Skip to content
28 Mart, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 134)
  • Dünya (3. 282)
  • Gündəm (11. 468)
  • İdman (638)
  • İqtisadiyyat (578)
  • Kateqoriyasızlar (475)
  • Kriminal (1. 357)
  • Mədəniyyət (341)
  • Siyasət (2. 971)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Mart 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
« Fev    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət
  • Gündəm

Allahşükür Paşazadə Roma Papasını Azərbaycana dəvət edib

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Vatikanda Müqəddəs Taxt-Tacın və Katolik Kilsəsinin başçısı Zati-müqəddəsləri Roma Papası
Cavidan 10 Fevral, 2026

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Vatikanda Müqəddəs Taxt-Tacın və Katolik Kilsəsinin başçısı Zati-müqəddəsləri Roma Papası XIV Leonu Azərbaycana dəvət edib.

QMİ-dən verilən məlumata görə, A.Paşazadə dəvəti Azərbaycandakı dini konfessiyalarla birgə Vatikana səfəri zamanı edib.

A.Paşazadə qeyd edib ki, 2027-ci il Azərbaycanla Müqəddəs Taxt-Tac arasında diplomatik əlaqələrin qurulmasının 35 illiyinin, Ümummilli Lider Heydər Əliyevlə Müqəddəs İohann Pavel arasında ilk görüşün 30-cu ildönümü qeyd olunacağı ildə Roma Papasının Azərbaycana səfərinin xüsusilə əlamətdar olar. Bununla əlaqədar Şeyxülislam A.Paşazadə Azərbaycandakı Dini Konfessiyaların Məşvərət Şurası adından Azərbaycana dəvət məktubunu Roma Papası XIV Leoya təqdim edib.

Papa XIV Leo Azərbaycandakı dini konfessiyaların birlikdə Vatikana gəlməsini sülh, insan qardaşlığı mühitində birgəyaşayışın mümkünlüyünün ən gözəl nümunəsi olaraq yüksək dəyərləndirib.

QMİ sədri bildirib ki, Azərbaycanla Müqəddəs Taxt-Tac arasında əlaqələrinin inkişafına qarşılıqlı dövlət səfərləri, dövlət rəsmiləri və multikultural dini ictimaiyyət nümayəndələri ilə məhsuldar və səmərəli görüşlər böyük töhfə verir:

“Müqəddəs Taxt-Tacla Azərbaycan arasında dövlətlərarası münasibətlərin inkişafının dinlərarası əlaqələrimizin dərinləşməsinə rəvac verməsi təqdirolunası haldır. Dini mərkəzlər – Vatikanla QMİ arasında onilliklərə dayanan, Uca Yaradanın buyurduqlarına istinadən səmərəli dini-mənəvi münasibətlər dünya miqyasında dinlərarası dialoq prosesinə töhfə olan örnək nümunədir”.

QMİ sədri vurğulayıb ki, Azərbaycan və Ermənistan siyasi liderlərinin regionda sülh üçün böyük, davamlı səylər göstərdiyi bir zamanda erməni kilsəsinin bu prosesi tanımaması, Uca Yaradana xoş gedən sülhü dəstəkləməməsi təəssüf doğurur. Revanşist mövqedən çıxış edən erməni kilsəsinin dini abidələrinin dağıdılması ilə bağlı yaydığı məlumatların doğru olmadığını, Bakının mərkəzi hissəsində erməni kilsəsinin mövcudluğunu qeyd edən Şeyxülislam A. Paşazadə Pontifikin Azərbaycana səfəri zamanı bu reallıqları bilavasitə müşahidə edə biləcəyini vurğulayıb.

Şeyxülislam A. Paşazadə Vatikanla Qafqaz Müsəlmanları İdarəsi arasında dinlərarası əməkdaşlıq müstəvisində əlaqələrin səviyyəsindən məmnunluğunu ifadə edərək bu münasibətlərin daha da dərinləşdirilməsinin vacibliyinə diqqəti çəkib, QMİ-nin Vatikanda nümayəndəliyinin təsis olunmasının bu prosesə böyük töhfə verə biləcəyini vurğulayıb.

