Skip to content
28 Mart, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 138)
  • Dünya (3. 283)
  • Gündəm (11. 472)
  • İdman (638)
  • İqtisadiyyat (578)
  • Kateqoriyasızlar (475)
  • Kriminal (1. 357)
  • Mədəniyyət (341)
  • Siyasət (2. 971)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Mart 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
« Fev    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət
  • Gündəm

BİZİM TƏQVİM:Fevralın 11-də baş vermiş tarixi hadisələr

Bu gün vergi işçilərinin peşə bayramıdır. 11 fevral 2000-ci ildə Ümummilli lider Heydər Əliyevin Fərmanı ilə Baş Dövlət
Cavidan 11 Fevral, 2026

Bu gün vergi işçilərinin peşə bayramıdır. 11 fevral 2000-ci ildə Ümummilli lider Heydər Əliyevin Fərmanı ilə Baş Dövlət Vergi Müfəttişliyi ləğv edilib, onun bazasında ölkədə dövlətin vergi siyasətinin həyata keçirilməsini, dövlət büdcəsinə vergilərin və digər daxilolmaların vaxtında və tam yığılmasını təmin edən və bu sahədə dövlət nəzarətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı – Vergilər Nazirliyi yaradılıb. Həmin tarix ölkəmizdə vergi xidməti işçilərinin peşə bayramı günü kimi qeyd olunur.

Bəs, fevralın 11-də dünyada daha hansı hadisələr baş verib?

1. 11 fevral 1794-cü ildə ABŞ Senatının ilk sessiyası keçirilib.

2. 11 fevral 1873-cü ildə Kral I Amadeo İspaniyadan imtina edib.

3. 11 fevral 1919-cu ildə Fridrix Ebert Almaniya prezidenti seçilib.

4. 1945-ci ilin bu günündə İngiltərə baş naziri Ser Vinston Çörçil, ABŞ prezidenti Franklin Ruzvelt və SSRİ-nin birinci katibi İosif Stalinin iştirak etdiyi, 4 fevralda başlamış Yalta Konfransı bitdi.

5. 11 fevral1968-ci ildə İsrail-İordaniya sərhəddində qarşıdurma baş verib.

6. 11 fevral 1987-ci ildə Filippin Konstitusiyası qüvvəyə minib.

7. 11 fevral1992-ci ildə Azərbaycan Respublikası İspaniya ilə diplomatik əlaqələr qurub.

8. 11 fevral 1992-ci ildə Azərbaycan Mərkəzi Bankı yaradılıb.

9. 1979-cu ilin 11 fevralında İran İslam İnqilabı nəticəsində Ayətullah Xomeyninin rəhbərliyi altında İslam teokratiyasını yaradıb.

10. 11 fevral 2000-ci ildə Azərbaycan Respublikası Surinam ilə diplomatik əlaqələr qurub.

11.  11 fevral 2004-cü ildə Prezident İlham Əliyev “Azərbaycan Respublikasının regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2004-2008-ci illər) təsdiq edilməsi haqqında” Fərman imzalayıb. Dövlət proqramının uğurla həyata keçirilməsi nəticəsində respublikanın bölgələrinin iqtisadi mənzərəsi köklü şəkildə yaxşılaşıb, geniş aqrar-sənaye, sosial, energetika və kommunikasiya infrastrukturu yaranıb, minlərlə yeni iş yerləri açılıb.

12. 11 fevral 2011-ci ildə “Ərəb baharı” Misir prezidenti Hüsnü Mübarəkin istefası və 17 günlük etirazlardan sonra hakimiyyətin Ali Hərbi Şuraya verilməsi ilə yekunlaşıb.

13. 1993-cü ildən hər il fevralın 11-i Ümumdünya Xəstələr Günü kimi qeyd olunur. Bu əlamətdar gün Roma Papası II İohann Pavel tərəfindən 1992-ci il mayın 13-də təsis edilib. Tarixin seçilməsi isə katoliklərin hər il fevralın 11-də sağlamlıqları üçün dua etmələri ilə əlaqədardır. 1991-ci ildə II İohann Pavelə Parkinson xəstəliyi diaqnozu qoyulub. Katoliklərin dini rəhbəri həmin diaqnoz qoyulandan sonra Xəstələr Gününün qeyd edilməsi təşəbbüsünü irəli sürüb. O, özünün bu barədəki xüsusi müraciətində bildirib ki, Ümumdünya Xəstələr Gününün hər il qeyd edilməsinin başlıca məqsədi xəstələrin ağrı və iztirablarını yüngülləşdirmək və ictimaiyyətin diqqətini onlara göstərilən xidmətin səviyyəsini yaxşılaşdırmağa yönəltməkdir.

Fevralın 11-də bu şəxsiyyətlər xatırlanır:

1. 11 fevral 1740-cı ildə Səfəvi hökümdarı II Təhmasib vəfat edib.

2. 11 fevral 1829-cu ildə “Ağıldan bəla” pyesinin müəllifi, rusiyalı diplomat Aleksandr Qriboyedov Tehranda qətlə yetirilib (1795-1829). O, 1828-ci ildə İranla Rusiya arasında imzalanan Türkmənçay müqaviləsinin hazırlanmasında iştirak edib. Bundan sonra Rusiyanın İranda rəsmi səfiri təyin olunub. Tehranda səfirlik binasında sui-qəsd nəticəsində qətlə yetirilib.

