Skip to content
11 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • BİZİM TƏQVİM: Fevralın 6-da baş vermiş tarixi hadisələr
  • Cəmiyyət

BİZİM TƏQVİM: Fevralın 6-da baş vermiş tarixi hadisələr

6 fevral 1905-ci il tarixdə  ermənilər Bakı şəhərində dəhşətli, qanlı hadisələr törədib. Bakıda Rusiya hakim dairələrinin təhriki və
Cavidan 6 Fevral, 2026
1770294580_1770201111_1770009964_t

6 fevral 1905-ci il tarixdə  ermənilər Bakı şəhərində dəhşətli, qanlı hadisələr törədib.

Bakıda Rusiya hakim dairələrinin təhriki və erməni milyonçuları Balabek Lalayev, Artyom Babayants, Akop Muradyan, Qriqori Sarkisyants, İsay Ter-Osipov və digər maqnatların havadarlığı ilə ermənilər planlı şəkildə günün günorta çağı, erməni kilsəsinin yanında, “Parapet” meydanında qətllər törədiblər.

Nəticədə, 18 nəfər adam ermənilər tərəfindən öldürülüb, 33 nəfər yaralanıb. Bundan sonra Bakıda və quberniyanın digər yaşayış məntəqələrində davam edən şiddətli qırğınlar törədilib. 

Bəs, 6 fevralda daha hansı tarixi hadisələr baş verib?

1. 1257-ci ilin 6 fevralında Sorbona universitetinin bünövrəsi qoyulub. 

2. 6 fevral 1828-ci ildə erməni mənşəli çar generalı V.Mədətov baş komandanlığın göstərişi olmadan Təbriz yaxınlığında özbaşınalıq edərək talanlar törədib. Dinc əhaliyə qarşı silah işlədilir, xeyli sayda ölənlər olub.

3. 1919-cu ilin 6 fevralında erməni daşnakları Göyçə mahalının Məniman (Nəriman) kəndinə hücum edirlər. 29 kişi, 10 qadın, 12 uşaq ağır işgəncələrlə qətlə yetirilir. Onların cəsədləri eybəcər hala salınır, gözləri çıxarılır, qulaqları kəsilir. 37 evə od vurularaq yandırılır.

4. 1928-ci ilin 6 fevralında Türkiyə Konstitusiyasından dövlət dininin İslam olduğu maddəsi çıxarılaraq dünyəvilik prinsipinin əsas götürüldüyü bildirilib. 

5. 1933-cü ilin 12 noyabrında elan edilən uyğurların Şərqi Türküstan İslam Respublikası Ma Cunqyinq ordusunun müdaxiləsi nəticəsində 1934-cü ilin 6 fevralında süquta uğradılıb. 10 il sonra (1944-cü ilin 12 noyabrı) təkrar qurulan Şərqi Türküstan Respublikası Rusiya və Çinin birliyi nəticəsində yenidən təcavüzə uğrayıb və 1946-1949-cu illərdə ərazidə Çinin hakimiyyəti altında koalisiya hökuməti yaradılıb. 1949-cu ilin 20 aprelində uyğurların respublikası təkrar məhv edilib. Həmin ilin dekabrında Çin Xalq Qurtuluş Ordusu bölgəyə girərək Şərqi Türküstanı yalnız muxtariyyət olaraq tanıyıb.

6. İkinci Dünya Müharibəsinin (1941-1945) ən qızğın dövründə – 1942-ci ildə 416-cı Qafqaz Atıcı Diviziyası yaradılıb. Heyəti azərbaycanlı döyüşçülərdən obarət olan bu diviziya müharibə illərində misilsiz rəşadət göstərib və 1945-ci il mayın 7-də Berlinin məhşur Brandenburq darvazasına birinci çatıb.  

7. 6 fevral 1942-ci ildə ikinci dünya müharibəsi zamanı Böyük Britaniya Taylanda müharibə elan edib.

8. 1958-ci ilin 6 fevralında İngiltərənin məşhur komandası “Manchester United”in futbolçularını da daşıyan təyyarə Münhen Hava Limanına enişi zamanı qəzaya uğradı. 22 nəfərin həyatını itirdiyi qəzada 8 “Manchester United” futbolçusu var idi.

9. 1959-cu ilin 6 fevralında Floridadakı “Cape Canaveral” kosmik bazasında Titan qitələrarası balistik raketinin ilk sınağı uğurlu keçib. Titan raketi ötən əsrin 60-cı illərində Apollo kosmik gəmisinin aya enişinə hazırlığı və kosmik vasitələrin orbitə qaldırılması üçün istifadə edilirdi.

10. 6 fevral 1980-ci ildə İsveçrənin Bern şəhərindəki türk səfirliyinin binası qarşısında səfir Doğan Türkmən öz maşınında ikən erməni terrorçusu tərəfindən atəşə tutulur. Səfir aldığı güllədən yaralanır. Terrorçu Maks Kledcan aradan çıxa bilirsə də, Marseldə tutulur və tədqiqat üçün İsveçrəyə qaytarılaraq istintaqa cəlb olunur. Məsuliyyəti CSAQ terrorçu dəstəsi öz üzərinə götürür.

