Skip to content
18 Oktyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Ana Səhifə
  • Cəmiyyət
  • BİZİM TƏQVİM:Fevralın 11-də baş vermiş tarixi hadisələr
  • Cəmiyyət
  • Gündəm

BİZİM TƏQVİM:Fevralın 11-də baş vermiş tarixi hadisələr

Bu gün vergi işçilərinin peşə bayramıdır. 11 fevral 2000-ci ildə Ümummilli lider Heydər Əliyevin Fərmanı ilə Baş Dövlət
Cavidan 11 Fevral, 2026
1770729628_5212989235693033365

Bu gün vergi işçilərinin peşə bayramıdır. 11 fevral 2000-ci ildə Ümummilli lider Heydər Əliyevin Fərmanı ilə Baş Dövlət Vergi Müfəttişliyi ləğv edilib, onun bazasında ölkədə dövlətin vergi siyasətinin həyata keçirilməsini, dövlət büdcəsinə vergilərin və digər daxilolmaların vaxtında və tam yığılmasını təmin edən və bu sahədə dövlət nəzarətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı – Vergilər Nazirliyi yaradılıb. Həmin tarix ölkəmizdə vergi xidməti işçilərinin peşə bayramı günü kimi qeyd olunur.

Bəs, fevralın 11-də dünyada daha hansı hadisələr baş verib?

1. 11 fevral 1794-cü ildə ABŞ Senatının ilk sessiyası keçirilib.

2. 11 fevral 1873-cü ildə Kral I Amadeo İspaniyadan imtina edib.

3. 11 fevral 1919-cu ildə Fridrix Ebert Almaniya prezidenti seçilib.

4. 1945-ci ilin bu günündə İngiltərə baş naziri Ser Vinston Çörçil, ABŞ prezidenti Franklin Ruzvelt və SSRİ-nin birinci katibi İosif Stalinin iştirak etdiyi, 4 fevralda başlamış Yalta Konfransı bitdi.

5. 11 fevral1968-ci ildə İsrail-İordaniya sərhəddində qarşıdurma baş verib.

6. 11 fevral 1987-ci ildə Filippin Konstitusiyası qüvvəyə minib.

7. 11 fevral1992-ci ildə Azərbaycan Respublikası İspaniya ilə diplomatik əlaqələr qurub.

8. 11 fevral 1992-ci ildə Azərbaycan Mərkəzi Bankı yaradılıb.

9. 1979-cu ilin 11 fevralında İran İslam İnqilabı nəticəsində Ayətullah Xomeyninin rəhbərliyi altında İslam teokratiyasını yaradıb.

10. 11 fevral 2000-ci ildə Azərbaycan Respublikası Surinam ilə diplomatik əlaqələr qurub.

11.  11 fevral 2004-cü ildə Prezident İlham Əliyev “Azərbaycan Respublikasının regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2004-2008-ci illər) təsdiq edilməsi haqqında” Fərman imzalayıb. Dövlət proqramının uğurla həyata keçirilməsi nəticəsində respublikanın bölgələrinin iqtisadi mənzərəsi köklü şəkildə yaxşılaşıb, geniş aqrar-sənaye, sosial, energetika və kommunikasiya infrastrukturu yaranıb, minlərlə yeni iş yerləri açılıb.

12. 11 fevral 2011-ci ildə “Ərəb baharı” Misir prezidenti Hüsnü Mübarəkin istefası və 17 günlük etirazlardan sonra hakimiyyətin Ali Hərbi Şuraya verilməsi ilə yekunlaşıb.

13. 1993-cü ildən hər il fevralın 11-i Ümumdünya Xəstələr Günü kimi qeyd olunur. Bu əlamətdar gün Roma Papası II İohann Pavel tərəfindən 1992-ci il mayın 13-də təsis edilib. Tarixin seçilməsi isə katoliklərin hər il fevralın 11-də sağlamlıqları üçün dua etmələri ilə əlaqədardır. 1991-ci ildə II İohann Pavelə Parkinson xəstəliyi diaqnozu qoyulub. Katoliklərin dini rəhbəri həmin diaqnoz qoyulandan sonra Xəstələr Gününün qeyd edilməsi təşəbbüsünü irəli sürüb. O, özünün bu barədəki xüsusi müraciətində bildirib ki, Ümumdünya Xəstələr Gününün hər il qeyd edilməsinin başlıca məqsədi xəstələrin ağrı və iztirablarını yüngülləşdirmək və ictimaiyyətin diqqətini onlara göstərilən xidmətin səviyyəsini yaxşılaşdırmağa yönəltməkdir.

Fevralın 11-də bu şəxsiyyətlər xatırlanır:

1. 11 fevral 1740-cı ildə Səfəvi hökümdarı II Təhmasib vəfat edib.

2. 11 fevral 1829-cu ildə “Ağıldan bəla” pyesinin müəllifi, rusiyalı diplomat Aleksandr Qriboyedov Tehranda qətlə yetirilib (1795-1829). O, 1828-ci ildə İranla Rusiya arasında imzalanan Türkmənçay müqaviləsinin hazırlanmasında iştirak edib. Bundan sonra Rusiyanın İranda rəsmi səfiri təyin olunub. Tehranda səfirlik binasında sui-qəsd nəticəsində qətlə yetirilib.

