Skip to content
2 Mart, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 014)
  • Dünya (3. 233)
  • Gündəm (11. 305)
  • İdman (632)
  • İqtisadiyyat (573)
  • Kateqoriyasızlar (466)
  • Kriminal (1. 343)
  • Mədəniyyət (338)
  • Siyasət (2. 955)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Mart 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
« Fev    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət
  • Gündəm

Tanınmış alim Mustafa Qarayev vəfat edib

Azərbaycan elminə və ali təhsilinə uzun illər töhfə vermiş tanınmış alim, professor Mustafa İslam oğlu Qarayev vəfat edib.
Cavidan 10 Yanvar, 2026

Azərbaycan elminə və ali təhsilinə uzun illər töhfə vermiş tanınmış alim, professor Mustafa İslam oğlu Qarayev vəfat edib.

90 yaşlı professor bu gün dünyasını dəyişib. 

Mustafa Qarayev 20 oktyabr 1936-cı ildə Laçın rayonun Minkənd  kəndində  anadan olub. 1945-1955-ci  illərdə elə həmin kəndin orta məktəbində təhsil alıb.

1956-cı ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinə qəbul olunub və 1961-ci ildə həmin fakültənin Riyaziyyat ixtisasını bitirib.

Əmək fəaliyyətinə 1961–1966-cı illərdə Azərbaycan Elmlər Akademiyasının Elmi Tədqiqat Energetika İnstitutunda elmi işçi kimi başlayan Mustafa Qarayev, 1966-cı ildən etibarən D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) “Riyaziyyat” kafedrasında müəllim kimi çalışıb.

O, 1975-ci ildə dissertasiya işini müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsini alıb, 1982-ci ildə dosent, 2005-ci ildə isə professor seçilib. Uzun müddət Azərbaycan Dövlət İqtisad Universitetinin “Riyaziyyat” kafedrasının müdiri vəzifəsində çalışıb.

Mustafa Qarayev 50-yə yaxın elmi məqalə, metodik göstəriş və dərs proqramının müəllifi idi. Onun pedaqoji və elmi fəaliyyəti dövlət tərəfindən də yüksək qiymətləndirilib. Belə ki, 2005-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Əməkdar müəllim” fəxri adına layiq görülüb, 2006-cı ildə “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilib. 2010-cu ildə isə İqtisad Universitetinin 80 illik yubileyi münasibətilə “Universitetin Qızıl Yubiley” medalı ilə mükafatlandırılıb.

Mustafa Qarayev ailəli idi, dörd övladı var.

Qeyd edək ki, Mustafa Qarayevin qardaşı Azərbaycan Dövlət Tibb Universitetinin mərhum professoru Zöhrab Qarayevdir. Musatafa Qarayev qardaşının yanında, Görədil qəbiristanlığında dəfn ediləcək.

Continue Reading

Previous: Tramp ad gününə görə G7 sammitinin tarixini dəyişdirib?
Next: Günün qoroskopu: Yuxularınız və intuisiyanız sizə mühüm ipucları verə bilər

Bölmənin digər xəbərləri

İranın səfiri: Azərbaycana başsağlığı mesajlarına görə minnətdarıq
  • Cəmiyyət

İranın səfiri: Azərbaycana başsağlığı mesajlarına görə minnətdarıq

2 Mart, 2026
Ukrayna Ordusu Novorossiyskə zərbə endirib, yaralananlar var
  • Dünya

Ukrayna Ordusu Novorossiyskə zərbə endirib, yaralananlar var

2 Mart, 2026
Biləcərinin bəzi ərazilərində işıq olmayacaq
  • Cəmiyyət

Biləcərinin bəzi ərazilərində işıq olmayacaq

2 Mart, 2026

Top 7 Xəbər

İranın səfiri: Azərbaycana başsağlığı mesajlarına görə minnətdarıq 1

İranın səfiri: Azərbaycana başsağlığı mesajlarına görə minnətdarıq

2 Mart, 2026
Ukrayna Ordusu Novorossiyskə zərbə endirib, yaralananlar var 2

Ukrayna Ordusu Novorossiyskə zərbə endirib, yaralananlar var

2 Mart, 2026
Biləcərinin bəzi ərazilərində işıq olmayacaq 3

Biləcərinin bəzi ərazilərində işıq olmayacaq

2 Mart, 2026
Leyla Əliyeva “Neft bumu hamıya gülümsəyir” tamaşasının nümayişində iştirak edib 4

Leyla Əliyeva “Neft bumu hamıya gülümsəyir” tamaşasının nümayişində iştirak edib

2 Mart, 2026
Qızılın qiyməti 5 300 dolları ötdü 5

Qızılın qiyməti 5 300 dolları ötdü

2 Mart, 2026
İran Baş Qərargah rəisi, İİKK baş komandanı və müdafiə nazirinin ölümünü təsdiqləyib 6

İran Baş Qərargah rəisi, İİKK baş komandanı və müdafiə nazirinin ölümünü təsdiqləyib

2 Mart, 2026
İranda qızlar məktəbinə hava zərbələri nəticəsində 24 şagird ölüb 7

İranda qızlar məktəbinə hava zərbələri nəticəsində 24 şagird ölüb

28 Fevral, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 014)
  • Dünya (3. 233)
  • Gündəm (11. 305)
  • İdman (632)
  • İqtisadiyyat (573)
  • Kateqoriyasızlar (466)
  • Kriminal (1. 343)
  • Mədəniyyət (338)
  • Siyasət (2. 955)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9014) Dünya (3233) Gündəm (11305) Kateqoriyasızlar (466) Kriminal (1343) Mədəniyyət (338) Siyasət (2955) Texnologiya (14) İdman (632) İqtisadiyyat (573)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • İranın səfiri: Azərbaycana başsağlığı mesajlarına görə minnətdarıq 2 Mart, 2026
  • Ukrayna Ordusu Novorossiyskə zərbə endirib, yaralananlar var 2 Mart, 2026
  • Biləcərinin bəzi ərazilərində işıq olmayacaq 2 Mart, 2026
  • Leyla Əliyeva “Neft bumu hamıya gülümsəyir” tamaşasının nümayişində iştirak edib 2 Mart, 2026
  • Qızılın qiyməti 5 300 dolları ötdü 2 Mart, 2026
© Addim.az | MoreNews by AF themes.