Skip to content
16 Oktyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Ana Səhifə
  • Cəmiyyət
  • BİZİM TƏQVİM: 5 fevralda baş vermiş tarixi hadisələr
  • Cəmiyyət

BİZİM TƏQVİM: 5 fevralda baş vermiş tarixi hadisələr

1991-ci ilin bu gününə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Azərbaycan Sovet Sosialist Respublikası Azərbaycan Respublikası adlandırılıb. Digər
Cavidan 5 Fevral, 2026
1770206461_1 v

1991-ci ilin bu gününə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Azərbaycan Sovet Sosialist Respublikası Azərbaycan Respublikası adlandırılıb. Digər bir qərarla isə Azərbaycan Xalq Cümhuriyyətinin dövlət bayrağına Azərbaycan Respublikasının dövlət bayrağı statusu verilib.

Həmin il oktyabrın 18-də dövlət müstəqilliyini bərpa edən Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan olunub.

Bəs, fevralın 5-də dünyada daha nələr olub?

1.  1783-cü ilin 5 fevral günü Appenin yarımdasının cənubundakı Kalabriya vilayətində 2 ay davam edən misli görünməmiş zəlzələ baş verib. Bir-birinin ardınca minədək yeraltı təkan Rebo-di-Kalabriya şəhərini xarabalığa çevirib, 180 yaşayış məntəqəsində böyük dağıntılar törədib. Zəlzələdə 60 min adam həlak olub. Bundan sonra başlanan epidemiya isə daha 10 min insanın həyatına son qoyub.  

2.  1869-cu ilin 5 fevral günü Avstraliyanın Viktoriya ştatında yerin bir neçə santimetr altından 78 kiloqram ağırlığında, 91 faiz saf qızıldan ibarət, “Xoş gəldin, əcnəbi” adı verilən dünyanın ən böyük qızıl külçəsi tapılıb.

3.  1937-ci ilin 5 fevral günü Türkiyə Konstitusiyasının 2-ci Maddəsinə edilən dəyişikliklə əlaqədar 6 prinsip konstitusiya mətninə daxil edilib. Bu dəyişikliyə görə, Türkiyə cümhuriyyət, millət, xalq, dövlət, dünyəvilik və inqilabçılıq əsaslarını daşıyır, rəsmi dili türk, paytaxtı Ankara şəhəridir.  

4.  1962-ci ilin bu gününə Fransa keçmiş müstəmləkəsi olan Əlcəzairin müstəqilliyini tanıyıb. Əlcəzair xalqı 6 illik müstəqillik müharibəsindən sonra buna nail olub. Prezident Şarl de Qollun qərarı Fransanın əksər qüvvələrində ciddi etiraz doğurub, onun istefası ilə bağlı aksiyalar başlanıb.

5.  1971-ci ilin 5 fevralında “Apollo 14” Ay peykinin səthinə enib.

6.  1975-ci ilin 5 fevralında ABŞ Konqresinin 11 dekabr 1974-cü ildə verdiyi “Türkiyəyə silah qadağası qərarı” tətbiq olunmağa başlanıb. Qərarın səbəbi Türkiyənin 1974-cü ilin iyul və avqust aylarında Kiprə hərbi müdaxiləsi idi.

7. 1991-ci ilin 5 fevralında Azərbaycan Ali Sovetinin sessiyasında üçrəngli dövlət bayrağı təsdiq edildi.

8. 1994-cü ilin 5 fevralında Bosniya müharibəsi zamanı Markale bazarında bomba partladı, 68 nəfər öldü, 144 nəfərsə yaralandı. 

5 fevralda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1.  1870-ci ilin 5 fevralında Cənubi Azərbaycanda məhşur xanəndə Əbülhəsən anadan olubYüksək tembrli, məlahətli səsə malik xanəndə “Şur”, “Çahargah”, “Mahur” və “Segah” muğamlarını yüksək sənətkarlıqla ifa edib (1870-1971).

2.  1912-ci ilin 5 fevralında Azərbaycan teatr və kinosunun parlaq sənətkarı Münəvvər Kələntərli anadan olub. 1933-cü ildən səhnə fəaliyyətinə başlayan, əvvəlcə opera, sonlalar isə musiqili komediyalarında çıxış edən aktrisa tamaşaçıların yaddaşında daha çox “Arşın mal alan”, “Bəxtiyar”, “Görüş” və “Qızmar günəş altında” filmlərilə qalıb. (1912-1963)      

3.  1918-ci ilin 5 fevralında dahi Azərbaycan bəstəkarı Qara Qarayev anadan olub. Konservatoriyada Azərbaycan musiqi məktəbinin banisi Üzeyir Hacıbəyovdan dərs almış Q.Qarayev daha sonra (1941) təhsilini Moskva Dövlət Konservatoriyasında böyük rus bəstəkarı Dmitri Şostakoviçin sinfində davam etdirib. Bəstəkarın “7 gözəl”, “İldırımlı yollarla” baletləri, “Leyli və Məcnun” simfonik poeması, “Don Kixot” simfonik qravürü və başqa əsərləri dünya musiq xəzinəsinin nadir incilərindəndir. Qara Qarayev həm də Azərbaycan Dövlət Konservatoriyasında 70-ə yaxın peşəkar bəstəkar yetişdirib. (1918-1982)

4.  5 fevral 1923-cü ildə Əməkdar artist, tarzən Baba Salahov (1923 – 12.8.1981) anadan olub. Azərbaycan Televiziyası və Radiosunun “Araz” Xalq çalğı alətləri ansamblı sənətkarın adını daşıyır.