Görüşdə çıxış edən Roma Katolik Kilsəsinin Azərbaycandakı Apostol prefekturasının ordinarisi Yepiskop Vladimir Fekete Azərbaycanda fəaliyyət göstərdiyi 17 il ərzində ölkədəki dinlərarası münasibətlərin yüksək səviyyəsindən bəhs edib.

Continue Reading

Previous: Lukaşenko: Sərhədlərimizdə, xüsusilə Polşa tərəfindən hərbi fəallığın artırılması narahatlıq doğurur
Next: Rəşad İsmayılov ekologiya və təbii sərvətlər naziri təyin edildi

Bölmənin digər xəbərləri

İlham Əliyev yenidənqurmadan sonra açılışı olan Dərbənddəki Azərbaycan Teatrının kollektivini təbrik edib
  • Cəmiyyət

İlham Əliyev yenidənqurmadan sonra açılışı olan Dərbənddəki Azərbaycan Teatrının kollektivini təbrik edib

27 Mart, 2026
Əhməd İsmayılov: Azərbaycanda rəqəmsal inkişaf dövlət siyasətinin prioritet istiqamətlərindəndir
  • Cəmiyyət

Əhməd İsmayılov: Azərbaycanda rəqəmsal inkişaf dövlət siyasətinin prioritet istiqamətlərindəndir

27 Mart, 2026
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
  • Dünya

Beynəlxalq səyyahlar Şuşaya gəliblər

26 Mart, 2026

Top 7 Xəbər

İlham Əliyev yenidənqurmadan sonra açılışı olan Dərbənddəki Azərbaycan Teatrının kollektivini təbrik edib 1

İlham Əliyev yenidənqurmadan sonra açılışı olan Dərbənddəki Azərbaycan Teatrının kollektivini təbrik edib

27 Mart, 2026
Əhməd əş-Şəraa gələn həftə Almaniyaya səfər edəcək 2

Əhməd əş-Şəraa gələn həftə Almaniyaya səfər edəcək

27 Mart, 2026
Əhməd İsmayılov: Azərbaycanda rəqəmsal inkişaf dövlət siyasətinin prioritet istiqamətlərindəndir 3

Əhməd İsmayılov: Azərbaycanda rəqəmsal inkişaf dövlət siyasətinin prioritet istiqamətlərindəndir

27 Mart, 2026
KİV: İran ABŞ-ın 15 maddəlik razılaşma təklifinə cavabı rəsmi şəkildə qarşı tərəfə göndərib 4

KİV: İran ABŞ-ın 15 maddəlik razılaşma təklifinə cavabı rəsmi şəkildə qarşı tərəfə göndərib

26 Mart, 2026
Beynəlxalq səyyahlar Şuşaya gəliblər 5

Beynəlxalq səyyahlar Şuşaya gəliblər

26 Mart, 2026
Azərbaycana soyuqlar gəlib 6

Azərbaycana soyuqlar gəlib

26 Mart, 2026
Bakının ən rahat iş tapılan rayonları – SİYAHI 7

Bakının ən rahat iş tapılan rayonları – SİYAHI

26 Mart, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 134)
  • Dünya (3. 282)
  • Gündəm (11. 468)
  • İdman (638)
  • İqtisadiyyat (578)
  • Kateqoriyasızlar (475)
  • Kriminal (1. 357)
  • Mədəniyyət (341)
  • Siyasət (2. 971)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9134) Dünya (3282) Gündəm (11468) Kateqoriyasızlar (475) Kriminal (1357) Mədəniyyət (341) Siyasət (2971) Texnologiya (14) İdman (638) İqtisadiyyat (578)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • İlham Əliyev yenidənqurmadan sonra açılışı olan Dərbənddəki Azərbaycan Teatrının kollektivini təbrik edib 27 Mart, 2026
  • Əhməd əş-Şəraa gələn həftə Almaniyaya səfər edəcək 27 Mart, 2026
  • Əhməd İsmayılov: Azərbaycanda rəqəmsal inkişaf dövlət siyasətinin prioritet istiqamətlərindəndir 27 Mart, 2026
  • KİV: İran ABŞ-ın 15 maddəlik razılaşma təklifinə cavabı rəsmi şəkildə qarşı tərəfə göndərib 26 Mart, 2026
  • Beynəlxalq səyyahlar Şuşaya gəliblər 26 Mart, 2026
© Addim.az | MoreNews by AF themes.