Skip to content
17 Oktyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Ana Səhifə
  • Cəmiyyət
  • Nazirlik: ABŞ şirkətləri Azərbaycanla biznes tərəfdaşlığını davam etdirməyə maraqlıdır
  • Cəmiyyət
  • Gündəm

Nazirlik: ABŞ şirkətləri Azərbaycanla biznes tərəfdaşlığını davam etdirməyə maraqlıdır

İqtisadiyyat Nazirliyində ABŞ Ticarət Palatasının Yaxın Şərq, Mərkəzi Asiya və Türkiyə üzrə baş vitse-prezidenti Kuş Çoksinin başçılıq etdiyi
Cavidan 9 Fevral, 2026
6989c4228487d6989b

İqtisadiyyat Nazirliyində ABŞ Ticarət Palatasının Yaxın Şərq, Mərkəzi Asiya və Türkiyə üzrə baş vitse-prezidenti Kuş Çoksinin başçılıq etdiyi nümayəndə heyəti ilə dəyirmi masa təşkil edilib.

Bu barədə Nazirlikdən bildirilib.

Məlumata görə, dəyirmi masada dövlət başçılarının siyasi iradəsi sayəsində Azərbaycan – ABŞ münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi və iqtisadi əməkdaşlığın şaxələndirilməsi üçün geniş imkanların yarandığı vurğulanıb. Ölkəmizdə makroiqtisadi sabitlik və davamlı inkişaf prinsipləri əsasında formalaşmış iqtisadi mühitin xarici sərmayədarlar üçün cəlbediciliyi qeyd edilib. Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft-qaz sektorunun genişləndirilməsi istiqamətində görülən işlər, prioritet strateji təşəbbüslər barədə məlumat verilib. Ölkəmizin əlverişli nəqliyyat-logistika üstünlükləri qeyd edilib, yeni nəqliyyat bağlantıları sayəsində əməkdaşlıq üçün əlavə imkanların açılacağı vurğulanıb. Azərbaycanda sahibkarlar üçün təqdim edilən güzəşt və stimullar, ölkəmizdə rəqəmsallaşma, investisiya axınlarının genişləndirilməsi, sahibkarlığın inkişafı istiqamətində atılan addımlar nəzərə çatdırılıb.

Görüşdə iştirak edən ABŞ şirkətlərinin nümayəndələri ölkəmizdəki əlverişli biznes mühitindən məmnunluqlarını bildirirərək, tərəfdaşlığın inkişafında maraqlı olduqlarını vurğulayıblar. Tədbirdə enerji, nəqliyyat, investisiya, ticarət, sənaye, innovasiya, rəqəmsallaşma və digər sahələrdə işbirliyinin genişləndirilməsi üçün növbəti addımlar və potensial layihələr nəzərdən keçirilib. ABŞ şirkətlərini maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, nümayəndə heyətinə Palatanın Yaxın Şərq, Mərkəzi Asiya və Türkiyə üzrə vitse-prezidenti Cennifer Miel, həmçinin “Apple”, “Ardea Energy Technologies Inc.”, “Ericsson AB”, “ExxonMobil”, “Herbalife”, “Illumina”, “Meta”, “Visa”, “Wabtec”, “Baker Hughes”, bp, “Boeing Global”, “Honeywell”, “J.P. Morgan”, “Lummus Technology”, “Marriott”, “Mastercard”, “Shell International”, “Azerbaijan Coca-Cola Bottlers” MMC və “Motorola Solutions” şirkətlərinin rəhbər şəxsləri daxildir.

