Skip to content
16 Oktyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Ana Səhifə
  • Cəmiyyət
  • Azərbaycanda xarici məhkəmə qətnamələri icra olunur
  • Cəmiyyət
  • Gündəm

Azərbaycanda xarici məhkəmə qətnamələri icra olunur

Xarici məhkəmələrin qətnamələrinin tanınması və icrası barədə işlər üzrə icraat göstəricilərində artım müşahidə olunub. Bu barədə məlumat Azərbaycan
Cavidan 19 Fevral, 2026
1771498968_mehkeme

Xarici məhkəmələrin qətnamələrinin tanınması və icrası barədə işlər üzrə icraat göstəricilərində artım müşahidə olunub.

Bu barədə məlumat Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2025-ci il üzrə fəaliyyətinə dair hesabatında öz əksini tapıb. 

2024-cü ildə bu kateqoriya üzrə cəmi icraat 372 iş olduğu halda, 2025-ci ildə bu rəqəm 416-ya yüksəlib ki, bu da 11,8 faiz artım deməkdir. Ötən hesabat dövründən qalıq keçən işlərin sayı 39-dan 49-a çatıb və 25,6 faiz artım qeydə alınıb. 

Hesabat dövründə daxil olan işlər 333-dən 367-yə yüksəlib ki, bu da 10,2 faiz artım deməkdir.

Yekunlaşdırılmış işlərin sayı 2024-cü ildə 323, 2025-ci ildə isə 378 olub. Beləliklə, 17 faiz artım qeydə alınıb. Növbəti hesabat dövrünə qalıq keçən işlər isə 49-dan 38-ə enərək 22 faiz azalıb.

Yekunlaşdırılmış 378 iş üzrə qətnamələrin tanınma və icra proseduruna görə təhlil göstərir ki, 324 iş (85,7 faiz) xarici məhkəmə qətnamələrinin tanınması, 54 iş (14,3 faiz) isə həm tanınması, həm də icrası ilə bağlı olub. 2024-cü ildə bu göstəricilər müvafiq olaraq 277 iş (89,4 faiz) və 46 iş (10,6 faiz) təşkil edib.

Bundan əlavə, mübahisələrin mahiyyətinə görə bölgüdə 338 iş və ya 89,4 faiz nikahın pozulması ilə bağlı olub. Aliment tələbi üzrə 11 iş (2,9 faiz), uşağın yaşayış yerinin müəyyən edilməsi üzrə 5 iş (1,3 faiz), uşaqlığa götürmə üzrə 2 iş (0,5 faiz), adın dəyişdirilməsi üzrə 2 iş (0,5 faiz), pul vəsaitinin tutulması üzrə 16 iş (4,2 faiz), vərəsəlik şəhadətnaməsinin verilməsi üzrə 1 iş (0,3 faiz) qeydə alınıb. Ümumi yekunlaşdırılmış işlərin sayı isə 378 olub.

Xəbəri paylaş
Bəyəndinizsə dostlarınızla paylaşın:
WhatsApp WhatsApp ilə paylaş Telegram Telegram ilə paylaş Facebook Facebook-da paylaş LinkedIn LinkedIn-də paylaş Instagram Instagram üçün linki kopyala Kopyala Xəbərin linkini kopyala

Post navigation

Əvvəlki: Belarus və Azərbaycan Qarabağda birgə layihələri müzakirə edib
Sonrakı: Dmitriyev: Rusiyanın sanksiyaların ləğvi üçün ABŞ-a 12 trilyonluq layihə təklifi barədə xəbər saxtadır

Bölmənin digər xəbərləri

qeza__1_
  • Cəmiyyət

Avtomobil TIR-la toqquşdu – Ölən və yaralananlar var

Cavidan 16 Oktyabr, 2026
6ad20c5e54b746ad20c5e5v
  • Cəmiyyət

Azərbaycanın Baş Qərargah rəisi NATO-nun nümayəndə heyəti ilə görüşüb

Cavidan 16 Oktyabr, 2026
tzwFEebTOuIZtyvDbnYv
  • Cəmiyyət

Paşinyan və Pezeşkian İrəvanda ikitərəfli münasibətləri müzakirə ediblər

Cavidan 16 Oktyabr, 2026

Teqlər

2026 Aktiv yaddaş Alış-veriş Android ani çap AnTuTu Apple Azerbaijan Business Women AzInTelecom Birbank Business Counterpoint Research Elektron ticarət Fitbit Edge Fitnes-qolbaq fotoaparat Fujifilm Gadget geympad Google Instax Square 2 iPad Pro iPhone 18 Pro Mastercard Meta Microsoft Muse Wonder Newsbeat oyun Planşetlər Pul köçürmələri Reytinq Rəqəmsal İmza Samsung Science SheMatters Pakistan smartfon Smartfonlar Süni intellekt SİMA İmza Texnologiya Tədqiqat World Xbox Xbox Nano Controller

Bölmələr

  • Cəmiyyət (3. 299)
  • Dünya (1. 083)
  • Gündəm (3. 463)
  • İdman (250)
  • İqtisadiyyat (170)
  • Kateqoriyasızlar (236)
  • Kriminal (300)
  • Mədəniyyət (97)
  • Siyasət (440)
  • Texnologiya (15)

Xəbər Trendi

Avtomobil TIR-la toqquşdu – Ölən və yaralananlar var qeza__1_ 1
  • Cəmiyyət

Avtomobil TIR-la toqquşdu – Ölən və yaralananlar var

16 Oktyabr, 2026
Prezidentin AQEM Sammitində sülh, əməkdaşlıq, təhlükəsizlik çağırışları BVSpZcyrH8UTPC4Mpmn 2
  • Siyasət

Prezidentin AQEM Sammitində sülh, əməkdaşlıq, təhlükəsizlik çağırışları

16 Oktyabr, 2026
Azərbaycanın Baş Qərargah rəisi NATO-nun nümayəndə heyəti ilə görüşüb 6ad20c5e54b746ad20c5e5v 3
  • Cəmiyyət

Azərbaycanın Baş Qərargah rəisi NATO-nun nümayəndə heyəti ilə görüşüb

16 Oktyabr, 2026
Paşinyan və Pezeşkian İrəvanda ikitərəfli münasibətləri müzakirə ediblər tzwFEebTOuIZtyvDbnYv 4
  • Cəmiyyət

Paşinyan və Pezeşkian İrəvanda ikitərəfli münasibətləri müzakirə ediblər

16 Oktyabr, 2026
Birbank-da pul köçürmələrini SİMA İmza ilə təsdiqləyin Birbank-da pul köçürmələrini SİMA İmza ilə təsdiqləyin 5
  • Texnologiya

Birbank-da pul köçürmələrini SİMA İmza ilə təsdiqləyin

16 Oktyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3299) Dünya (1083) Gündəm (3463) Kateqoriyasızlar (236) Kriminal (300) Mədəniyyət (97) Siyasət (440) Texnologiya (15) İdman (250) İqtisadiyyat (170)

Sayt üzrə statistika

  • 0
  • 87
  • 80
  • 4. 897

«Addim.az günün 24 saatı ərzində ölkədə və dünyada baş verən ən mühüm və aktual hadisələri operativ şəkildə işıqlandırır, cəmiyyəti maraqlandıran suallara cavab axtarır, dərin analitik təhlillər, foto və videohesabatlarla oxucularına informasiya dünyasında hər addımda bələdçilik edir.»

  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.