Skip to content
12 Sentyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Türkiyə-Azərbaycan Birgə İqtisadi Komissiyasının toplantısı keçirilir
  • Cəmiyyət
  • Gündəm

Türkiyə-Azərbaycan Birgə İqtisadi Komissiyasının toplantısı keçirilir

Bu gün Türkiyə ilə Azərbaycan arasında iqtisadi və ticarət əməkdaşlığının müzakirə olunacağı Türkiyə–Azərbaycan Birgə İqtisadi Komissiyasının (KEK) 12-ci
Cavidan 22 Dekabr, 2025
1766384326_88055f12-60d2-412f-8773-34117e611ccc

Bu gün Türkiyə ilə Azərbaycan arasında iqtisadi və ticarət əməkdaşlığının müzakirə olunacağı Türkiyə–Azərbaycan Birgə İqtisadi Komissiyasının (KEK) 12-ci Dövr Toplantısı keçirilir.

Toplantıya Türkiyə tərəfdən Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaz, Azərbaycan tərəfdən isə Baş nazir Əli Əsədov həmsədrlik edəcək. İkitərəfli və nümayəndə heyətləri arasında aparılacaq görüşlərdə iki ölkə prezidentləri tərəfindən müəyyən edilən 15 milyard ABŞ dolları həcmində ticarət dövriyyəsi hədəfinə çatmaq üçün atılacaq addımlar, eləcə də ticarətin asanlaşdırılmasına dair məsələlərin müzakirəsi gözlənilir.

Proqram çərçivəsində iqtisadi əlaqələrin daha da dərinləşdirilməsi, işgüzar dairələrin bir araya gətirilməsi və birgə investisiya imkanlarının inkişaf etdirilməsi məqsədilə II Türkiyə–Azərbaycan İnvestisiya Forumu da təşkil olunacaq. Forumda Türkiyədən vitse-prezident Cevdet Yılmaz və ticarət naziri Ömər Bolatın, Azərbaycandan isə Baş nazir Əli Əsədov və iqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı planlaşdırılır. Eyni zamanda, MÜSİAD Azərbaycan Baş Assambleyası çərçivəsində türk və azərbaycanlı iş adamları ilə görüşlərin keçirilməsi nəzərdə tutulur.

Vitse-prezident Cevdet Yılmazın Bakı səfəri çərçivəsində Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə də görüş keçirməsi gözlənilir.

Türkiyə uzun illərdir Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri hesab olunur. 2024-cü ildə Türkiyənin Azərbaycana ixracı 3,1 milyard ABŞ dolları, Azərbaycandan idxalı isə 4,8 milyard ABŞ dolları təşkil edib. Türkiyə Azərbaycanın ixrac etdiyi ölkələr arasında ikinci, idxalında isə üçüncü yerdə qərarlaşıb.

Azərbaycandakı türk investisiyalarının həcmi təxminən 18 milyard ABŞ dolları, Türkiyədəki Azərbaycan investisiyaları isə təqribən 21 milyard ABŞ dolları səviyyəsindədir. Azərbaycanda təxminən 7 min türk kapitallı şirkət fəaliyyət göstərir, Türkiyədə isə Azərbaycan kapitallı 3 min 100-ə yaxın şirkət mövcuddur. Türk podratçı şirkətləri bu günədək Azərbaycanda ümumi dəyəri 21,1 milyard ABŞ dolları olan 558 layihə həyata keçiriblər.
KEK-in 12-ci Dövr Toplantısı çərçivəsində imzalanması planlaşdırılan KEK Protokolu və Fəaliyyət Planı ilə ticarət, enerji, nəqliyyat, səhiyyə, təhsil və mədəniyyət daxil olmaqla bir çox sahədə Türkiyə–Azərbaycan iqtisadi və ticarət əlaqələrinin yol xəritəsinin müəyyənləşdirilməsi hədəflənir. Keçiriləcək İnvestisiya Forumunun isə iki ölkənin işgüzar dairələri arasında əlaqələri gücləndirməsi və regional iqtisadi əməkdaşlığa töhfə verməsi gözlənilir.

Post navigation

Previous: Qızıl və gümüş bahalaşıb 
Next: Azərbaycanda müğənni azadlığa çıxdı

Bölmənin digər xəbərləri

Снимок экрана 2026-09-11 180315
  • Cəmiyyət

Azərbaycanda regionlarında rəqabətin inkişaf səviyyəsi qiymətləndiriləcək

Cavidan 11 Sentyabr, 2026
ferid V
  • Cəmiyyət

Prezidentdən Fərid Şəfiyevlə bağlı – Sərəncam

Cavidan 11 Sentyabr, 2026
YjHKjz2b3L6Z7v
  • Cəmiyyət

Yağış yağacaq, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ

Cavidan 11 Sentyabr, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (3. 116)
  • Dünya (1. 058)
  • Gündəm (3. 368)
  • İdman (236)
  • İqtisadiyyat (161)
  • Kateqoriyasızlar (211)
  • Kriminal (284)
  • Mədəniyyət (95)
  • Siyasət (411)
  • Texnologiya (15)

Xəbər Trendi

Pezeşkian: ABŞ blokada və hücumları dayandırsa, Hörmüz boğazı açılacaq 6f1cddc5-a1ae-355c-a8e b c 1
  • Dünya

Pezeşkian: ABŞ blokada və hücumları dayandırsa, Hörmüz boğazı açılacaq

12 Sentyabr, 2026
Azərbaycanda regionlarında rəqabətin inkişaf səviyyəsi qiymətləndiriləcək Снимок экрана 2026-09-11 180315 2
  • Cəmiyyət

Azərbaycanda regionlarında rəqabətin inkişaf səviyyəsi qiymətləndiriləcək

11 Sentyabr, 2026
Prezidentdən Fərid Şəfiyevlə bağlı – Sərəncam ferid V 3
  • Cəmiyyət

Prezidentdən Fərid Şəfiyevlə bağlı – Sərəncam

11 Sentyabr, 2026
Yağış yağacaq, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ YjHKjz2b3L6Z7v 4
  • Cəmiyyət

Yağış yağacaq, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ

11 Sentyabr, 2026
Baş prokuror Kamran Əliyev Qazaxıstana səfər edib Снимок экрана 2026-09-11 165217 5
  • Kateqoriyasızlar

Baş prokuror Kamran Əliyev Qazaxıstana səfər edib

11 Sentyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3116) Dünya (1058) Gündəm (3368) Kateqoriyasızlar (211) Kriminal (284) Mədəniyyət (95) Siyasət (411) Texnologiya (15) İdman (236) İqtisadiyyat (161)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.