Skip to content
22 Dekabr, 2025
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 554)
  • Dünya (3. 076)
  • Gündəm (10. 682)
  • İdman (597)
  • İqtisadiyyat (553)
  • Kateqoriyasızlar (441)
  • Kriminal (1. 296)
  • Mədəniyyət (323)
  • Siyasət (2. 914)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Dekabr 2025
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031  
« Noy    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət

Bakıda Azərbaycan-Türkiyə Birgə Hökumətlərarası Komissiyasının iclası olub

Bu gün Bakıda Azərbaycan və Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclası keçirilib. İclasdan əvvəl
Cavidan 22 Dekabr, 2025

Bu gün Bakıda Azərbaycan və Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclası keçirilib.

İclasdan əvvəl Azərbaycanın Baş naziri Əli Əsədov və Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz arasında təkbətək görüş olub.

Daha sonra Ə.Əsədov və C.Yılmazın həmsədrliyi və hər iki ölkənin müvafiq dövlət qurumlarının rəhbərliyinin iştirakı ilə Komissiyanın iclası olub.

İclasda qeyd olunub ki, Azərbaycanla Türkiyəni dərin tarixi və mədəni köklər üzərində qurulmuş möhkəm dostluq və qardaşlıq münasibətləri birləşdirir.

2021-ci il iyunun 15-də Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın imzaladığı tarixi Şuşa Bəyannaməsinin ikitərəfli münasibətləri müttəfiqliyin ən yüksək zirvəsinə qaldırdığı bildirilib.

Dövlət başçıları arasında mövcud olan şəxsi münasibətlərin və sıx təmasların strateji tərəfdaşlığın ardıcıl inkişafını təmin edən əsas amil olduğu bildirilib.

Təkcə bu il Prezidentlər arasında 7 qarşılıqlı səfərin baş tutduğu diqqətə çatdırılıb.

Prezident İlham Əliyevin 19 iyunda Türkiyəyə son səfəri zamanı Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin açılış mərasiminin keçirildiyi, Prezident Rəcəb Tayyib Ərdoğanın noyabrın 8-də Bakıda Vətən müharibəsində Qələbənin 5-ci ildönümünə həsr olunmuş hərbi paradda iştirak etdiyi vurğulanıb. Bütün bunların siyasi dialoqun yüksək səviyyəsinin göstəricisi olduğu bildirilib.

Azərbaycan ilə Türkiyə arasında beynəlxalq təşkilatlar çərçivəsində mövcud olan ənənəvi sıx əməkdaşlıqdan və qarşılıqlı dəstəkdən məmnunluq ifadə olunub.

Türk Dövlətləri Təşkilatının hər iki ölkə üçün xüsusi əhəmiyyətə malik olduğu vurğulanaraq Prezidentlər İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın Türk dünyasının birliyi və TDT-nin beynəlxalq aləmdə nüfuzunun artırılması üçün əzmkar fəaliyyət göstərdikləri qeyd edilib.

Oktyabrda Qəbələdə TDT-nin 12-ci Zirvə Görüşünün baş tutduğu və sədrliyin Azərbaycana keçdiyi bildirilib, sədrliyimiz dövründə təşkilatın öz inkişafını davam etdirəcəyinə və nüfuzunu daha da artıracağına əminlik ifadə olunub.

Bu il TDT-də yeni formatın – Hökumət başçılarının/Vitse-prezidentin görüşünün yaradıldığı, Qırğızıstanda keçirilən ilk görüşdən sonra Azərbaycanın 2026-cı ildə növbəti iclasa ev sahibliyi edəcəyi diqqətə çatdırılıb.

İqtisadi-ticari sahədə ikitərəfli əlaqələrə toxunularaq Türkiyənin Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olduğu qeyd edilib. Bildirilib ki, hər iki ölkənin mövcud iqtisadi potensialı və coğrafi üstünlükləri ticarət dövriyyəsinin həcmini daha yüksək səviyyəyə qaldırmaq üçün real imkanların mövcud olduğunu göstərir.

Preferensial Ticarət Sazişinin nəticələrinin təhlil edilərək əhatə dairəsinin genişləndirilməsinin vacibliyi vurğulanıb.

İnvestisiya sahəsində əməkdaşlığın hazırkı səviyyəsindən məmnunluq ifadə olunub.

