Skip to content
9 Fevral, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 856)
  • Dünya (3. 179)
  • Gündəm (11. 070)
  • İdman (618)
  • İqtisadiyyat (567)
  • Kateqoriyasızlar (459)
  • Kriminal (1. 332)
  • Mədəniyyət (333)
  • Siyasət (2. 936)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« Yan    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət
  • Gündəm

İlham Əliyev Xankəndidə Zəfər parkının açılışında iştirak edib – YENİLƏNİB

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dekabrın 24-də Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak ediblər.
Cavidan 24 Dekabr, 2025

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dekabrın 24-də Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak ediblər.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov dövlət başçısına və birinci xanıma parkda yaradılmış şərait barədə məlumat verib.

Ümumi sahəsi 9 hektar olan Zəfər parkının təməli bu ilin fevralında Prezident İlham Əliyev tərəfindən qoyulub. Dövlət başçısı iyulda burada görülən işlərlə tanış olub.

Bildirilib ki, parkın girişindən Zəfər tağına doğru 44 pilləkən salınıb. Onların mərkəzi hissəsində quraşdırılmış lövhələr üzərində müharibənin gedişi barədə məlumatlar, o cümlədən azad olunmuş yaşayış məntəqələrinin adları yazılıb. Eyni zamanda, 2023-cü ildə keçirilmiş antiterror əməliyyatının nəticələrini əks etdirən məlumatlar da lövhələrdə qeyd olunub.

Zəfər tağının hündürlüyü Vətən müharibəsi günlərinin sayına görə rəmzi olaraq 44 metr təşkil edir. Bina 10 mərtəbədən və terrasdan ibarətdir. Terrasda Zəfər Günü ilə bağlı 8 rəqəmini simvolizə edən konstruksiya inşa olunub. Doqquzuncu mərtəbədə “Zəfər qalereyası” sərgi-nümayiş zalı yaradılıb.

Parkın ərazisində genişmiqyaslı abadlıq və quruculuq işləri həyata keçirilib, fəvvarələr yaradılıb, işıqlandırma və musiqilərin səsləndirilməsi üçün sistemlər quraşdırılıb. İnşaat işləri zamanı mövcud ağacların qorunmasına xüsusi diqqət yetirilib. Ümumilikdə parka 500-dən çox ağac və 11 mindən artıq kol və gül əkilib.

Qeyd edək ki, Xankəndi şəhərində Zəfər parkının yaradılması bir neçə mühüm əhəmiyyət daşıyır. İlk növbədə, bu layihə Azərbaycan xalqının tarixi ədalətin bərpası və öz ərazi bütövlüyünün qorunması uğrunda göstərdiyi döyüş əzmini, misilsiz qəhrəmanlığını və 44 günlük Vətən müharibəsi zamanı qazandığı möhtəşəm Qələbəni əks etdirir. Eyni zamanda, park Xankəndi sakinlərinin və qonaqların asudə vaxtlarının səmərəli təşkilinə xidmət edəcək. Bundan başqa, belə istirahət məkanlarının yaradılması işğaldan azad olunmuş ərazilərdə görülən genişmiqyaslı bərpa-quruculuq işlərinin uğurla davam etdiyini göstərir.

12:11

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dekabrın 24-də Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak ediblər.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

İlham Əliyev Xankəndidə Zəfər parkının açılışında iştirak edib - YENİLƏNİB

Continue Reading

Previous: Rusiyanın dron hücumları Ukraynanın neft obyektlərinə ciddi ziyan vurub
Next: İsrail Livana hava zərbələri endirib

Bölmənin digər xəbərləri

Şəmkirdə içində hərbçilər olan avtomobil ağaca çırpılıb, ölən və xəsarət alanlar var – YENİLƏNİB
  • Gündəm

Şəmkirdə içində hərbçilər olan avtomobil ağaca çırpılıb, ölən və xəsarət alanlar var – YENİLƏNİB

9 Fevral, 2026
Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində hazırlanan mütəxəssislərin sayı açıqlanıb
  • Cəmiyyət

Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində hazırlanan mütəxəssislərin sayı açıqlanıb

9 Fevral, 2026
Bakıda liseydə şagirdin güllələdiyi müəllimin vəziyyəti açıqlanıb
  • Cəmiyyət

Bakıda liseydə şagirdin güllələdiyi müəllimin vəziyyəti açıqlanıb

9 Fevral, 2026

Top 7 Xəbər

Şəmkirdə içində hərbçilər olan avtomobil ağaca çırpılıb, ölən və xəsarət alanlar var – YENİLƏNİB 1

Şəmkirdə içində hərbçilər olan avtomobil ağaca çırpılıb, ölən və xəsarət alanlar var – YENİLƏNİB

9 Fevral, 2026
Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində hazırlanan mütəxəssislərin sayı açıqlanıb 2

Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində hazırlanan mütəxəssislərin sayı açıqlanıb

9 Fevral, 2026
Bakıda liseydə şagirdin güllələdiyi müəllimin vəziyyəti açıqlanıb 3

Bakıda liseydə şagirdin güllələdiyi müəllimin vəziyyəti açıqlanıb

9 Fevral, 2026
Qərbi Azərbaycan İcması Fransa senatının təxribatçı qətnaməsini pisləyib 4

Qərbi Azərbaycan İcması Fransa senatının təxribatçı qətnaməsini pisləyib

9 Fevral, 2026
Baş İdarə əməliyyat keçirib, 21 kq narkotik aşkarlanıb 5

Baş İdarə əməliyyat keçirib, 21 kq narkotik aşkarlanıb

9 Fevral, 2026
İŞİD İslamabadda məsciddə törədilən terror aktına görə məsuliyyəti öz üzərinə götürüb 6

İŞİD İslamabadda məsciddə törədilən terror aktına görə məsuliyyəti öz üzərinə götürüb

7 Fevral, 2026
KİV: Ağ Ev Trampın “Sülh Şurası” üzrə ilk liderlər görüşünü fevralın 19-na planlaşdırır 7

KİV: Ağ Ev Trampın “Sülh Şurası” üzrə ilk liderlər görüşünü fevralın 19-na planlaşdırır

7 Fevral, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 856)
  • Dünya (3. 179)
  • Gündəm (11. 070)
  • İdman (618)
  • İqtisadiyyat (567)
  • Kateqoriyasızlar (459)
  • Kriminal (1. 332)
  • Mədəniyyət (333)
  • Siyasət (2. 936)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8856) Dünya (3179) Gündəm (11070) Kateqoriyasızlar (459) Kriminal (1332) Mədəniyyət (333) Siyasət (2936) Texnologiya (14) İdman (618) İqtisadiyyat (567)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Şəmkirdə içində hərbçilər olan avtomobil ağaca çırpılıb, ölən və xəsarət alanlar var – YENİLƏNİB 9 Fevral, 2026
  • Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində hazırlanan mütəxəssislərin sayı açıqlanıb 9 Fevral, 2026
  • Bakıda liseydə şagirdin güllələdiyi müəllimin vəziyyəti açıqlanıb 9 Fevral, 2026
  • Qərbi Azərbaycan İcması Fransa senatının təxribatçı qətnaməsini pisləyib 9 Fevral, 2026
  • Baş İdarə əməliyyat keçirib, 21 kq narkotik aşkarlanıb 9 Fevral, 2026
© Addim.az | MoreNews by AF themes.