Skip to content
27 Aprel, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 308)
  • Dünya (3. 340)
  • Gündəm (11. 661)
  • İdman (645)
  • İqtisadiyyat (589)
  • Kateqoriyasızlar (484)
  • Kriminal (1. 378)
  • Mədəniyyət (346)
  • Siyasət (2. 983)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930  
« Mar    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət

İş adamı Şamil Heydərov ölkə mətbuatında barəsində səslənən iddiları yalanladı

Cavidan 25 Dekabr, 2025

Tanınmış iş adamı Şamil Heydərov eləcədə “İdeyal İnşaat” MTK ölkə mətbuatında dərc olunan xoşagəlməz yazılarla bağlı təkzib məktubu göndərib. Mən, Heydərov Şamil Hilal oğlu, Qərbi Ermənistanın Uluxanlı bölgəsindənəm. 1988-ci ildə ailəm və bütün nəslimiz digər həmvətənlərimizlə birlikdə Ermənistandan zorakılıqla qovulmuş insanlardanıq. Qərbi Azərbaycandan olan hər kəs kimi biz də Ulu Öndər Heydər Əliyevi xilaskarımız kimi tanımışıq və bu gün Prezident İlham Əliyev cənablarının siyasətini birmənalı şəkildə dəstəkləyirik. Bizim üçün yalnız bir siyasət var – Heydər Əliyev və İlham Əliyev siyasəti. Bu xəttdən kənar hər hansı siyasi mövqe bizim üçün mümkün deyil.

“Demokrat.az” saytında barəmdə dərc edilmiş yazı tamamilə əsassızdır və mənə şamil edilə bilməz. Həmin yazının sifariş xarakterli olduğunu hesab edirəm və bu məsələ ilə bağlı aidiyyəti dövlət qurumlarına müraciət etmişəm. Yazının kimlərin tapşırığı ilə hazırlandığını hüquq-mühafizə orqanları araşdıracaq.

“Demokrat.az” saytında Vaqif Hüseynli imzası ilə barəmdə saxta və faktlara söykənməyən məqalə dərc edilib. Məqalədə göstərilən iddiaların heç bir hüquqi və faktiki əsası yoxdur. Redaksiyanın Abbasqulu Abbaszadə küçəsi 17 ünvanında yerləşən bina ilə bağlı real vəziyyətdən xəbərsiz olduğu açıq-aşkardır.

Məlumatların təkzibi:
    1.    Məqalədə MTK-nın adı səhv göstərilib. Doğru ad “İdeyal İnşaat” MTK-dır, “İdeyal” MTK deyil.
    2.    Mən həmin binanın təsisçisi deyiləm və hər hansı şəxsə “elit mənzil vermək” səlahiyyətim yoxdur.
    3.    “Hər ay 50 min manat pul yığılıb Ramiz Mehdiyevə verilməsi” iddiası tam yalandır.
Mənim ətrafımda 1200-dən çox insan çalışır, hamısını şəxsən tanıyıram və dövlətə milyonlarla manat vergi ödəyirəm. Əsas fəaliyyət sahəm karqo daşımalarıdır. “Binə” və “Sədərək” yarmarkalarında 25 ildir 12 000-dən çox kiçik sahibkarla işləyirəm. Bu sahibkarlar hər il dövlət büdcəsinə milyardlarla manat gömrük və vergi rüsumu ödəyirlər. Təşkilatçı və daşıyıcı kimi tanınan şəxs Şamil Heydərovdur.

Mən Əli Kərimlini həyatda görməmişəm, onunla heç bir əlaqəm olmayıb. Bu barədə yazılanlar ictimaiyyəti aldatmağa yönəlmiş böhtandır.

Mən media resursları ilə hüquqi müstəvidə daim mübarizə aparmışam. Yuxarıda adı qeyd olunan sayt ilə bağlı Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə və məhkəmə orqanlarına rəsmi müraciətlər etmişəm.

