Skip to content
7 Fevral, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 851)
  • Dünya (3. 175)
  • Gündəm (11. 061)
  • İdman (617)
  • İqtisadiyyat (567)
  • Kateqoriyasızlar (459)
  • Kriminal (1. 330)
  • Mədəniyyət (333)
  • Siyasət (2. 936)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« Yan    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət
  • Gündəm

BİZİM TƏQVİM: Fevralın 7-də baş vermiş tarixi hadisələr

2007-ci ilin bu günündə Bakı-Tbilisi-Qars Dəmir Yolu Xətti Layihəsinin həyata keçirilməsinə dair saziş imzalanıb. Gürcüstan, Azərbaycan və Türkiyə
Cavidan 7 Fevral, 2026

2007-ci ilin bu günündə Bakı-Tbilisi-Qars Dəmir Yolu Xətti Layihəsinin həyata keçirilməsinə dair saziş imzalanıb. Gürcüstan, Azərbaycan və Türkiyə hökumətləri arasında baş tutan imzalanma mərasimi Tiflisdə keçirilib.

Bəs, 7 fevralda dünyada daha hansı hadisələr baş verib? 

1. 7 fevral 1550-ci ildə III Yuli Roma Papası seçilib. 

2. 1613-cü ilin bu günündə I Mixail Rusiya İmperiyasının çarı olub.

3. 7 fevral 1855-ci ildə Şimodada Rusiya-Yaponiya müqaviləsi imzalanmış və iki ölkə arasında “Əbədi sülh və səmimi dostluq” elan edilib.

4. 1900-cu ilin 7 fevralında İngiltərə İşçi Partiyası yaradılıb. 

5. 1945-ci ilin 7 fevralında müttəfiqlər – İngiltərənin Baş naziri Uinston Çörçill, ABŞ prezidenti Franklin D.Ruzvelt və SSRİ-nin Baş katibi İosif Stalin Qara dəniz sahilində gizli bir yerdə Almaniyaya qarşı müharibənin sonu və Avropanın gələcəyi mövzularını müzakirə ediblər.

6. 7 fevral 1964-cü ildə İngiltərənin populyar musiqi qrupu “The Beatles” ilk ABŞ qastrol səfəri üçün Nyu-Yorka getdi. Heyranlarının böyük rəğbəti qarşısında qaldıqları otel polis barikkadasına alınarkən, qrup üzvləri iki gün müddətində otaqlarından çölə çıxa bilmədilər.

7. 7 fevral 1971-ci ildə İsveçrədə qadınlara seçki hüququ verilib.

8. 1973-cü ilin 7 fevralında Türkiyə Böyük Millət Məclisində qəbul edilən qərara əsasən, Maraş rayonuna “Qəhrəman” adı verilib və o, Kahramanmaraş olaraq dəyişdirilib. Qeyd edək ki, Maraş Qurtuluş Savaşı zamanı Fransa işğalçılarına qarşı yerli mübarizəsinə görə TBMM tərəfindən “İstiqlal medalı” verilən ilk rayon olub. 

9. 1990-cı ilin bu günündə Sovet İttifaqı Kommunist Partiyası öz səlahiyyətlərindən imtina etməyə hazır olduğunu bildirib. 

10.  7 fevral 1992-ci ildə Avropa İttifaqının yaranmasına zəmin olan əsas müqavilələrdən biri – Maastrix müqaviləsi imzalanıb. 

11. 1995-ci ilin bu günündə ABÇ-ın “Discovery” kosmik gəmisi Rusiyanın “Mir” kosmik stansiyasına birləşib. 

12. 1996-cı ilin 7 fevralında Türkiyənin “Bir-Gen Air” şirkətinə məxsus “Boeing 757” sərnişin təyyarəsi Dominikan Respublikası yaxınlığında Atlantik okeanına düşüb və 189 nəfər həlak olub. 

13. 2009-cu ilin 7 fevralında Avstraliyada ölkə tarixinin ən böyük yanğını baş verib. Viktoriya ştatında “Qara şənbə” günü baş verən yanğında 173 nəfər həyatını itirib, 414 nəfər isə yaralanıb.

7 fevralda həm də bu şəxsiyyətlər xatırlanır.

1. 1919-cu ilin bu günündə rejissor, aktyor və ssenarist Tofiq Tağızadə anadan olub (1919-1998). Tofiq Tağızadənin “Uzaq sahillərdə”, “Əsl dost”, “Mateo Falkone”, “Mən ki gözəl deyildim”, “Dədə Qorqud”, “Babamın babasının babası” və digər ekran əsərləri Azərbaycan kinosunun klassikasına çevrilib.