Azərbaycanla Türkiyənin birgə reallaşdırdıqları meqa enerji layihələrinin böyük regional və qlobal əhəmiyyət daşıdığı bildirilib.

Cənub Qaz Dəhlizinin strateji önəmi vurğulanaraq son aylarda Azərbaycanın qaz ixrac etdiyi ölkələrin sayının 14-ə çatdığı, onlardan 10-nun Avropa ölkəsi olduğu bildirilib.

Birgə səylərlə artıq Suriyaya qaz nəqlinə başlanıldığı, ilk dəfədir ki, Türkiyə ərazisindən keçməklə Azərbaycan qazının Yaxın Şərq regionuna çatdığı vurğulanıb.

Cari ilin mart ayında istismara verilən İğdır-Naxçıvan Təbii Qaz Boru Kəmərinin Naxçıvan Muxtar Respublikasının enerji təhlükəsizliyini gücləndirdiyi diqqətə çatdırılıb.

Elektrik enerjisi sahəsində də qarşılıqlı faydalı əməkdaşlığın qurulduğu bildirilərək bu gün Naxçıvan-Türkiyə enerji qovşağı layihəsi üzərində fəal işin aparıldığı qeyd edilib. Vurğulanıb ki, Naxçıvanın bərpa olunan enerji potensialından istifadə olunaraq Türkiyə və Avropa istiqamətində yaşıl enerjinin ixracı hədəflər sırasındadır.

Nəqliyyat sahəsi Azərbaycan-Türkiyə əməkdaşlığının prioritet istiqamətlərindən biri kimi dəyərləndirilib. İki ölkə arasında avtomobil və dəmir yolu nəqliyyatı ilə yük daşımaları sahəsində əməkdaşlığın gündəliyində duran aktual məsələlər müzakirə olunub.

Orta Dəhlizin mühüm halqası olan Bakı-Tbilisi-Qars dəmir yolunun daşıma qabiliyyətinin ötən il Azərbaycanın sərmayələri hesabına 1 milyon tondan 5 milyon tona qədər artırıldığı vurğulanıb. Ə.Əsədov BTQ dəmir yoluna əlavə yük axınlarının cəlb edilməsi üçün səylərin artırılmasının önəmini qeyd edib.

Orta Dəhlizin inkişafının hər iki ölkə üçün strateji əhəmiyyət kəsb etdiyi bildirilib.

Azərbaycanın əsas hissəsinin Naxçıvanla birləşdirilməsi üzrə Vaşinqtonda əldə edilmiş razılaşmaların əhəmiyyəti qeyd olunub.

İlkin mərhələdə 15 milyon ton yükdaşıma qabiliyyətinə malik olacaq Zəngəzur dəhlizinin Orta Dəhlizin əsas xəttinə çevriləcəyi vurğulanıb. Avqustda Zəngəzur dəhlizinin bir hissəsi olan Qars-İğdır-Aralık-Dilucu dəmiryolu xəttinin təməlinin qoyulmasının əhəmiyyəti qeyd edilib.

Azərbaycan və Türkiyənin həmçinin humanitar əlaqələrə böyük əhəmiyyət verdikləri bildirilib. Təhsil sahəsində əməkdaşlığa xüsusi diqqət yetirilib.

2024–2025-ci tədris ilindən fəaliyyətə başlayan Türkiyə–Azərbaycan Universiteti (TAU) təhsil sahəsində uğurlu əməkdaşlığın bariz nümunəsi kimi səciyyələndirilib.

Bu ilin sentyabrında Bakıda Türk Anadolu Liseyinin yeni filialının açılmasından məmnunluq ifadə olunub, növbəti tədris ilindən İstanbulda da Azərbaycan məktəbinin yaradılacağı diqqətə çatdırılıb.

Peşə təhsili sahəsində əməkdaşlığın nəticələri təqdir edilib, bu sahədə Türkiyənin təcrübəsinin ölkəmiz üçün faydalı olacağına ümidvarlıq ifadə olunub.

Eyni zamanda ətraf mühitin qorunması və iqlim dəyişikliyi ilə mübarizə sahəsində də əməkdaşlıq məsələləri nəzərdən keçirilib.

Ə.Əsədov Türkiyənin COP31-in ev sahibi seçilməsi münasibətilə C.Yılmaza təbriklərini çatdırıb, tədbirə hazırlıq prosesində Azərbaycanın qardaş ölkəyə hərtərəfli dəstək göstərməyə hazır olduğu diqqətə çatdırılıb.

