Skip to content
16 Noyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Ana Səhifə
  • Cəmiyyət
  • Azərbaycanda MTK-ların “qara siyahı”sı yaradıla bilər
  • Cəmiyyət
  • Gündəm

Azərbaycanda MTK-ların “qara siyahı”sı yaradıla bilər

“Bu gün yüzlərlə, minlərlə ailə yarımçıq qalan binaların girovuna çevrilib. Səbəb isə açıqdır: bəzi MTK-ların məsuliyyətsizliyi, maliyyə intizamsızlığı
Cavidan 2 Fevral, 2026
1770017376_2

“Bu gün yüzlərlə, minlərlə ailə yarımçıq qalan binaların girovuna çevrilib. Səbəb isə açıqdır: bəzi MTK-ların məsuliyyətsizliyi, maliyyə intizamsızlığı və rəhbərliyin hüquqi problemləri…Təəssüf ki, mövcud qanunvericilik vətəndaşı tam qoruya bilmir. Bu sahədə artıq konkret mexanizmlər yaradılmalıdır”.

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Razi Nurullayev deyib.

Deputat qeyd edib ki, bunun üçün ilk növbədə MTK-lar üçün maliyyə təminatının həlli üçün mexanizmlər olmalıdır. Tikintiyə başlamazdan əvvəl şirkətin bank zəmanəti və ya sığorta təminatını təqdim etməsi nəzərdən keçirilməldir. Əgər tikinti yarımçıq qalarsa, bina həmin vəsait hesabına tamamlanmalıdır.

“İkincisi, vətəndaşın pulu qorunmalıdır. Alıcıların ödədiyi vəsait birbaşa MTK-ya yox, nəzarətli depozit hesablarına köçürülə bilər. Pul yalnız tikintinin real mərhələlərinə uyğun olaraq mərhələli şəkildə açılmalıdır.
Üçüncüsü, MTK rəhbərliyinin şəxsi məsuliyyəti olmalıdır. Dələduzluğa və ya vəsaitin təyinatdan kənar istifadəsinə görə təkcə şirkət yox, rəhbərlik də şəxsi məsuliyyət daşımalıdır. Belə şirkət və şəxslərə uzunmüddətli tikinti qadağaları və daha sərt məsuliyyət tətbiq olunmalıdır.
Dördüncüsü, dövlət nəzarəti gücləndirilməlidir. Riskli MTK-ların açıq “qara siyahı”sı yaradılmalıdır.
Beşincisi, zərərçəkmiş vətəndaşlar üçün sürətli hüquqi mexanizm olmalıdır: tikinti mübahisələri üzrə xüsusi prosedur, müvəqqəti dövlət tamamlayıcı fondu və pulsuz hüquqi yardım.
Mövqeyim aydındır: “istədiyini tik, pulu necə gəldi xərclə, sonra məsuliyyətdən yayın” dövrü bitməlidir. Burada söhbət bazardan yox, insan taleyindən gedir. Bu səbəbdən Mülki Məcəlləyə və Şəhərsalma və Tikinti Məcəlləsinə kompleks dəyişiklik paketi hazırlanmalı və birlikdə qəbul edilməlidir” – deyə o qeyd edib..

Xəbəri paylaş
Bəyəndinizsə dostlarınızla paylaşın:
WhatsApp WhatsApp ilə paylaş Telegram Telegram ilə paylaş Facebook Facebook-da paylaş LinkedIn LinkedIn-də paylaş Instagram Instagram üçün linki kopyala Kopyala Xəbərin linkini kopyala

Post navigation

Əvvəlki: Hamiləliyə görə ödənişlər yeni qaydada hesablanacaq
Sonrakı: Azərbaycanda yaşa görə pensiya ARTIRILIR

Bölmənin digər xəbərləri

1794824653_243617_yi9z7fl5aj (1) v v
  • Cəmiyyət

Azərbaycan millisi bu gün Andorra ilə oynayacaq

Cavidan 16 Noyabr, 2026
1794 v)
  • Gündəm

Baş nazir və hökumət üzvləri Milli Məclisin iclasında iştirak edirlər

Cavidan 16 Noyabr, 2026
B
  • Gündəm

Daha bir vəkil həbs edildi – FOTO

Cavidan 16 Noyabr, 2026

Teqlər

Android AnTuTu Apple AZCON Holding AzInTelecom Azərbaycan Ağacəkmə aksiyası Ağdam biznes Business Epic Games Store Huawei informasiya təhlükəsizliyi innovasiya Lenovo Meta Microsoft Motorola NETTY 2026 Newsbeat Noutbuk OpenAI oyun Oyunlar PCI DSS PS5 Pulsuz Reytinq Rəqəmsal İmza Science Smartfonlar Sony spacex Starlink startap Süni intellekt SİMA İmza Tesla Texnologiya Təhlükəsizlik WebTrust for CA World İlon Mask İnternet Mükafatı İT xəbərləri

Bölmələr

  • Cəmiyyət (3. 447)
  • Dünya (1. 129)
  • Gündəm (3. 526)
  • İdman (262)
  • İqtisadiyyat (179)
  • Kateqoriyasızlar (254)
  • Kriminal (314)
  • Mədəniyyət (98)
  • Siyasət (452)
  • Texnologiya (70)

Xəbər Trendi

Azərbaycan millisi bu gün Andorra ilə oynayacaq 1794824653_243617_yi9z7fl5aj (1) v v 1
  • Cəmiyyət

Azərbaycan millisi bu gün Andorra ilə oynayacaq

16 Noyabr, 2026
Sony PS5-də qrafikanı yaxşılaşdıracaq oyunların siyahısını açıqladı Sony PS5-də qrafikanı yaxşılaşdıracaq oyunların siyahısını açıqladı 2
  • Texnologiya

Sony PS5-də qrafikanı yaxşılaşdıracaq oyunların siyahısını açıqladı

16 Noyabr, 2026
Tesla Cybercab üçün öncədən sifarişləri açdı: aylıq ödəniş və ərazi məhdudiyyətləri var Tesla Cybercab üçün öncədən sifarişləri açdı: aylıq ödəniş və ərazi məhdudiyyətləri var 3
  • Texnologiya

Tesla Cybercab üçün öncədən sifarişləri açdı: aylıq ödəniş və ərazi məhdudiyyətləri var

16 Noyabr, 2026
Sabah Yer kürəsində maqnit qasırğası baş verəcək – XƏBƏRDARLIQ 1794816749_94160811_0_8 v5814b6b4a3282e20340d4b 4
  • Kateqoriyasızlar

Sabah Yer kürəsində maqnit qasırğası baş verəcək – XƏBƏRDARLIQ

16 Noyabr, 2026
Baş nazir və hökumət üzvləri Milli Məclisin iclasında iştirak edirlər 1794 v) 5
  • Gündəm

Baş nazir və hökumət üzvləri Milli Məclisin iclasında iştirak edirlər

16 Noyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3447) Dünya (1129) Gündəm (3526) Kateqoriyasızlar (254) Kriminal (314) Mədəniyyət (98) Siyasət (452) Texnologiya (70) İdman (262) İqtisadiyyat (179)

Sayt üzrə statistika

  • 1
  • 502
  • 449
  • 16. 779

«Addim.az günün 24 saatı ərzində ölkədə və dünyada baş verən ən mühüm və aktual hadisələri operativ şəkildə işıqlandırır, cəmiyyəti maraqlandıran suallara cavab axtarır, dərin analitik təhlillər, foto və videohesabatlarla oxucularına informasiya dünyasında hər addımda bələdçilik edir.»

  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.