3. 11 fevral 2012-ci ildə tanınmış bəstəkar, Xalq artisti Elza İbrahimova vəfat edib (1938-2012). Onun ilk mahnısı “Yalan ha deyil” 1969-cu ildə Şövkət Ələkbərova tərəfindən ifa edilib. Bu, bəstəkarın musiqi yazıldıqdan sonra ona uyğun şeir seçdiyi yeganə əsəridir. O, Azərbaycan şairlərinin əsərlərinə yüzdən çox mahnı, həmçinin romans və sonatalar da bəstələyib. “Bilməzdim”, “Gecələr bulaq başı”, “Ey Vətən”, “Qurban verərdim”, “Gəl barışaq”, “Yoxluğunu bilə-bilə”, “Sən yadıma düşəndə” və digər sevilən mahların müəllifidir.

4. 11 fevral 1981-ci ildə Xalq artisti, görkəmli teatr və kino aktyoru Möhsün Sənani vəfat edib (1900-1981). Tiflisdə anadan olan aktyor 1921-ci ildən Bakının teatr səhnələrində parlamağa başlayıb. Möhsün Sənani nəinki teatrda, eləcə də kino sənətində də yaddaqalan, təkrarolunmaz rollar ifa edib. “O olmasın, bu olsun”, “Sehrli xalat”, “Dağlarda döyüş” və digər filmlərdə yaddaqalan obrazlar yaradıb.

Bizim.Media

Xəbəri paylaş
Bəyəndinizsə dostlarınızla paylaşın:
WhatsApp WhatsApp ilə paylaş Telegram Telegram ilə paylaş Facebook Facebook-da paylaş LinkedIn LinkedIn-də paylaş Instagram Instagram üçün linki kopyala Kopyala Xəbərin linkini kopyala

Post navigation

Əvvəlki: KİV: ABŞ terrorçularla mübarizə üçün Nigeriyaya 200 hərbçi göndərəcək
Sonrakı: Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinə yeni təyinat olub

Bölmənin digər xəbərləri

buTjbMbyi6_1200 (1)
  • Cəmiyyət

Bazar günü Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq

Cavidan 17 Oktyabr, 2026
cSbeaGkhvXU0 v
  • Cəmiyyət

Zabrat–Maştağa avtomobil yolununun bir hissəsi bağlanıb

Cavidan 17 Oktyabr, 2026
Ni14yWlichJYsbfPxGKVaqc b
  • Cəmiyyət

Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür

Cavidan 17 Oktyabr, 2026

Teqlər

2026 Aktiv yaddaş Alış-veriş Android AnTuTu Apple AzInTelecom Bankçılıq bazar Bee Birbank Business ChatGPT Counterpoint Research Elektron ticarət Fitbit Edge Fitnes-qolbaq Fujifilm Gadget geympad Google Google Chrome Instax Square 2 iPad Pro iPhone 18 Pro Mastercard Meta Muse Wonder Newsbeat oyun Planşetlər Pul köçürmələri Qadcetlər Reytinq Rəqəmsal İmza Samsung Science smartfon Smartfonlar Süni intellekt SİMA İmza Texnologiya Tədqiqat World İT xəbərləri

Bölmələr

  • Cəmiyyət (3. 302)
  • Dünya (1. 084)
  • Gündəm (3. 465)
  • İdman (251)
  • İqtisadiyyat (170)
  • Kateqoriyasızlar (238)
  • Kriminal (301)
  • Mədəniyyət (97)
  • Siyasət (440)
  • Texnologiya (17)

Xəbər Trendi

Valeh Ələsgərov “Şərəf” ordeni ilə təltif edilib Screenshot_20261017_160409_com_android_chrome_ChromeTabbedActivity 1
  • Kateqoriyasızlar

Valeh Ələsgərov “Şərəf” ordeni ilə təltif edilib

17 Oktyabr, 2026
ChatGPT artıq Google Chrome-da açıq tablarla işləyə bilir ChatGPT artıq Google Chrome-da açıq tablarla işləyə bilir 2
  • Texnologiya

ChatGPT artıq Google Chrome-da açıq tablarla işləyə bilir

17 Oktyabr, 2026
Amazon söhbətlərin yazılması və təhlili üçün Bee süni intellekt qadcetlərini təqdim etdi Amazon söhbətlərin yazılması və təhlili üçün Bee süni intellekt qadcetlərini təqdim etdi 3
  • Texnologiya

Amazon söhbətlərin yazılması və təhlili üçün Bee süni intellekt qadcetlərini təqdim etdi

17 Oktyabr, 2026
Bazar günü Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq buTjbMbyi6_1200 (1) 4
  • Cəmiyyət

Bazar günü Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq

17 Oktyabr, 2026
Zabrat–Maştağa avtomobil yolununun bir hissəsi bağlanıb cSbeaGkhvXU0 v 5
  • Cəmiyyət

Zabrat–Maştağa avtomobil yolununun bir hissəsi bağlanıb

17 Oktyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3302) Dünya (1084) Gündəm (3465) Kateqoriyasızlar (238) Kriminal (301) Mədəniyyət (97) Siyasət (440) Texnologiya (17) İdman (251) İqtisadiyyat (170)

Sayt üzrə statistika

  • 1
  • 17
  • 16
  • 4. 907

«Addim.az günün 24 saatı ərzində ölkədə və dünyada baş verən ən mühüm və aktual hadisələri operativ şəkildə işıqlandırır, cəmiyyəti maraqlandıran suallara cavab axtarır, dərin analitik təhlillər, foto və videohesabatlarla oxucularına informasiya dünyasında hər addımda bələdçilik edir.»

  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.