Hörmətli oxucular, xahiş edirəm, belə etibarsız mənbələrə vaxt ayırmayın və sifarişli yazılara inanmayın.
Ölkə mətbuatında dərc olunan yazı ilə bağlı “İdeyal İnşaat” MTK-dan açıqlama verilib. 
    •    Binada 561 mənzil var, onların 68-də yaşayış yoxdur.
    •    Yaşayış olan 493 mənzil mövcuddur.
    •    Ümumi yaşayış və qeyri-yaşayış sahəsi təxminən 55 000 m²-dir.
    •    Kommunal ödəniş 1 m² üçün 30 qəpik olmaqla aylıq təxminən 16 500 manat təşkil edir.
    •    Aylıq xərclər isə orta hesabla 14 000 manatdan çoxdur:
    •    Əməkhaqqı – 7 000 manat
    •    İşıq – 4 000 manat
    •    Liftlərə qulluq – 1 000 manat
    •    Zibil – 650 manat
    •    Su – 300 manat
    •    Digər xərclər – 1 000 manat və s.

Bəzi aylarda xərclər gəliri belə üstələyir. 50 min manat kimi göstərilən rəqəm uydurmadır.

Bu il MTK-da liftlərin yenilənməsinə 120 000 manat xərclənib. Binada 400 m²-lik “elit mənzil” mövcud deyil. Sakinlərin kütləvi şikayəti ilə bağlı iddia edilən şəxslərin adları belə göstərilmir, bu da növbəti yalandır.

Continue Reading

Previous: Netanyahu: İsrail müdafiə sənayesinin inkişafına 108 milyard dollar yatıracaq
Next: Prezident təyyarə qəzasının ildönümü ilə bağlı paylaşım etdi – Foto

Bölmənin digər xəbərləri

Azərbaycan və Ukrayna arasında 6 sənəd imzalanıb
  • Cəmiyyət

Azərbaycan və Ukrayna arasında 6 sənəd imzalanıb

25 Aprel, 2026
Azərbaycan və Ukrayna prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
  • Cəmiyyət

Azərbaycan və Ukrayna prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

25 Aprel, 2026
Bakıda “enerji həftəsi” keçiriləcək
  • Cəmiyyət

Bakıda “enerji həftəsi” keçiriləcək

24 Aprel, 2026

Top 7 Xəbər

Azərbaycan və Ukrayna arasında 6 sənəd imzalanıb 1

Azərbaycan və Ukrayna arasında 6 sənəd imzalanıb

25 Aprel, 2026
Ayxan Hacızadə: Nyu-York merinin saxta bəyanatları qəbuledilməzdir və dərhal silinməlidir 2

Ayxan Hacızadə: Nyu-York merinin saxta bəyanatları qəbuledilməzdir və dərhal silinməlidir

25 Aprel, 2026
Azərbaycan və Ukrayna prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər 3

Azərbaycan və Ukrayna prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

25 Aprel, 2026
Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir 4

Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir

25 Aprel, 2026
İşlədiyi evin ikinci mərtəbəsindən yıxılıb öldü 5

İşlədiyi evin ikinci mərtəbəsindən yıxılıb öldü

25 Aprel, 2026
Azərbaycan Premyer Liqası: XXIX tura iki oyunla start veriləcək 6

Azərbaycan Premyer Liqası: XXIX tura iki oyunla start veriləcək

25 Aprel, 2026
Bakıda “enerji həftəsi” keçiriləcək 7

Bakıda “enerji həftəsi” keçiriləcək

24 Aprel, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 308)
  • Dünya (3. 340)
  • Gündəm (11. 661)
  • İdman (645)
  • İqtisadiyyat (589)
  • Kateqoriyasızlar (484)
  • Kriminal (1. 378)
  • Mədəniyyət (346)
  • Siyasət (2. 983)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9308) Dünya (3340) Gündəm (11661) Kateqoriyasızlar (484) Kriminal (1378) Mədəniyyət (346) Siyasət (2983) Texnologiya (14) İdman (645) İqtisadiyyat (589)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Azərbaycan və Ukrayna arasında 6 sənəd imzalanıb 25 Aprel, 2026
  • Ayxan Hacızadə: Nyu-York merinin saxta bəyanatları qəbuledilməzdir və dərhal silinməlidir 25 Aprel, 2026
  • Azərbaycan və Ukrayna prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər 25 Aprel, 2026
  • Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir 25 Aprel, 2026
  • İşlədiyi evin ikinci mərtəbəsindən yıxılıb öldü 25 Aprel, 2026
© Addim.az | MoreNews by AF themes.