Skip to content
21 Yanvar, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 714)
  • Dünya (3. 130)
  • Gündəm (10. 885)
  • İdman (607)
  • İqtisadiyyat (558)
  • Kateqoriyasızlar (452)
  • Kriminal (1. 315)
  • Mədəniyyət (328)
  • Siyasət (2. 924)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Yanvar 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Dek    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət

Media nümayəndələrinin akkreditasiyasına start verildi

Birləşmiş Millətlər Təşkilatının dayanıqlı şəhərsalma üzrə ən böyük qlobal konfransı olan Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13)
Cavidan 17 Yanvar, 2026

Birləşmiş Millətlər Təşkilatının dayanıqlı şəhərsalma üzrə ən böyük qlobal konfransı olan Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) üzrə media nümayəndələrinin akkreditasiyasına start verilib.

Mayın 17-dən 22-dək Bakı şəhərində “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusunda keçiriləcək bu tədbir bütün dünyada təqribən üç milyard insanın üzləşdiyi mənzil böhranının həll yollarını müzakirə etmək məqsədilə qlobal liderləri bir araya toplayacaq.

BMT-Məskunlaşma Proqramının (UN-Habitat) və Azərbaycan Respublikasının Hökumətinin birgə təşkilatçılığı ilə keçiriləcək WUF13 tədbirində dövlət başçıları, nazirlər, şəhər merləri, şəhərsalma üzrə ekspertlər, vətəndaş cəmiyyəti və özəl sektor nümayəndələri bir araya gələrək layiqli mənzil təminatı, inklüzivlik və iqlimə davamlılıq üzrə həll variantlarının formalaşdırılmasında şəhərlərin oynaya biləcəyi rolu müzakirə edəcəklər.

Jurnalistlər üçün qlobal platforma

WUF13 tədbiri media nümayəndələrinə şəhər və icmaların gələcəyini formalaşdıran yüksəksəviyyəli qlobal müzakirələri işıqlandırmaq üçün unikal platforma təqdim edir. WUF13-ə qatılan media nümayəndələrini aşağıdakı imkanlar gözləyir:

• müsahibə və şərhlər üçün nazirlər, şəhər merləri və BMT rəhbərliyi də daxil olmaqla, yüksəksəviyyəli spikerlərlə birbaşa əlaqə imkanı;

• canlı yayım və məsafədən reportajlar üçün xüsusi media-zonalar;

• milli və yerli hökumət nümayəndələri, eləcə də BMT rəsmiləri ilə mətbuat brifinqləri;

• əsas sessiya və müzakirələrə səhnəarxası giriş imkanı;

• innovativ şəhərsalma və mənzil həllərini nümayiş etdirən sərgi iştirakçıları ilə ünsiyyət imkanı.

Altı gün ərzində keçiriləcək WUF13 tədbiri açılış və bağlanış mərasimləri, assambleyalar, dialoqlar, xüsusi sessiyalar, dəyirmi masalar və “Urban Expo” sərgisi də daxil olmaqla yüzlərlə tədbiri əhatə edəcək. Tədbirdən əvvəl isə Yeni Şəhərsalma Gündəliyinə həsr olunmuş yüksəksəviyyəli sessiya təşkil olunacaq.

Media nümayəndələrinin akkreditasiyası

Bütün media nümayəndələri akkreditasiya üçün UN-Habitat təşkilatının rəsmi qeydiyyat sistemi olan //events.unhabitat.org/ veb-saytı üzərindən müraciət etməlidirlər. Elektron və ya adi poçtla təqdim olunan müraciətlər qəbul edilməyəcək.

Media akkreditasiyası BMT-nin üzv dövlətlərində qanuni şəkildə qeydiyyatdan keçmiş etibarlı media təşkilatlarını təmsil edən peşəkar jurnalistlər və media nümayəndələri üçün nəzərdə tutulur. Təqdim olunan bütün müraciət ərizələri nəzərdən keçiriləcək və təsdiqlənmiş namizədlərə rəsmi təsdiq məktubu göndəriləcək.

WUF13 haqqında daha ətraflı məlumat almaq və media akkreditasiyası ilə bağlı müraciət etmək üçün //wuf.unhabitat.org/wuf13 veb-saytına daxil ola bilərsiniz.

Continue Reading

Previous: Bazar günü sulu qar yağacaq
Next: Suriya ordusu Rakka vilayətinə daxil olub

Bölmənin digər xəbərləri

Azərbaycanda zəlzələ oldu
  • Cəmiyyət

Azərbaycanda zəlzələ oldu

21 Yanvar, 2026
ADSEA şaxtalı havalarla bağlı abonentlərə müraciət edib
  • Cəmiyyət

ADSEA şaxtalı havalarla bağlı abonentlərə müraciət edib

20 Yanvar, 2026
Hakan Fidan Tom Barrakla görüşün təfərrüatlarını açıqlayıb
  • Cəmiyyət

Hakan Fidan Tom Barrakla görüşün təfərrüatlarını açıqlayıb

20 Yanvar, 2026

Top 7 Xəbər

Hava şəraiti ilə əlaqədar olaraq 15 nəfər xəsarət alıb 1

Hava şəraiti ilə əlaqədar olaraq 15 nəfər xəsarət alıb

21 Yanvar, 2026
Bu gün “Qarabağ” “Ayntraxt”la üz-üzə gələcək 2

Bu gün “Qarabağ” “Ayntraxt”la üz-üzə gələcək

21 Yanvar, 2026
Azərbaycanda zəlzələ oldu 3

Azərbaycanda zəlzələ oldu

21 Yanvar, 2026
ADSEA şaxtalı havalarla bağlı abonentlərə müraciət edib 4

ADSEA şaxtalı havalarla bağlı abonentlərə müraciət edib

20 Yanvar, 2026
Prezident: “Zayed İnsan Qardaşlığı Mükafatı”nı almaq mənim üçün böyük şərəfdir 5

Prezident: “Zayed İnsan Qardaşlığı Mükafatı”nı almaq mənim üçün böyük şərəfdir

20 Yanvar, 2026
Hakan Fidan Tom Barrakla görüşün təfərrüatlarını açıqlayıb 6

Hakan Fidan Tom Barrakla görüşün təfərrüatlarını açıqlayıb

20 Yanvar, 2026
Avropa İttifaqı Qrenlandiyaya investisiyanı ciddi həcmdə artıracaq 7

Avropa İttifaqı Qrenlandiyaya investisiyanı ciddi həcmdə artıracaq

20 Yanvar, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 714)
  • Dünya (3. 130)
  • Gündəm (10. 885)
  • İdman (607)
  • İqtisadiyyat (558)
  • Kateqoriyasızlar (452)
  • Kriminal (1. 315)
  • Mədəniyyət (328)
  • Siyasət (2. 924)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8714) Dünya (3130) Gündəm (10885) Kateqoriyasızlar (452) Kriminal (1315) Mədəniyyət (328) Siyasət (2924) Texnologiya (14) İdman (607) İqtisadiyyat (558)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Hava şəraiti ilə əlaqədar olaraq 15 nəfər xəsarət alıb 21 Yanvar, 2026
  • Bu gün “Qarabağ” “Ayntraxt”la üz-üzə gələcək 21 Yanvar, 2026
  • Azərbaycanda zəlzələ oldu 21 Yanvar, 2026
  • ADSEA şaxtalı havalarla bağlı abonentlərə müraciət edib 20 Yanvar, 2026
  • Prezident: “Zayed İnsan Qardaşlığı Mükafatı”nı almaq mənim üçün böyük şərəfdir 20 Yanvar, 2026
© Addim.az | MoreNews by AF themes.