3. 11 fevral 2012-ci ildə tanınmış bəstəkar, Xalq artisti Elza İbrahimova vəfat edib (1938-2012). Onun ilk mahnısı “Yalan ha deyil” 1969-cu ildə Şövkət Ələkbərova tərəfindən ifa edilib. Bu, bəstəkarın musiqi yazıldıqdan sonra ona uyğun şeir seçdiyi yeganə əsəridir. O, Azərbaycan şairlərinin əsərlərinə yüzdən çox mahnı, həmçinin romans və sonatalar da bəstələyib. “Bilməzdim”, “Gecələr bulaq başı”, “Ey Vətən”, “Qurban verərdim”, “Gəl barışaq”, “Yoxluğunu bilə-bilə”, “Sən yadıma düşəndə” və digər sevilən mahların müəllifidir.

4. 11 fevral 1981-ci ildə Xalq artisti, görkəmli teatr və kino aktyoru Möhsün Sənani vəfat edib (1900-1981). Tiflisdə anadan olan aktyor 1921-ci ildən Bakının teatr səhnələrində parlamağa başlayıb. Möhsün Sənani nəinki teatrda, eləcə də kino sənətində də yaddaqalan, təkrarolunmaz rollar ifa edib. “O olmasın, bu olsun”, “Sehrli xalat”, “Dağlarda döyüş” və digər filmlərdə yaddaqalan obrazlar yaradıb.

Bizim.Media

Continue Reading

Previous: KİV: ABŞ terrorçularla mübarizə üçün Nigeriyaya 200 hərbçi göndərəcək
Next: Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinə yeni təyinat olub

Bölmənin digər xəbərləri

“Fars” agentliyi: SEPAH Dubayda 21 ukraynalının olduğu antidron sistemlərinin anbarını məhv edib
  • Cəmiyyət

“Fars” agentliyi: SEPAH Dubayda 21 ukraynalının olduğu antidron sistemlərinin anbarını məhv edib

28 Mart, 2026
Türkiyə Prezidenti yanında Təhlükəsizlik Şurasının üzvü: Qlobal böhranlar fonunda Zəngəzur dəhlizinin tez açılması vacibdir
  • Cəmiyyət

Türkiyə Prezidenti yanında Təhlükəsizlik Şurasının üzvü: Qlobal böhranlar fonunda Zəngəzur dəhlizinin tez açılması vacibdir

28 Mart, 2026
DTX Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının ildönümü ilə bağlı videopaylaşım edib
  • Cəmiyyət

DTX Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının ildönümü ilə bağlı videopaylaşım edib

28 Mart, 2026

Top 7 Xəbər

“Fars” agentliyi: SEPAH Dubayda 21 ukraynalının olduğu antidron sistemlərinin anbarını məhv edib 1

“Fars” agentliyi: SEPAH Dubayda 21 ukraynalının olduğu antidron sistemlərinin anbarını məhv edib

28 Mart, 2026
Türkiyə Prezidenti yanında Təhlükəsizlik Şurasının üzvü: Qlobal böhranlar fonunda Zəngəzur dəhlizinin tez açılması vacibdir 2

Türkiyə Prezidenti yanında Təhlükəsizlik Şurasının üzvü: Qlobal böhranlar fonunda Zəngəzur dəhlizinin tez açılması vacibdir

28 Mart, 2026
DTX Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının ildönümü ilə bağlı videopaylaşım edib 3

DTX Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının ildönümü ilə bağlı videopaylaşım edib

28 Mart, 2026
Şamaxıda güclü leysan avtomobillərin hərəkətinə çətinliklər yaradıb 4

Şamaxıda güclü leysan avtomobillərin hərəkətinə çətinliklər yaradıb

28 Mart, 2026
Omanın Salala limanı PUA hücumuna məruz qalıb, bir nəfər yaralanıb 5

Omanın Salala limanı PUA hücumuna məruz qalıb, bir nəfər yaralanıb

28 Mart, 2026
İlham Əliyev yenidənqurmadan sonra açılışı olan Dərbənddəki Azərbaycan Teatrının kollektivini təbrik edib 6

İlham Əliyev yenidənqurmadan sonra açılışı olan Dərbənddəki Azərbaycan Teatrının kollektivini təbrik edib

27 Mart, 2026
Əhməd əş-Şəraa gələn həftə Almaniyaya səfər edəcək 7

Əhməd əş-Şəraa gələn həftə Almaniyaya səfər edəcək

27 Mart, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 138)
  • Dünya (3. 283)
  • Gündəm (11. 472)
  • İdman (638)
  • İqtisadiyyat (578)
  • Kateqoriyasızlar (475)
  • Kriminal (1. 357)
  • Mədəniyyət (341)
  • Siyasət (2. 971)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9138) Dünya (3283) Gündəm (11472) Kateqoriyasızlar (475) Kriminal (1357) Mədəniyyət (341) Siyasət (2971) Texnologiya (14) İdman (638) İqtisadiyyat (578)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • “Fars” agentliyi: SEPAH Dubayda 21 ukraynalının olduğu antidron sistemlərinin anbarını məhv edib 28 Mart, 2026
  • Türkiyə Prezidenti yanında Təhlükəsizlik Şurasının üzvü: Qlobal böhranlar fonunda Zəngəzur dəhlizinin tez açılması vacibdir 28 Mart, 2026
  • DTX Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının ildönümü ilə bağlı videopaylaşım edib 28 Mart, 2026
  • Şamaxıda güclü leysan avtomobillərin hərəkətinə çətinliklər yaradıb 28 Mart, 2026
  • Omanın Salala limanı PUA hücumuna məruz qalıb, bir nəfər yaralanıb 28 Mart, 2026
© Addim.az | MoreNews by AF themes.