Skip to content
3 Fevral, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 822)
  • Dünya (3. 164)
  • Gündəm (11. 026)
  • İdman (613)
  • İqtisadiyyat (566)
  • Kateqoriyasızlar (458)
  • Kriminal (1. 325)
  • Mədəniyyət (333)
  • Siyasət (2. 932)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« Yan    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət
  • Gündəm

Qəbələdə “Qış nağılı” Musiqi Festivalı başlayır

Fevralın 5-dən Qəbələdə II Beynəlxalq “Qış nağılı” Musiqi Festivalı başlayır. Festival Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının təşkilatçılığı,
Cavidan 3 Fevral, 2026

Fevralın 5-dən Qəbələdə II Beynəlxalq “Qış nağılı” Musiqi Festivalı başlayır.

Festival Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının təşkilatçılığı, Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və “Gilan”ın dəstəyi ilə keçirilir.

2009-cu ildən yay mövsümündə keçirilən Qəbələ Musiqi Festivalı artıq ikinci ildir ki, qışda da təşkil edilir.

Festivalın keçirildiyi 4 gün ərzində Qəbələdəki Heydər Əliyev Konqres Mərkəzində izləyicilərə rəngarəng proqram təqdim ediləcək. Müxtəlif musiqi zövqlərinə uyğun konsertlər olacaq: vokal, kamera instrumental musiqi axşamları, solo çıxışlar, flamenko-caz, Azərbaycan-İspaniya, Bakı-Neapol kimi musiqi gecələri soyuq qış fəslini rəngləndirəcək.

“Qış nağılı”nın birinci günü dahi bəstəkar Qara Qarayevin musiqi irsinə həsr olunacaq. Səhnədə Xalq artistləri Fərhad Bədəlbəyli və Murad Adıgözəlzadə, Azərbaycan Dövlət Simli Kvarteti çıxış edəcək.

Fevralın 6-da isə festivalın təntənəli açılışı olacaq. Çıxış edənlər: Əməkdar artist Əyyub Quliyevin dirijorluğu ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Simfonik Orkestri, Əməkdar artist Afaq Abbasova (soprano), Aytac Şıxəlizadə (mezzo-soprano), Azər Zadə (tenor), Mahir Tağızadə (bariton). Həmin gecə Cakomo Puççini, Coakino Rossini, Cüzeppe Verdi, Frans Leqar, Musa Mirzəyev və digər Azərbaycan və dünya bəstəkarlarının sevilən əsərlərindən ibarət konsert proqramı təqdim olunacaq.

Qəbələ festivalı musiqi bayramı olmaqla yanaşı, həm də mədəniyyətlərarası dialoqa mühüm töhfə kimi dəyərləndirilə bilər. Budəfəki festival da bu mənada istisna deyil. Belə ki, fevralın 7-də Qəbələdə Azərbaycanla İtaliya arasında dostluğu təcəssüm etdirən “Bakı-Neapol: Musiqi Körpüsü” kamera musiqi axşamı keçiriləcək. İzləyicilər Azərbaycan və İtaliya bəstəkarlarının əsərlərini dinləyəcəklər.

Fevralın 8-də isə “Qış nağılı” Beynəlxalq Musiqi Festivalının bağlanışı olacaq. “Azərbaycan-İspaniya: iki ölkə, bir musiqi” adlı flamenko-caz musiqi gecəsində İspaniyadan dəvət alan ifaçı və rəqqaslar səhnəyə çıxacaq.

Beləliklə, 4 gün ərzində Qəbələ növbəti dəfə musiqisevərlərə unudulmaz “Qış nağılı” bəxş edəcək.

Continue Reading

Previous: Baş prokuror İmişlidə vətəndaşları qəbul edib
Next: Ərdoğan Səudiyyə Ərəbistanında səfərdədir

Bölmənin digər xəbərləri

Azərbaycan-BƏƏ strateji tərəfdaşlığı – Yeni dövrün başlanğıcı – ŞƏRH
  • Cəmiyyət

Azərbaycan-BƏƏ strateji tərəfdaşlığı – Yeni dövrün başlanğıcı – ŞƏRH

3 Fevral, 2026
Hindistanın Azərbaycandakı yeni səfiri Bakıya gəlib
  • Cəmiyyət

Hindistanın Azərbaycandakı yeni səfiri Bakıya gəlib

3 Fevral, 2026
Ərdoğan Səudiyyə Ərəbistanında səfərdədir
  • Cəmiyyət

Ərdoğan Səudiyyə Ərəbistanında səfərdədir

3 Fevral, 2026

Top 7 Xəbər

Azərbaycan-BƏƏ strateji tərəfdaşlığı – Yeni dövrün başlanğıcı – ŞƏRH 1

Azərbaycan-BƏƏ strateji tərəfdaşlığı – Yeni dövrün başlanğıcı – ŞƏRH

3 Fevral, 2026
Hindistanın Azərbaycandakı yeni səfiri Bakıya gəlib 2

Hindistanın Azərbaycandakı yeni səfiri Bakıya gəlib

3 Fevral, 2026
Ərdoğan Səudiyyə Ərəbistanında səfərdədir 3

Ərdoğan Səudiyyə Ərəbistanında səfərdədir

3 Fevral, 2026
Qəbələdə “Qış nağılı” Musiqi Festivalı başlayır 4

Qəbələdə “Qış nağılı” Musiqi Festivalı başlayır

3 Fevral, 2026
Baş prokuror İmişlidə vətəndaşları qəbul edib 5

Baş prokuror İmişlidə vətəndaşları qəbul edib

3 Fevral, 2026
“X” sosial şəbəkəsinin Parisdəki ofislərində axtarışlar aparılır 6

“X” sosial şəbəkəsinin Parisdəki ofislərində axtarışlar aparılır

3 Fevral, 2026
Mark Rütte Kiyevdə səfərdədir 7

Mark Rütte Kiyevdə səfərdədir

3 Fevral, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 822)
  • Dünya (3. 164)
  • Gündəm (11. 026)
  • İdman (613)
  • İqtisadiyyat (566)
  • Kateqoriyasızlar (458)
  • Kriminal (1. 325)
  • Mədəniyyət (333)
  • Siyasət (2. 932)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8822) Dünya (3164) Gündəm (11026) Kateqoriyasızlar (458) Kriminal (1325) Mədəniyyət (333) Siyasət (2932) Texnologiya (14) İdman (613) İqtisadiyyat (566)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Azərbaycan-BƏƏ strateji tərəfdaşlığı – Yeni dövrün başlanğıcı – ŞƏRH 3 Fevral, 2026
  • Hindistanın Azərbaycandakı yeni səfiri Bakıya gəlib 3 Fevral, 2026
  • Ərdoğan Səudiyyə Ərəbistanında səfərdədir 3 Fevral, 2026
  • Qəbələdə “Qış nağılı” Musiqi Festivalı başlayır 3 Fevral, 2026
  • Baş prokuror İmişlidə vətəndaşları qəbul edib 3 Fevral, 2026
© Addim.az | MoreNews by AF themes.