Skip to content
26 Mart, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 132)
  • Dünya (3. 281)
  • Gündəm (11. 466)
  • İdman (638)
  • İqtisadiyyat (578)
  • Kateqoriyasızlar (475)
  • Kriminal (1. 357)
  • Mədəniyyət (341)
  • Siyasət (2. 971)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Mart 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
« Fev    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət
  • Gündəm

Ali Məhkəmə: Borc faizindən faiz tutulması qanunaziddir

Cavidan 18 Dekabr, 2025

Borc faizindən faiz tutulması qanunaziddir.

Bu barədə Ali Məhkəmənin qəbul etdiyi borca görə gecikdirmə faizlərinin hesablanması ilə bağlı vahid məhkəmə təcrübəsini formalaşdıran qərarında qeyd olunub.

Bildirilib ki, məhkəmə mübahisəsi iddiaçının cavabdehdən pul borcunun vaxtında qaytarılmaması səbəbindən əlavə gecikdirmə faizlərinin tutulması tələbi ilə bağlı olub. Belə ki, iddiaçı daha əvvəl məhkəmə qərarları ilə tutulmuş əsas borc və faiz məbləğlərini birləşdirərək həmin ümumi məbləğ üzərindən yenidən gecikdirmə faizi hesablanmasını tələb edib.

Birinci instansiya məhkəməsi iddianı rədd edib, apellyasiya məhkəməsi də həmin mövqe ilə razılaşıb, daha sonra hər iki tərəfin kassasiya şikayətləri üzrə işə Ali Məhkəmədə baxılıb.

Qərarda vurğulanıb ki, Mülki Məcəllənin 445.7 və 449-cu maddələrinin məzmununa görə gecikdirmə faizləri yalnız ödənilməmiş əsas borc məbləği üzrə və yalnız borcun qaytarıldığı günədək hesablanmalıdır. Daha əvvəl məhkəmə qərarı ilə tutulmuş faiz borcunun əsas borca əlavə edilərək həmin ümumi məbləğ üzərindən yenidən gecikdirmə faizinin hesablanması “faizdən faiz” tutulması ilə nəticələnir ki, bu da qanunvericiliklə qadağan edilir.

Ali Məhkəmə qeyd edib ki, faiz borcunun məhkəmə qərarı ilə tutulması onun hüquqi mahiyyətini dəyişmir və onu əsas borca çevirmir. Belə faiz alacağına yenidən faiz tələb edilməsi borclunun vəziyyətini qeyri-mütənasib şəkildə ağırlaşdırır və ədalət prinsipinə ziddir.

Eyni zamanda bildirilib ki, kassasiya instansiyasının səlahiyyəti iş üzrə faktiki halları yenidən araşdırmaq deyil, aşağı instansiya məhkəmələri tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmadığını yoxlamaqdan ibarətdir. Bu baxımdan, apellyasiya instansiyasının sübutlara verdiyi hüquqi qiymət və gəldiyi nəticə əsaslı hesab edilib.

Beləliklə, Ali Məhkəmə kassasiya şikayətlərini təmin etməyərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsini dəyişdirilmədən qüvvədə saxlayıb.

Continue Reading

Previous: Bakıda ilk dəfə “ağıllı svetoforlar” quraşdırılıb
Next: Vətən müharibəsinin iştirakçısı faciəvi şəkildə öldü – FOTO

Bölmənin digər xəbərləri

Beynəlxalq səyyahlar Şuşaya gəliblər
  • Dünya

Beynəlxalq səyyahlar Şuşaya gəliblər

26 Mart, 2026
Azərbaycana soyuqlar gəlib
  • Cəmiyyət

Azərbaycana soyuqlar gəlib

26 Mart, 2026
Bakının ən rahat iş tapılan rayonları – SİYAHI
  • Cəmiyyət

Bakının ən rahat iş tapılan rayonları – SİYAHI

26 Mart, 2026

Top 7 Xəbər

KİV: İran ABŞ-ın 15 maddəlik razılaşma təklifinə cavabı rəsmi şəkildə qarşı tərəfə göndərib 1

KİV: İran ABŞ-ın 15 maddəlik razılaşma təklifinə cavabı rəsmi şəkildə qarşı tərəfə göndərib

26 Mart, 2026
Beynəlxalq səyyahlar Şuşaya gəliblər 2

Beynəlxalq səyyahlar Şuşaya gəliblər

26 Mart, 2026
Azərbaycana soyuqlar gəlib 3

Azərbaycana soyuqlar gəlib

26 Mart, 2026
Bakının ən rahat iş tapılan rayonları – SİYAHI 4

Bakının ən rahat iş tapılan rayonları – SİYAHI

26 Mart, 2026
Ağdamda 41 yaşlı kişi minaya düşüb 5

Ağdamda 41 yaşlı kişi minaya düşüb

26 Mart, 2026
Moped sürənlərdən bu gündən vəsiqə tələb olunur 6

Moped sürənlərdən bu gündən vəsiqə tələb olunur

26 Mart, 2026
Azərbaycan lideri Banqladeş Prezidentini təbrik edib 7

Azərbaycan lideri Banqladeş Prezidentini təbrik edib

26 Mart, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 132)
  • Dünya (3. 281)
  • Gündəm (11. 466)
  • İdman (638)
  • İqtisadiyyat (578)
  • Kateqoriyasızlar (475)
  • Kriminal (1. 357)
  • Mədəniyyət (341)
  • Siyasət (2. 971)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9132) Dünya (3281) Gündəm (11466) Kateqoriyasızlar (475) Kriminal (1357) Mədəniyyət (341) Siyasət (2971) Texnologiya (14) İdman (638) İqtisadiyyat (578)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • KİV: İran ABŞ-ın 15 maddəlik razılaşma təklifinə cavabı rəsmi şəkildə qarşı tərəfə göndərib 26 Mart, 2026
  • Beynəlxalq səyyahlar Şuşaya gəliblər 26 Mart, 2026
  • Azərbaycana soyuqlar gəlib 26 Mart, 2026
  • Bakının ən rahat iş tapılan rayonları – SİYAHI 26 Mart, 2026
  • Ağdamda 41 yaşlı kişi minaya düşüb 26 Mart, 2026
© Addim.az | MoreNews by AF themes.