6 fevralda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. Zadəgan, general-leytenant Cəfərqulu ağa Baxıxanov 6 fevral 1796-cı ildə doğulub.

2. Azərbaycanın Xalq artisti Firəngiz Şərifova  1924-cü ilin bu günündə dünyaya göz açıb. 

3. Azərbaycanın Xalq artisti Lütfi Məmmədbəyov 6 fevral 1927-ci ildə anadan olub.

4. Azərbaycanın teatr və kino aktyoru, Azərbaycan Respublikasının Xalq artisti Rafiq Əzimov 6 fevral 1938-ci ildə anadan olub.

5. 1955-ci ilin 6 fevralı Azərbaycanın ilk maarifçi qadınlarından biri, Mirzə Cəlilin həyat yoldaşı Həmidə Cavanşirin xatirə günüdür. O, doğulduğu Ağcabədi rayonunun Kəhrizli kəndində qadınlar üçün ilk məktəb və toxuculuq emalatxanası açıb. Qafqaz Müsəlman Qadınları Xeyriyyə Cəmiyyətinin yaradıcılarından biri və sədr müavini olan, “Molla Nəsrəddin” jurnalının nəşrinə yardım edən Həmidə xanım həm də atası Əhməd bəy Cavanşirin tərcümeyi-halını, Cəlil Məmmədquluzadə və Mirzə Ələkbər Sabir haqqında xatirələrini qələmə alıb, Azərbaycan yazıçılarının əsərlərini ruscaya tərcümə edib (1873-1955).

6. 1960-cı ilin 6 fevralında İstanbulda klassik türk musiqisinin tanınmış bəstəkarı və tənbur ustası Selahattin Pinar dünyasını dəyişib.  

7. Dünya kimya elmində “Üzvi kataliz təlimi”nin banisi sayılan Nikolay Zelinski 1861-ci ilin 6 fevralında anadan olub. Onun Azərbaycan respublikasında milli üzvi kimya məktəbinin təşəkkül tapmasında da əvəzsiz xidmətləri var (1861-1953).

8. Azərbaycan xanəndəsi, Xalq artisti Ağaxan  Abdullayev (1950 – 25.12.2016) 6 fevral 1950-ci ildə anadan olub. 

9. Azərbaycanın Milli Qəhrəmanı Mirəsgər Seyidov 1970-ci ilin bu günündə dünyaya göz açıb.(Bizim.Media)

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Prezident İlham Əliyevin BƏƏ səfəri başa çatıb
Next: Bu ərazilərdə 6 saat işıq olmayacaq

Bölmənin digər xəbərləri

Screenshot 2026-07-11 160048
  • Cəmiyyət

İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub

Cavidan 11 İyul, 2026
Screenshot 2026-07-11 153111
  • Cəmiyyət

İlham Əliyev Şuşada “Sadıqcanın evi”nin bərpadan sonra açılışında iştirak edib

Cavidan 11 İyul, 2026
Screenshot 2026-07-11 150542
  • Cəmiyyət

İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb

Cavidan 11 İyul, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 726)
  • Dünya (3. 453)
  • Gündəm (11. 945)
  • İdman (673)
  • İqtisadiyyat (604)
  • Kateqoriyasızlar (521)
  • Kriminal (1. 410)
  • Mədəniyyət (356)
  • Siyasət (3. 011)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub Screenshot 2026-07-11 160048 1
  • Cəmiyyət

İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub

11 İyul, 2026
İlham Əliyev Şuşada “Sadıqcanın evi”nin bərpadan sonra açılışında iştirak edib Screenshot 2026-07-11 153111 2
  • Cəmiyyət

İlham Əliyev Şuşada “Sadıqcanın evi”nin bərpadan sonra açılışında iştirak edib

11 İyul, 2026
İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb Screenshot 2026-07-11 150542 3
  • Cəmiyyət

İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb

11 İyul, 2026
Bakının 3 əsas küçəsində hərəkət tam məhdudlaşdırılacaq Screenshot 2026-07-11 144513 4
  • Cəmiyyət

Bakının 3 əsas küçəsində hərəkət tam məhdudlaşdırılacaq

11 İyul, 2026
Rusiya Xarkov və Zaporojyeyə zərbələr endirib, ölən və yaralananlar var Screenshot 2026-07-11 132145 5
  • Dünya

Rusiya Xarkov və Zaporojyeyə zərbələr endirib, ölən və yaralananlar var

11 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9726) Dünya (3453) Gündəm (11945) Kateqoriyasızlar (521) Kriminal (1410) Mədəniyyət (356) Siyasət (3011) Texnologiya (15) İdman (673) İqtisadiyyat (604)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.