Skip to content
15 Oktyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Ana Səhifə
  • Cəmiyyət
  • Yol polisi hava ilə bağlı sürücülərə müraciət etdi
  • Cəmiyyət
  • Gündəm

Yol polisi hava ilə bağlı sürücülərə müraciət etdi

Azərbaycanın bir sıra bölgələrində əlverişsiz hava şərtləri yollarda sürüşmə ehtimalını artıra, hərəkəti əhəmiyyətli dərəcədə çətinləşdirə bilər. Baş Dövlət
Cavidan 3 Fevral, 2026
1770104936_1762146989_1762b

Azərbaycanın bir sıra bölgələrində əlverişsiz hava şərtləri yollarda sürüşmə ehtimalını artıra, hərəkəti əhəmiyyətli dərəcədə çətinləşdirə bilər.

Baş Dövlət Yol Polisi İdarəsi edilən xəbərdarlığı nəzərə alaraq, sürücü və piyadaları diqqətli və ehtiyatlı olmağa çağırıb.

Qeyd edirik ki, yağıntılı və küləkli havalarda sürücülər hərəkət sürətini yol və hava şəraitinə uyğun seçməli, öndə hərəkət edən nəqliyyat vasitəsi ilə təhlükəsiz ara məsafəsini qorumalı, kəskin manevrlərdən və əsassız ötmələrdən çəkinməlidirlər. Nəqliyyat vasitələrinin faraları və işıq siqnalları saz vəziyyətdə olmalı, yaxın və qabarit işıqları daim yandırılmalıdır. Görünmə məsafəsi azaldıqda duman əleyhinə işıqlardan yalnız zərurət yarandıqda istifadə edilməli, qarşıdan gələn nəqliyyat vasitələrinə mane olmamaq üçün uzaq işıqlardan istifadə olunmamalıdır.

Piyadalar məhdud görünmə şəraitində yolu yalnız müəyyən edilmiş keçidlərdən keçməli, sürücülərin onları vaxtında görə bilməsi üçün daha diqqətli və ehtiyatlı davranmalıdırlar.

Xüsusilə qeyd olunmalıdır ki, küləkli hava şəraiti ikitəkərli, o cümlədən moped, motosiklet və skuter tipli nəqliyyat vasitələrinin idarə olunmasında ciddi çətinliklər yaradır. Güclü küləyin təsiri nəticəsində bu tip nəqliyyat vasitələrində müvazinətin itirilməsi və aşma riski əhəmiyyətli dərəcədə artır ki, bu da həm sürücülər, həm də digər nəqliyyat vasitələri və piyadalar üçün real təhlükə yaradır.

Mövcud hava şəraitində hər bir yol hərəkəti iştirakçısının məsuliyyətli davranışı, qarşılıqlı diqqət və anlayış nümayiş etdirməsi yol-nəqliyyat hadisələrinin qarşısının alınmasında mühüm rol oynayır.

Qeyd edək ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, qarşıdakı günlərdə ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, güclü və arabir şiddətlənən külək, eləcə də müxtəlif intensivlikdə yağıntıların müşahidə olunacağı gözlənilir. Bu cür hava şəraiti yol hərəkətinin təhlükəsizliyinə ciddi təsir göstərir və əlavə risklər yaradır.

Xəbəri paylaş
Bəyəndinizsə dostlarınızla paylaşın:
WhatsApp WhatsApp ilə paylaş Telegram Telegram ilə paylaş Facebook Facebook-da paylaş LinkedIn LinkedIn-də paylaş Instagram Instagram üçün linki kopyala Kopyala Xəbərin linkini kopyala

Post navigation

Əvvəlki: İşçilərin sosial sığorta nömrəsi ləğv olunur 
Sonrakı: Bakıya qar yağacaq – XƏBƏRDARLIQ

Bölmənin digər xəbərləri

HrORBeEahVUEHCvoxnsQK8 b
  • Cəmiyyət

Bu gün Azərbaycanın bəzi ərazilərində işıq olmayacaq

Cavidan 15 Oktyabr, 2026
uC41Nw6b8rLfmv
  • Cəmiyyət

Azərbaycan və Qırğızıstan XTQ-ləri arasında əməkdaşlıq müzakirə olunub

Cavidan 14 Oktyabr, 2026
vmeliyOwJuwFHl4oE v
  • Cəmiyyət

Emoməli Rahmon Bakıda AQEM sammitində iştirak edəcək

Cavidan 14 Oktyabr, 2026

Teqlər

2026 Aktiv yaddaş Alış-veriş Android AnTuTu Apple Azerbaijan Business Women Azərbaycan-Pakistan bazar Business Counterpoint Research Elektron ticarət Femmes Digitales Fitbit Edge Fitnes-qolbaq Forza Horizon 6 Gadget Google iPad Pro iPhone 18 Pro Mastercard Messi Meta Muse Wonder Newsbeat Oyunlar Panic Button Pele Planşetlər Playground Games PlayStation 5 PS5 Reytinq Samsung Science SheMatters Pakistan SHE RISES Baku 2026 smartfon Smartfonlar Sport Stories Süni intellekt Texnologiya Tədqiqat World

Bölmələr

  • Cəmiyyət (3. 275)
  • Dünya (1. 083)
  • Gündəm (3. 461)
  • İdman (250)
  • İqtisadiyyat (170)
  • Kateqoriyasızlar (236)
  • Kriminal (300)
  • Mədəniyyət (97)
  • Siyasət (439)
  • Texnologiya (11)

Xəbər Trendi

Azərbaycan nefti 4 dollara yaxın ucuzlaşıb kPg3Qjt2ZCfKsCe6jE v 1
  • İqtisadiyyat

Azərbaycan nefti 4 dollara yaxın ucuzlaşıb

15 Oktyabr, 2026
UEFA Konfrans Liqası: Liqa mərhələsinin I turu başlayır 753c2c08-584e-3583-a7ea v 2
  • İdman

UEFA Konfrans Liqası: Liqa mərhələsinin I turu başlayır

15 Oktyabr, 2026
Bu gün Azərbaycanın bəzi ərazilərində işıq olmayacaq HrORBeEahVUEHCvoxnsQK8 b 3
  • Cəmiyyət

Bu gün Azərbaycanın bəzi ərazilərində işıq olmayacaq

15 Oktyabr, 2026
Azərbaycan və Qırğızıstan XTQ-ləri arasında əməkdaşlıq müzakirə olunub uC41Nw6b8rLfmv 4
  • Cəmiyyət

Azərbaycan və Qırğızıstan XTQ-ləri arasında əməkdaşlıq müzakirə olunub

14 Oktyabr, 2026
Emoməli Rahmon Bakıda AQEM sammitində iştirak edəcək vmeliyOwJuwFHl4oE v 5
  • Cəmiyyət

Emoməli Rahmon Bakıda AQEM sammitində iştirak edəcək

14 Oktyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3275) Dünya (1083) Gündəm (3461) Kateqoriyasızlar (236) Kriminal (300) Mədəniyyət (97) Siyasət (439) Texnologiya (11) İdman (250) İqtisadiyyat (170)

Sayt üzrə statistika

  • 1
  • 89
  • 87
  • 4. 744

«Addim.az günün 24 saatı ərzində ölkədə və dünyada baş verən ən mühüm və aktual hadisələri operativ şəkildə işıqlandırır, cəmiyyəti maraqlandıran suallara cavab axtarır, dərin analitik təhlillər, foto və videohesabatlarla oxucularına informasiya dünyasında hər addımda bələdçilik edir.»

  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.