlərdə yaşamış 100-dən çox Azərbaycan şairinin əsərlərindən nümunələr verilib. (1830-1917)

2. 20 fevral görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun xatirə günüdür. F.Əmirov uzun illər Azərbaycan Bəstəkarlar İttifaqının katibi olub. Onun “Sevil” operası dramaturji yığcamlığı, xalq ruhuna yaxın olması və gözəl melodiyaları ilə səciyyələnir. Fikrət Əmirov simfonik muğam janrının yaradıcısı, bir çox romans və mahnının müəllifidir. 

Onun “Min bir gecə” baleti dünyanın bir çox ölkəsində tanınır. Bəstəkar 1984-cü ilin bu günü dünyasını dəyişib. (1922-1984)

3. Şair, dramaturq, tərcüməçi, AYB-nin üzvü, Azərbaycan SSR əməkdar incəsənət xadimi Əliağa Kürçaylı 20 fevral 1928-ci ildə dünyaya göz açıb.

4. Azərbaycan xanəndəsi, professor, Xalq artisti Milli Konservatoriyanın “Muğam” kafedrasının müdiri Arif Babayev 20 fevral 1938-ci ildə anadan olub. 

5. Rusiyalı jurnalist, teleaparıcı İradə Zeynalova 20 fevral 1972-ci ildə anadan olub. O, NTV-də “Vesti nedeli”( ‘Həftə nəticələri’) proqramının müəllifi və aparıcısı (2016-cı ildən). Bundan əvvəl Kanal Birdə (2012-2016) “Vremya” (“Vaxt”) proqramının bazar buraxılışına ev sahibliyi edib. Rusiya Televiziyası Akademiyasının üzvü, jurnalist Svetlana Zeynalovanın böyük bacısıdır. (Bizim.Media)

Xəbəri paylaş
Bəyəndinizsə dostlarınızla paylaşın:
WhatsApp WhatsApp ilə paylaş Telegram Telegram ilə paylaş Facebook Facebook-da paylaş LinkedIn LinkedIn-də paylaş Instagram Instagram üçün linki kopyala Kopyala Xəbərin linkini kopyala

Post navigation

Əvvəlki: Bakının iki rayonunda qaz təchizatı dayandırılacaq
Sonrakı: Azərbaycan neftinin qiyməti 73 dollara yaxınlaşıb

Bölmənin digər xəbərləri

buTjbMbyi6_1200 (1)
  • Cəmiyyət

Bazar günü Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq

Cavidan 17 Oktyabr, 2026
cSbeaGkhvXU0 v
  • Cəmiyyət

Zabrat–Maştağa avtomobil yolununun bir hissəsi bağlanıb

Cavidan 17 Oktyabr, 2026
Ni14yWlichJYsbfPxGKVaqc b
  • Cəmiyyət

Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür

Cavidan 17 Oktyabr, 2026

Teqlər

2026 Aktiv yaddaş Alış-veriş Android AnTuTu Apple AzInTelecom Bankçılıq bazar Bee Birbank Business ChatGPT Counterpoint Research Elektron ticarət Fitbit Edge Fitnes-qolbaq Fujifilm Gadget geympad Google Google Chrome Instax Square 2 iPad Pro iPhone 18 Pro Mastercard Meta Muse Wonder Newsbeat oyun Planşetlər Pul köçürmələri Qadcetlər Reytinq Rəqəmsal İmza Samsung Science smartfon Smartfonlar Süni intellekt SİMA İmza Texnologiya Tədqiqat World İT xəbərləri

Bölmələr

  • Cəmiyyət (3. 302)
  • Dünya (1. 084)
  • Gündəm (3. 465)
  • İdman (251)
  • İqtisadiyyat (170)
  • Kateqoriyasızlar (238)
  • Kriminal (301)
  • Mədəniyyət (97)
  • Siyasət (440)
  • Texnologiya (17)

Xəbər Trendi

Valeh Ələsgərov “Şərəf” ordeni ilə təltif edilib Screenshot_20261017_160409_com_android_chrome_ChromeTabbedActivity 1
  • Kateqoriyasızlar

Valeh Ələsgərov “Şərəf” ordeni ilə təltif edilib

17 Oktyabr, 2026
ChatGPT artıq Google Chrome-da açıq tablarla işləyə bilir ChatGPT artıq Google Chrome-da açıq tablarla işləyə bilir 2
  • Texnologiya

ChatGPT artıq Google Chrome-da açıq tablarla işləyə bilir

17 Oktyabr, 2026
Amazon söhbətlərin yazılması və təhlili üçün Bee süni intellekt qadcetlərini təqdim etdi Amazon söhbətlərin yazılması və təhlili üçün Bee süni intellekt qadcetlərini təqdim etdi 3
  • Texnologiya

Amazon söhbətlərin yazılması və təhlili üçün Bee süni intellekt qadcetlərini təqdim etdi

17 Oktyabr, 2026
Bazar günü Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq buTjbMbyi6_1200 (1) 4
  • Cəmiyyət

Bazar günü Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq

17 Oktyabr, 2026
Zabrat–Maştağa avtomobil yolununun bir hissəsi bağlanıb cSbeaGkhvXU0 v 5
  • Cəmiyyət

Zabrat–Maştağa avtomobil yolununun bir hissəsi bağlanıb

17 Oktyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3302) Dünya (1084) Gündəm (3465) Kateqoriyasızlar (238) Kriminal (301) Mədəniyyət (97) Siyasət (440) Texnologiya (17) İdman (251) İqtisadiyyat (170)

Sayt üzrə statistika

  • 1
  • 108
  • 96
  • 5. 004

«Addim.az günün 24 saatı ərzində ölkədə və dünyada baş verən ən mühüm və aktual hadisələri operativ şəkildə işıqlandırır, cəmiyyəti maraqlandıran suallara cavab axtarır, dərin analitik təhlillər, foto və videohesabatlarla oxucularına informasiya dünyasında hər addımda bələdçilik edir.»

  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.