İclasda hər iki ölkənin nümayəndə heyətlərinin üzvlərinin gündəlikdə duran məsələlərə dair məruzələri dinlənilib.

Sonda Əli Əsədov və C.Yılmaz iclasın Protokolunu imzalayıblar və ikitərəfli əməkdaşlığın aktual sahələrini əhatə edən 110-bəndlik Fəaliyyət Planını təsdiqləyiblər.

Continue Reading

Previous: Daxili işlər naziri gənclərin sırasından seçim edib – VİDEO

Bölmənin digər xəbərləri

Daxili işlər naziri gənclərin sırasından seçim edib – VİDEO
  • Cəmiyyət

Daxili işlər naziri gənclərin sırasından seçim edib – VİDEO

22 Dekabr, 2025
İranın müxtəlif şəhərlərində raket təlimləri keçirilir
  • Cəmiyyət

İranın müxtəlif şəhərlərində raket təlimləri keçirilir

22 Dekabr, 2025
Cevdet Yılmaz: Naxçıvan üzərindən planlaşdırdığımız enerji dəhlizini tezliklə həyata keçirməliyik
  • Cəmiyyət

Cevdet Yılmaz: Naxçıvan üzərindən planlaşdırdığımız enerji dəhlizini tezliklə həyata keçirməliyik

22 Dekabr, 2025

Top 7 Xəbər

Bakıda Azərbaycan-Türkiyə Birgə Hökumətlərarası Komissiyasının iclası olub 1

Bakıda Azərbaycan-Türkiyə Birgə Hökumətlərarası Komissiyasının iclası olub

22 Dekabr, 2025
Daxili işlər naziri gənclərin sırasından seçim edib – VİDEO 2

Daxili işlər naziri gənclərin sırasından seçim edib – VİDEO

22 Dekabr, 2025
İranın müxtəlif şəhərlərində raket təlimləri keçirilir 3

İranın müxtəlif şəhərlərində raket təlimləri keçirilir

22 Dekabr, 2025
Cevdet Yılmaz: Naxçıvan üzərindən planlaşdırdığımız enerji dəhlizini tezliklə həyata keçirməliyik 4

Cevdet Yılmaz: Naxçıvan üzərindən planlaşdırdığımız enerji dəhlizini tezliklə həyata keçirməliyik

22 Dekabr, 2025
Prezident İlham Əliyev “Şəhərsalma və Memarlıq İli” ilə bağlı paylaşım edib 5

Prezident İlham Əliyev “Şəhərsalma və Memarlıq İli” ilə bağlı paylaşım edib

22 Dekabr, 2025
Çin Tailand və Kamboca arasında sülhü bərqərar etməyə çalışır 6

Çin Tailand və Kamboca arasında sülhü bərqərar etməyə çalışır

22 Dekabr, 2025
Rusiya ordusunda döyüşən azərbaycanlı itkin düşüb 7

Rusiya ordusunda döyüşən azərbaycanlı itkin düşüb

22 Dekabr, 2025

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 554)
  • Dünya (3. 076)
  • Gündəm (10. 682)
  • İdman (597)
  • İqtisadiyyat (553)
  • Kateqoriyasızlar (441)
  • Kriminal (1. 296)
  • Mədəniyyət (323)
  • Siyasət (2. 914)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8554) Dünya (3076) Gündəm (10682) Kateqoriyasızlar (441) Kriminal (1296) Mədəniyyət (323) Siyasət (2914) Texnologiya (14) İdman (597) İqtisadiyyat (553)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Bakıda Azərbaycan-Türkiyə Birgə Hökumətlərarası Komissiyasının iclası olub 22 Dekabr, 2025
  • Daxili işlər naziri gənclərin sırasından seçim edib – VİDEO 22 Dekabr, 2025
  • İranın müxtəlif şəhərlərində raket təlimləri keçirilir 22 Dekabr, 2025
  • Cevdet Yılmaz: Naxçıvan üzərindən planlaşdırdığımız enerji dəhlizini tezliklə həyata keçirməliyik 22 Dekabr, 2025
  • Prezident İlham Əliyev “Şəhərsalma və Memarlıq İli” ilə bağlı paylaşım edib 22 Dekabr, 2025
© Addim.az | MoreNews by AF themes.