Xəbəri paylaş
Bəyəndinizsə dostlarınızla paylaşın:
WhatsApp WhatsApp ilə paylaş Telegram Telegram ilə paylaş Facebook Facebook-da paylaş LinkedIn LinkedIn-də paylaş Instagram Instagram üçün linki kopyala Kopyala Xəbərin linkini kopyala

Post navigation

Əvvəlki: Liviya sahilində qayığın batması nəticəsində 53 miqrant itkin düşüb və ya ölüb
Sonrakı: Ukrayna və Fransa birgə silah istehsal edəcək

Bölmənin digər xəbərləri

buTjbMbyi6_1200 (1)
  • Cəmiyyət

Bazar günü Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq

Cavidan 17 Oktyabr, 2026
cSbeaGkhvXU0 v
  • Cəmiyyət

Zabrat–Maştağa avtomobil yolununun bir hissəsi bağlanıb

Cavidan 17 Oktyabr, 2026
Ni14yWlichJYsbfPxGKVaqc b
  • Cəmiyyət

Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür

Cavidan 17 Oktyabr, 2026

Teqlər

2026 Aktiv yaddaş Alış-veriş Android AnTuTu Apple AzInTelecom Bankçılıq bazar Bee Birbank Business ChatGPT Counterpoint Research Elektron ticarət Fitbit Edge Fitnes-qolbaq Fujifilm Gadget geympad Google Google Chrome Instax Square 2 iPad Pro iPhone 18 Pro Mastercard Meta Muse Wonder Newsbeat oyun Planşetlər Pul köçürmələri Qadcetlər Reytinq Rəqəmsal İmza Samsung Science smartfon Smartfonlar Süni intellekt SİMA İmza Texnologiya Tədqiqat World İT xəbərləri

Bölmələr

  • Cəmiyyət (3. 302)
  • Dünya (1. 084)
  • Gündəm (3. 465)
  • İdman (251)
  • İqtisadiyyat (170)
  • Kateqoriyasızlar (238)
  • Kriminal (301)
  • Mədəniyyət (97)
  • Siyasət (440)
  • Texnologiya (17)

Xəbər Trendi

Valeh Ələsgərov “Şərəf” ordeni ilə təltif edilib Screenshot_20261017_160409_com_android_chrome_ChromeTabbedActivity 1
  • Kateqoriyasızlar

Valeh Ələsgərov “Şərəf” ordeni ilə təltif edilib

17 Oktyabr, 2026
ChatGPT artıq Google Chrome-da açıq tablarla işləyə bilir ChatGPT artıq Google Chrome-da açıq tablarla işləyə bilir 2
  • Texnologiya

ChatGPT artıq Google Chrome-da açıq tablarla işləyə bilir

17 Oktyabr, 2026
Amazon söhbətlərin yazılması və təhlili üçün Bee süni intellekt qadcetlərini təqdim etdi Amazon söhbətlərin yazılması və təhlili üçün Bee süni intellekt qadcetlərini təqdim etdi 3
  • Texnologiya

Amazon söhbətlərin yazılması və təhlili üçün Bee süni intellekt qadcetlərini təqdim etdi

17 Oktyabr, 2026
Bazar günü Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq buTjbMbyi6_1200 (1) 4
  • Cəmiyyət

Bazar günü Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq

17 Oktyabr, 2026
Zabrat–Maştağa avtomobil yolununun bir hissəsi bağlanıb cSbeaGkhvXU0 v 5
  • Cəmiyyət

Zabrat–Maştağa avtomobil yolununun bir hissəsi bağlanıb

17 Oktyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3302) Dünya (1084) Gündəm (3465) Kateqoriyasızlar (238) Kriminal (301) Mədəniyyət (97) Siyasət (440) Texnologiya (17) İdman (251) İqtisadiyyat (170)

Sayt üzrə statistika

  • 0
  • 73
  • 67
  • 4. 969

«Addim.az günün 24 saatı ərzində ölkədə və dünyada baş verən ən mühüm və aktual hadisələri operativ şəkildə işıqlandırır, cəmiyyəti maraqlandıran suallara cavab axtarır, dərin analitik təhlillər, foto və videohesabatlarla oxucularına informasiya dünyasında hər addımda bələdçilik edir.»

  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.