2. 7 fevral 1928-ci ildə türk musiqiçi və teatr aktrisası Aysel Gürel dünyaya göz açıb. 

3. Bu gün Azərbaycan Milli Ordusunun giziri, Milli Qəhrəman Mübariz İbrahimovun (1988-2010) doğum günüdür. Mübariz erməni silahlı qüvvələrinin hücumlarını dəf edərkən qəhrəmancasına şəhid olub. 

4. 1478-ci ilin 7 fevralı İngiltərənin paytaxtı Londonda məhşur ingilis mütəfəkkiri, utopik-sosializmin banisi Tomas Mor anadan olub. (1478-1535)

5. 1812-ci ilin 7 fevralında ingilis ədəbiyyatında sosial roman janrının görkəmli nümayəndəsi Çarlz Dikkens dünyaya gəlib. Onun “Oliver Tvistin macəraları”, “Devid Kopperfild”, “Balaca Dorrit”, “Böyük ümidlər” və digər romanları dünyanın bir çox ölkəsində dəfələrlə tərcümə olunaraq nəşr edilib. (1812-1870) (Bizim.Media)

Continue Reading

Previous: Azərbaycan cüdoçuları “Böyük Dəbilqə” turnirində mübarizəyə başlayırlar
Next: Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür

Bölmənin digər xəbərləri

Avropanı XAOS BÜRÜDÜ – Bu dövlətlər yenidən Kremlin “QAPISINI DÖYMƏK” istəyir
  • Dünya

Avropanı XAOS BÜRÜDÜ – Bu dövlətlər yenidən Kremlin “QAPISINI DÖYMƏK” istəyir

7 Fevral, 2026
Hər kəsə yuxarıdan aşağı baxan bürclər- SİYAHI
  • Cəmiyyət

Hər kəsə yuxarıdan aşağı baxan bürclər- SİYAHI

7 Fevral, 2026
Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür
  • Cəmiyyət

Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür

7 Fevral, 2026

Top 7 Xəbər

Avropanı XAOS BÜRÜDÜ – Bu dövlətlər yenidən Kremlin “QAPISINI DÖYMƏK” istəyir 1

Avropanı XAOS BÜRÜDÜ – Bu dövlətlər yenidən Kremlin “QAPISINI DÖYMƏK” istəyir

7 Fevral, 2026
Hər kəsə yuxarıdan aşağı baxan bürclər- SİYAHI 2

Hər kəsə yuxarıdan aşağı baxan bürclər- SİYAHI

7 Fevral, 2026
Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür 3

Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür

7 Fevral, 2026
BİZİM TƏQVİM: Fevralın 7-də baş vermiş tarixi hadisələr 4

BİZİM TƏQVİM: Fevralın 7-də baş vermiş tarixi hadisələr

7 Fevral, 2026
Azərbaycan cüdoçuları “Böyük Dəbilqə” turnirində mübarizəyə başlayırlar 5

Azərbaycan cüdoçuları “Böyük Dəbilqə” turnirində mübarizəyə başlayırlar

7 Fevral, 2026
“İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası” dəyişib, sənəd üçün strateji layihələr müəyyənləşib 6

“İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası” dəyişib, sənəd üçün strateji layihələr müəyyənləşib

6 Fevral, 2026
İki milli park haqqında Əsasnamə təsdiqlənib 7

İki milli park haqqında Əsasnamə təsdiqlənib

6 Fevral, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 851)
  • Dünya (3. 175)
  • Gündəm (11. 061)
  • İdman (617)
  • İqtisadiyyat (567)
  • Kateqoriyasızlar (459)
  • Kriminal (1. 330)
  • Mədəniyyət (333)
  • Siyasət (2. 936)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8851) Dünya (3175) Gündəm (11061) Kateqoriyasızlar (459) Kriminal (1330) Mədəniyyət (333) Siyasət (2936) Texnologiya (14) İdman (617) İqtisadiyyat (567)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Avropanı XAOS BÜRÜDÜ – Bu dövlətlər yenidən Kremlin “QAPISINI DÖYMƏK” istəyir 7 Fevral, 2026
  • Hər kəsə yuxarıdan aşağı baxan bürclər- SİYAHI 7 Fevral, 2026
  • Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür 7 Fevral, 2026
  • BİZİM TƏQVİM: Fevralın 7-də baş vermiş tarixi hadisələr 7 Fevral, 2026
  • Azərbaycan cüdoçuları “Böyük Dəbilqə” turnirində mübarizəyə başlayırlar 7 Fevral, 2026
© Addim.az | MoreNews by AF themes.