Skip to content
17 Dekabr, 2025
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 522)
  • Dünya (3. 058)
  • Gündəm (10. 642)
  • İdman (594)
  • İqtisadiyyat (551)
  • Kateqoriyasızlar (439)
  • Kriminal (1. 295)
  • Mədəniyyət (322)
  • Siyasət (2. 910)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Dekabr 2025
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031  
« Noy    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət
  • Gündəm

Ombudsman: Dövlət başçısının amnistiya təşəbbüsü humanist dəyərlərə əsaslanan siyasətin bariz nümunəsidir

 Dövlət başçısının amnistiya təşəbbüsü humanist dəyərlərə əsaslanan siyasətin bariz nümunəsidir. Bunu İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva
Cavidan 17 Dekabr, 2025

 
Dövlət başçısının amnistiya təşəbbüsü humanist dəyərlərə əsaslanan siyasətin bariz nümunəsidir.

Bunu İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva Azərbaycan Prezidentinin amnistiya elan edilməsi təşəbbüsünə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Azərbaycanda insan hüquq və azadlıqlarının təmin edilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir:

“Bu siyasətin mühüm tərkib hissəsini cəza siyasətində humanizm, mərhəmət və fərdi yanaşma prinsiplərinin tətbiqi təşkil edir. Əfv və amnistiya institutları məhz bu prinsiplərin hüquqi mexanizmləri kimi çıxış edərək cəzanın tərbiyəvi mahiyyətinin gücləndirilməsinə və məhkumların cəmiyyətə yenidən islah olunmuş şəxs kimi qayıdışına xidmət edir. Əfv və amnistiya aktları yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüquqlarının təmini baxımından xüsusi əhəmiyyətə malikdir. Bu baxımdan, cəzanın humanistliyini, adekvatlığını və tərbiyəvi əhəmiyyətini daim diqqət mərkəzində saxlayan Ulu Öndər Heydər Əliyev 1995-ci ildə müstəqil dövlətimizin tarixində ilk əfv fərmanını imzalamaqla ölkəmizdə əfv institutunun bərpa edilməsinə nail olub”.

Ombudsman xatırladıb ki, 1995-2003-cü illər ərzində imzalanmış 32 əfv fərmanı və sərəncamı ilə ümumilikdə 3104 məhkum cəzanın çəkilməmiş hissəsindən azad olunub:

“Azərbaycanda amnistiya aktlarının qəbulunu müsbət bir ənənəyə çevirmiş Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə qəbul edilmiş 7 amnistiya aktı nəticəsində 77 mindən artıq məhkum həbsdən azad edilərək ailələrinə və cəmiyyətə qovuşub. 1995-2025-ci illər ərzində əvvəlcə Ulu Öndər Heydər Əliyevin, sonra isə Prezident İlham Əliyevin imzalamış olduqları ümumilikdə 71 əfv fərman və sərəncamları, 1996-cı ildən başlayaraq qəbul olunmuş 12 amnistiya aktı minlərlə məhkumun cəzanın çəkilməyən hissəsindən azad edilməsi ilə nəticələnib. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən hələ Milli Məclisin deputatı olduğu dövrdə irəli sürülmüş təşəbbüs əsasında 4 amnistiya aktının qəbul olunması, sonuncu akt əsasında isə 10 min məhkumun azadlığa qovuşması ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanıb”.

S.Əliyeva bildirib ki, Prezident İlham Əliyevin amnistiya elan edilməsi təşəbbüsü Azərbaycanın suverenliyinin tam bərpa olunduğu, Konstitusiyanın ali hüquqi qüvvəsinin ölkənin bütün ərazilərində təmin edildiyi tarixi bir mərhələdə dövlətin gücünü və hüquqi yetkinliyini nümayiş etdirir:

“Bununla bağlı qanun layihəsinin Milli Məclisə təqdim olunması Azərbaycan dövlətinin insan hüquqlarına sadiqliyinin, hüquqi islahatlara və humanist dəyərlərə əsaslanan siyasətinin bariz nümunəsidir. Azərbaycan Ombudsmanı olaraq, dövlət başçısının bu təşəbbüsünü insan hüquq və azadlıqlarının təmin edilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətin sağlam inkişafı baxımından mühüm addım kimi dəyərləndirirəm. Bu istiqamətdə atılan addımlar bir daha göstərir ki, Azərbaycanda hüquq sistemi yalnız qanunun aliliyini deyil, insan ləyaqətinin qorunmasını da əsas məqsəd kimi qarşıya qoyur”.

Continue Reading

Previous: Azərbaycan neftinin qiyməti 63 dollardan aşağı enib
Next: İran Kiprə nota verib

Bölmənin digər xəbərləri

İbtidai sinif müəllimi vəfat etdi – FOTO
  • Gündəm

İbtidai sinif müəllimi vəfat etdi – FOTO

17 Dekabr, 2025
Mais Bərxudarovun hazırkı vəzifəsi MƏLUM OLUB
  • Cəmiyyət

Mais Bərxudarovun hazırkı vəzifəsi MƏLUM OLUB

17 Dekabr, 2025
İran Kiprə nota verib
  • Dünya

İran Kiprə nota verib

17 Dekabr, 2025

Top 7 Xəbər

İbtidai sinif müəllimi vəfat etdi – FOTO 1

İbtidai sinif müəllimi vəfat etdi – FOTO

17 Dekabr, 2025
Mais Bərxudarovun hazırkı vəzifəsi MƏLUM OLUB 2

Mais Bərxudarovun hazırkı vəzifəsi MƏLUM OLUB

17 Dekabr, 2025
İran Kiprə nota verib 3

İran Kiprə nota verib

17 Dekabr, 2025
Ombudsman: Dövlət başçısının amnistiya təşəbbüsü humanist dəyərlərə əsaslanan siyasətin bariz nümunəsidir 4

Ombudsman: Dövlət başçısının amnistiya təşəbbüsü humanist dəyərlərə əsaslanan siyasətin bariz nümunəsidir

17 Dekabr, 2025
Azərbaycan neftinin qiyməti 63 dollardan aşağı enib 5

Azərbaycan neftinin qiyməti 63 dollardan aşağı enib

17 Dekabr, 2025
Kamran Əsədovun vəzifəsi yox imiş – RƏSMİ 6

Kamran Əsədovun vəzifəsi yox imiş – RƏSMİ

16 Dekabr, 2025
Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olundu 7

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olundu

16 Dekabr, 2025

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 522)
  • Dünya (3. 058)
  • Gündəm (10. 642)
  • İdman (594)
  • İqtisadiyyat (551)
  • Kateqoriyasızlar (439)
  • Kriminal (1. 295)
  • Mədəniyyət (322)
  • Siyasət (2. 910)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8522) Dünya (3058) Gündəm (10642) Kateqoriyasızlar (439) Kriminal (1295) Mədəniyyət (322) Siyasət (2910) Texnologiya (14) İdman (594) İqtisadiyyat (551)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • İbtidai sinif müəllimi vəfat etdi – FOTO 17 Dekabr, 2025
  • Mais Bərxudarovun hazırkı vəzifəsi MƏLUM OLUB 17 Dekabr, 2025
  • İran Kiprə nota verib 17 Dekabr, 2025
  • Ombudsman: Dövlət başçısının amnistiya təşəbbüsü humanist dəyərlərə əsaslanan siyasətin bariz nümunəsidir 17 Dekabr, 2025
  • Azərbaycan neftinin qiyməti 63 dollardan aşağı enib 17 Dekabr, 2025
© Addim.az | MoreNews by AF themes.