Skip to content
28 Avqust, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Maaş və pensiyalarda bu qədər artım olacaq – Deputat AÇIQLADI
  • Cəmiyyət
  • Gündəm

Maaş və pensiyalarda bu qədər artım olacaq – Deputat AÇIQLADI

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində son yeddi il ərzində 5 sosial islahat paketin icra edildiyini
Cavidan 6 Yanvar, 2026
1767698242_1649748550_50 (1)

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində son yeddi il ərzində 5 sosial islahat paketin icra edildiyini və bu islahatların 4 milyon vətəndaşı əhatə etdiiyini bildirib.

Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, yalnız ötən il reallaşan 5-ci sosial paket 3 milyondan çox vətəndaşı əhatə etməklə ölkəmizdə sosial təminat sisteminin daha güclənməsinə xidmət etdi:

“2025-ci ildəki artımlar üçün əlavə olaraq 1,4 milyard manat ayrılıb. Bu isə o deməkdir ki, yalnız 2020-ci ildən sonra Azərbaycan Prezidentinin göstərişi ilə reallaşan paketlərə 7.6 milyard manat əlavə vəsait yönəldilib. 2024-cü ildə respublika üzrə orta aylıq əmək haqqı 8.1 faiz artmışdırsa, ötən ilin ilk 10 ayında artım 9.4 faiz olub. 2025-ci ilin yekun nominal orta aylıq əmək haqqı artım fazinin fevral ayının əvvəllərində rəsmi elan ediləcəyi gözlənilir. İlkin gözlənti 9.2 faiz maaş artımıdır.

Bu isə o deməkdir ki, bu aydan etibarən bütün növ pensiyaların indeksləşdirilərək artırılması baş verəcək. 9.2 faiz artırılacağı gözlənilən pensiya artımları 1 milyon 100 mindən çox vətəndaşımıza şamil olunaraq yanvar ayından hesablanacaq. Bu bütün növ əmək pensiyalarını, o cümlədən yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə əmək pensiyaları alan bütün vətəndaşlarımıza şamil olunacaq.

Bu həmçinin o deməkdir ki, 540 manat məbləğində orta pensiya alan vətəndaşımızın pensiyasında bu aydan 50 manata yaxın artım olacaq. Yanvar ayının artımı fevral ayını artımı ilə birlikdə ödəniləcək. Nəticədə, 2026-cı ildə Azərbaycanda orta aylıq pensiyanın təxminən 590 manat olacağı proqnozlaşdırılır, yaşa görə orta pensiya isə 629 manata çatacaq və bu məbləğ 2025-ci illə müqayisədə 7.9%-dən çox artım deməkdir”.

Deputatın sözlərinə görə, 2026-cı ilin dövlət büdcəsindən sosial istiqamətə 17.1 milyard manat vəsaitin ayrılması nəzərdə tutulur: “Bu il büdcə xərclərinin 41 faizindən çoxu sosial istiqamətə yönələcək. Bu, 2026-cı ildə də sosial təminatın güclənməsinin əsas prioritetlərdən olacağından xəbər verir”.

Post navigation

Previous: Təcili Tibbi Yardım Stansiyasının həyətində meyit tapıldı
Next: Azərbaycanda 149 uşaq övladlığa verilib

Bölmənin digər xəbərləri

ztAYy2c0s5Z v
  • Cəmiyyət

Sabah 36 dərəcə isti gözlənilir, güclü külək əsəcək

Cavidan 28 Avqust, 2026
1787903771403v vvv
  • Cəmiyyət

Növbəti köç karvanları Şükürbəyli və Horovlu kəndlərinə çatıb – YENİLƏNİB

Cavidan 28 Avqust, 2026
1736325742 v
  • Cəmiyyət

Kamran Əliyev Yasamal rayonunda vətəndaşları qəbul edib

Cavidan 28 Avqust, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (3. 024)
  • Dünya (1. 033)
  • Gündəm (3. 323)
  • İdman (225)
  • İqtisadiyyat (156)
  • Kateqoriyasızlar (200)
  • Kriminal (274)
  • Mədəniyyət (93)
  • Siyasət (401)
  • Texnologiya (15)

Xəbər Trendi

Ukrayna Rusiyaya məxsus təyyarəni aerodromda vurub Iu8dpm2k v 1
  • Dünya

Ukrayna Rusiyaya məxsus təyyarəni aerodromda vurub

28 Avqust, 2026
Sabah 36 dərəcə isti gözlənilir, güclü külək əsəcək ztAYy2c0s5Z v 2
  • Cəmiyyət

Sabah 36 dərəcə isti gözlənilir, güclü külək əsəcək

28 Avqust, 2026
Növbəti köç karvanları Şükürbəyli və Horovlu kəndlərinə çatıb – YENİLƏNİB 1787903771403v vvv 3
  • Cəmiyyət

Növbəti köç karvanları Şükürbəyli və Horovlu kəndlərinə çatıb – YENİLƏNİB

28 Avqust, 2026
Kamran Əliyev Yasamal rayonunda vətəndaşları qəbul edib 1736325742 v 4
  • Cəmiyyət

Kamran Əliyev Yasamal rayonunda vətəndaşları qəbul edib

28 Avqust, 2026
Ali məktəblərə qəbul olunanlar üçün qeydiyyat prosesinə start verilib 270a4ce6-fd6f-4d1 v 5
  • Cəmiyyət

Ali məktəblərə qəbul olunanlar üçün qeydiyyat prosesinə start verilib

28 Avqust, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3024) Dünya (1033) Gündəm (3323) Kateqoriyasızlar (200) Kriminal (274) Mədəniyyət (93) Siyasət (401) Texnologiya (15) İdman (225) İqtisadiyyat (156)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.