5.  5 fevral 1942-ci idə teatr xadimi Ağakərim Şərifov (1895-1942) vəfat edib. C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin yaradıcısı və direktoru olub. Bakı Teatr Məktəbində dərs deyib, milli teatr tarixinə dair kitabın müəllifidir.

6.  5 fevral 1948-ci ildə şair, dramaturq Mərkəz Qacar (1948-2013)  doğulub. İxtisasca hüquqşünas olub. Təmsil, rübai, poema, dram əsərlərinin müəllifidir.

7.  5 fevral 1963 -ci ildə Əməkdar artist, Dövlət mükafatı laureatı Münəvvər Kələntərli (1912-1963) vəfat edib. 1933-cü ildən səhnə fəaliyyətinə başlayıb, Opera və Balet, Musiqili Komediya teatrlarında çalışıb. “Arşın mal alan” (1945), “Bəxtiyar”, “Görüş”, “O olmasın, bu olsun” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.(Bizim.Media)

Xəbəri paylaş
Bəyəndinizsə dostlarınızla paylaşın:
WhatsApp WhatsApp ilə paylaş Telegram Telegram ilə paylaş Facebook Facebook-da paylaş LinkedIn LinkedIn-də paylaş Instagram Instagram üçün linki kopyala Kopyala Xəbərin linkini kopyala

Post navigation

Əvvəlki: Paşinyan: “Zayed İnsan Qardaşlığı Mükafatı” hər bir erməni və azərbaycanlı üçün eyni dərəcədə vacibdir
Sonrakı: Səyyar ASAN xidmət Ağdaşda fəaliyyətə başlayıb

Bölmənin digər xəbərləri

vcrMyLIl9JHkUewu0sAyU b
  • Cəmiyyət

Prezidentin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

Cavidan 15 Oktyabr, 2026
BEEbxueQX_1200 (1)
  • Cəmiyyət

Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb – yenilənib

Cavidan 15 Oktyabr, 2026
hm87sBTRp0z25jmMf6cv
  • Cəmiyyət

İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

Cavidan 15 Oktyabr, 2026

Teqlər

2026 Aktiv yaddaş Alış-veriş Android ani çap AnTuTu Apple Azerbaijan Business Women Azərbaycan-Pakistan bazar Business Counterpoint Research Elektron ticarət Femmes Digitales Fitbit Edge Fitnes-qolbaq fotoaparat Fujifilm Gadget geympad Google Instax Square 2 iPad Pro iPhone 18 Pro Mastercard Meta Microsoft Muse Wonder Newsbeat oyun Planşetlər Playground Games Reytinq Samsung Science SheMatters Pakistan SHE RISES Baku 2026 smartfon Smartfonlar Süni intellekt Texnologiya Tədqiqat World Xbox Xbox Nano Controller

Bölmələr

  • Cəmiyyət (3. 286)
  • Dünya (1. 083)
  • Gündəm (3. 462)
  • İdman (250)
  • İqtisadiyyat (170)
  • Kateqoriyasızlar (236)
  • Kriminal (300)
  • Mədəniyyət (97)
  • Siyasət (439)
  • Texnologiya (13)

Xəbər Trendi

Prezidentin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb vcrMyLIl9JHkUewu0sAyU b 1
  • Cəmiyyət

Prezidentin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15 Oktyabr, 2026
Naxçıvanın Nazirlər Kabinetinə yeni səlahiyyət verilib BgdWpx14hmRP1dfN b 2
  • Gündəm

Naxçıvanın Nazirlər Kabinetinə yeni səlahiyyət verilib

15 Oktyabr, 2026
Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb – yenilənib BEEbxueQX_1200 (1) 3
  • Cəmiyyət

Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb – yenilənib

15 Oktyabr, 2026
İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib hm87sBTRp0z25jmMf6cv 4
  • Cəmiyyət

İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

15 Oktyabr, 2026
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər vMyltuCcIy5zrKh_1200 5
  • Cəmiyyət

Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər

15 Oktyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3286) Dünya (1083) Gündəm (3462) Kateqoriyasızlar (236) Kriminal (300) Mədəniyyət (97) Siyasət (439) Texnologiya (13) İdman (250) İqtisadiyyat (170)

Sayt üzrə statistika

  • 0
  • 18
  • 18
  • 4. 828

«Addim.az günün 24 saatı ərzində ölkədə və dünyada baş verən ən mühüm və aktual hadisələri operativ şəkildə işıqlandırır, cəmiyyəti maraqlandıran suallara cavab axtarır, dərin analitik təhlillər, foto və videohesabatlarla oxucularına informasiya dünyasında hər addımda bələdçilik edir.»

  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.