Skip to content
13 Mart, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 075)
  • Dünya (3. 262)
  • Gündəm (11. 402)
  • İdman (636)
  • İqtisadiyyat (575)
  • Kateqoriyasızlar (472)
  • Kriminal (1. 351)
  • Mədəniyyət (340)
  • Siyasət (2. 965)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Mart 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
« Fev    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət

İmtahanlar niyə tədris ili bitməmiş keçirilir? – DİM sədrindən AÇIQLAMA

“Bu dərs ilində buraxılış imtahanlarının ikinci yarımilin ortasında keçirilməsi nəzərdə tutulduğu üçün Azərbaycan dili, riyaziyyat və xarici dil
Cavidan 13 Yanvar, 2022

“Bu dərs ilində buraxılış imtahanlarının ikinci yarımilin ortasında keçirilməsi nəzərdə tutulduğu üçün Azərbaycan dili, riyaziyyat və xarici dil fənlərindən tədrisi həmin dövrə təsadüf edən mövzular proqrama salınmayıb”.

Bu barədə DİM-in Direktorlar Şurasının Sədri Məleykə Abbaszadənin tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı üçün “Abituriyent” jurnalının xüsusi buraxılışında yer alan oxuculara müraciətində bildirilib.

DİM sədri qeyd edib ki, həmin mövzular ali təhsil müəssisələrinə qəbul imtahanı proqramlarına daxil ediləcək.

M.Ababszadə əlavə edib ki, buraxılış imtahanlarının elmi-statistik təhlilləri həm 9, həm də 11-ci siniflər üzrə keçirilmiş buraxılış imtahanlarında tətbiq olunan imtahan modellərinin fənn kurikulumlarının tələblərinə və dərsliklərin məzmununa tam uyğun olduğunu təsdiq edir: “Bu il də buraxılış imtahanları mövcud qaydalar əsasında fənn kurikulumlarının tələblərinə uyğun keçiriləcək. Məlumat üçün bildiririk ki, bilik və bacarıqlar müvafiq fənn kurikulumlarına uyğun olaraq aşağı siniflərdən etibarən öyrədilir və formalaşdırılır. 1-ci sinifdən 11-ci sinifədək ayrı-ayrı fənlər, o cümlədən tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə kurikulumların müəyyən etdiyi məzmun xətləri dəyişmir, tələbləri isə sadədən mürəkkəbə doğru dəyişir. Tədris proqramlarına görə xarici dil fənnindən 9-cu sinifdə, tədris dili və riyaziyyat fənləri üzrə isə 11-ci sinifdə dərs ilinin birinci yarımilində əsas bilik və bacarıqlar formalaşmış olur. Qeyd olunanlar nəzərə alınaraq, buraxılış imtahanları dərs ilinin ikinci yarısında istənilən vaxtda keçirilə bilər”.

Məlumat üçün bildirək ki, ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı üçün “Abituriyent” jurnalının xüsusi buraxılışları növbəti həftə ərzində nəşr olunacaq. Jurnalın bu xüsusi buraxılışlarında 9 və 11 illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı üçün fənlər üzrə alt standartlar, proqramlar, tapşırıq nümunələri, qiymətləndirmə meyarları və digər zəruri materiallar dərc olunacaq.

Continue Reading

Previous: Əli Əsədov qazaxıstanlı həmkarı ilə telefonla danışdı
Next: Günün ULDUZ FALI: problemlər daha ciddi formada geri qayıda bilər

Bölmənin digər xəbərləri

Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimə müəyyənləşib
  • Cəmiyyət

Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimə müəyyənləşib

13 Mart, 2026
Bakıda bəzi avtobuslarda yeni tariflər müəyyənləşib – CƏDVƏL
  • Cəmiyyət

Bakıda bəzi avtobuslarda yeni tariflər müəyyənləşib – CƏDVƏL

13 Mart, 2026
Süni intellektlə qadınları şantaj etməkdə şübhəli bilinən şəxs həbs olunub
  • Cəmiyyət

Süni intellektlə qadınları şantaj etməkdə şübhəli bilinən şəxs həbs olunub

13 Mart, 2026

Top 7 Xəbər

Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimə müəyyənləşib 1

Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimə müəyyənləşib

13 Mart, 2026
Bakıda bəzi avtobuslarda yeni tariflər müəyyənləşib – CƏDVƏL 2

Bakıda bəzi avtobuslarda yeni tariflər müəyyənləşib – CƏDVƏL

13 Mart, 2026
Gəncədə yol qəzasında iki nəfər xəsarət alıb 3

Gəncədə yol qəzasında iki nəfər xəsarət alıb

13 Mart, 2026
Süni intellektlə qadınları şantaj etməkdə şübhəli bilinən şəxs həbs olunub 4

Süni intellektlə qadınları şantaj etməkdə şübhəli bilinən şəxs həbs olunub

13 Mart, 2026
Ötən il 900 əsər və ifa qeydiyyatdan keçirilib 5

Ötən il 900 əsər və ifa qeydiyyatdan keçirilib

13 Mart, 2026
Naxçıvanda ana doğuşdan sonra ölüb 6

Naxçıvanda ana doğuşdan sonra ölüb

13 Mart, 2026
Keçən il Azərbaycanda 64 adda yeni silah-sursat istehsal olunub 7

Keçən il Azərbaycanda 64 adda yeni silah-sursat istehsal olunub

13 Mart, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 075)
  • Dünya (3. 262)
  • Gündəm (11. 402)
  • İdman (636)
  • İqtisadiyyat (575)
  • Kateqoriyasızlar (472)
  • Kriminal (1. 351)
  • Mədəniyyət (340)
  • Siyasət (2. 965)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9075) Dünya (3262) Gündəm (11402) Kateqoriyasızlar (472) Kriminal (1351) Mədəniyyət (340) Siyasət (2965) Texnologiya (14) İdman (636) İqtisadiyyat (575)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimə müəyyənləşib 13 Mart, 2026
  • Bakıda bəzi avtobuslarda yeni tariflər müəyyənləşib – CƏDVƏL 13 Mart, 2026
  • Gəncədə yol qəzasında iki nəfər xəsarət alıb 13 Mart, 2026
  • Süni intellektlə qadınları şantaj etməkdə şübhəli bilinən şəxs həbs olunub 13 Mart, 2026
  • Ötən il 900 əsər və ifa qeydiyyatdan keçirilib 13 Mart, 2026
© Addim.az | MoreNews by AF themes.