Skip to content
13 Sentyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • MİQ imtahanı ödənişli olacaq – TƏSDİQLƏNDİ
  • Cəmiyyət
  • Gündəm

MİQ imtahanı ödənişli olacaq – TƏSDİQLƏNDİ

Müəllimlərin işə qəbulu (MİQ) ilə bağlı müsabiqədə iştirak ödənişli olacaq. Bu məsələ, Milli Məclisin plenar iclasında müzakirə olunan
Cavidan 23 Dekabr, 2025
1766468065_1688294624_muellim_imtahan

Müəllimlərin işə qəbulu (MİQ) ilə bağlı müsabiqədə iştirak ödənişli olacaq.

Bu məsələ, Milli Məclisin plenar iclasında müzakirə olunan “Ümumi təhsil haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu və yerdəyişməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada müsabiqə yolu ilə həyata keçiriləcək.

Müəllimlərin işə qəbulu ilə bağlı müsabiqədə iştirak (ilk dəfə müsabiqədə iştirak edənlər, əlilliyi olan şəxslər, ünvanlı dövlət sosial yardımı alan ailənin üzvləri, şəhid ailəsinin üzvləri və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslər istisna olmaqla) ödənişli olacaq.

Müəllimlərin işə qəbulu ilə bağlı müsabiqədə iştirak etmək üçün ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.

Layihədə bildirilib ki, “Ümumi təhsil haqqında” Qanuna əsasən, dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu və yerdəyişməsi Elm və Təhsil Nazirliyinin Kollegiyasının qərarı ilə “Müəllimlərin işə qəbulu və yerdəyişməsi Qaydaları”na əsasən tənzimlənir. Həmin Qaydalara uyğun olaraq müəllimlərin işə qəbulu və yerdəyişməsi müsabiqə yolu ilə həyata keçirilir.

Layihədə müəllimlərin işə qəbulunda iştirakçıların məsuliyyətinin artırılması, dövlət büdcəsi vəsaitlərinə qənaət edilməsi və maliyyə yükünün müəyyən bir hissəsinin iştirakçılar tərəfindən qarşılanması məqsədilə sözügedən müsabiqədə iştirakın ödənişli olması təklif edilir.

Təqdim olunan dəyişikliklərə əsasən ödəniş ilk dəfə müsabiqədə iştirak edənlər, əlilliyi olan şəxslər, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri, şəhid ailəsinin üzvləri və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslərə münasibətdə nəzərdə tutulmayıb.

Qanun layihəsi səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Post navigation

Previous: Tokayev İlham Əliyevi təbrik etdi
Next: Sabah hava yağmursuz olacaq

Bölmənin digər xəbərləri

6aa533ce97e7f6v
  • Cəmiyyət

İranda silahlı toqquşma baş verib, SEPAH-ın 3 üzvü öldürülüb

Cavidan 12 Sentyabr, 2026
6aa526c8aeefv
  • Cəmiyyət

Birinci sinfə elektron qəbul yenidən aktivləşir

Cavidan 12 Sentyabr, 2026
1789193956_1547401_a48442732857a67f
  • Cəmiyyət

Şəkidəki “Zipline” faciəsi ilə bağlı gözdən qaçan detal

Cavidan 12 Sentyabr, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (3. 119)
  • Dünya (1. 058)
  • Gündəm (3. 369)
  • İdman (236)
  • İqtisadiyyat (161)
  • Kateqoriyasızlar (211)
  • Kriminal (285)
  • Mədəniyyət (95)
  • Siyasət (411)
  • Texnologiya (15)

Xəbər Trendi

İranda silahlı toqquşma baş verib, SEPAH-ın 3 üzvü öldürülüb 6aa533ce97e7f6v 1
  • Cəmiyyət

İranda silahlı toqquşma baş verib, SEPAH-ın 3 üzvü öldürülüb

12 Sentyabr, 2026
Birinci sinfə elektron qəbul yenidən aktivləşir 6aa526c8aeefv 2
  • Cəmiyyət

Birinci sinfə elektron qəbul yenidən aktivləşir

12 Sentyabr, 2026
Şəkidəki “Zipline” faciəsi ilə bağlı gözdən qaçan detal 1789193956_1547401_a48442732857a67f 3
  • Cəmiyyət

Şəkidəki “Zipline” faciəsi ilə bağlı gözdən qaçan detal

12 Sentyabr, 2026
Bakıda avtomobil qadını vuraraq öldürüb 1789162897_5v 4
  • Kriminal

Bakıda avtomobil qadını vuraraq öldürüb

12 Sentyabr, 2026
Pezeşkian: ABŞ blokada və hücumları dayandırsa, Hörmüz boğazı açılacaq 6f1cddc5-a1ae-355c-a8e b c 5
  • Dünya

Pezeşkian: ABŞ blokada və hücumları dayandırsa, Hörmüz boğazı açılacaq

12 Sentyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3119) Dünya (1058) Gündəm (3369) Kateqoriyasızlar (211) Kriminal (285) Mədəniyyət (95) Siyasət (411) Texnologiya (15) İdman (236) İqtisadiyyat (161)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.