Skip to content
31 Avqust, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Kamran Əsədovun vəzifəsi yox imiş – RƏSMİ
  • Cəmiyyət
  • Gündəm

Kamran Əsədovun vəzifəsi yox imiş – RƏSMİ

Təhsil eksperti Kamran Əsədovun Elm və Təhsil İșçiləri Həmkarlar İttifaqı Nərimanov Rayon Komitəsinin sədri  vəzifəsindən uzaqlaşdırıldığı ilə bağlı
Cavidan 16 Dekabr, 2025
1765895051_1765712262_1765707851_a1jpg-1765707635

Təhsil eksperti Kamran Əsədovun Elm və Təhsil İșçiləri Həmkarlar İttifaqı Nərimanov Rayon Komitəsinin sədri  vəzifəsindən uzaqlaşdırıldığı ilə bağlı məlumatlar yayılıb. Qeyd olunur ki, K. Əsədov vəzifəsini sadəcə 20 gün yerinə yetirdikdən sonra işdən qovulub.

Modern.az-ın sorğusuna cavab olaraq, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqından bildirilib ki, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Nərimanov Rayon Komitəsində 27 noyabr tarixində növbədənkənar seçki keçirilib. Seçkinin nəticələrinə ETİHİ Respublika Komitəsi Rəyasət Heyətində baxılıb və Kamran Əsədovun rəhbərliyi təsdiqlənməyib. 

Qeyd edək ki, səsvermə qaydalarına əsasən ilk həmkarlar ittifaqı komitələrinin, həmkarlar ittifaqı rayon, şəhər hüquqlu komitələrin rəhbərləri (sədr və müavinlər) həmin komitələrin tərkibindən bilavasitə yığıncaq iştirakçıları, konfrans nümayəndələri tərəfindən və ya komitələrin iclaslarında seçilir, müvafiq olaraq yuxarı həmkarlar ittifaqı orqanının Rəyasət Heyəti tərəfindən təsdiq edildikdən sonra səlahiyyətli sayılır.

Xatırladaq ki, dekabrın 12-də isə onun barəsində cinayət işi açıldığına dair məlumat yayıldı. Cinayət işinin ibtidai istintaqı artıq yekunlaşıb.

Belə ki, hazırda məhkəmə istintaqı davam edir. Kamran Əsədov tanışı Gündüz Abbasovla birlikdə 2025-ci ildə keçirilən qəbul və buraxılış imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı ittiham olunur. Onlara Cinayət Məcəlləsinin 302.3-cü (gizli informasiya əldə etmək üçün nəzərdə tutulmuş texniki vasitələrin qanunsuz satılması və ya satış məqsədilə əldə edilməsi) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan edilib.

Post navigation

Previous: Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olundu
Next: Azərbaycan neftinin qiyməti 63 dollardan aşağı enib

Bölmənin digər xəbərləri

6e6dVdqflAB v
  • Cəmiyyət

Magistraturaya boş qalan plan yerlərinin nəticələri elan olunub

Cavidan 31 Avqust, 2026
goruşşş
  • Cəmiyyət

Bişkekdə Azərbaycan və İran prezidentlərinin görüşü keçirilir

Cavidan 31 Avqust, 2026
nHPL6HHr v
  • Cəmiyyət

Azərbaycan və Ermənistan liderləri sülh prosesinin irəlilədilməsi üzrə addımları davam etdirmək barədə razılaşıblar

Cavidan 31 Avqust, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (3. 042)
  • Dünya (1. 040)
  • Gündəm (3. 330)
  • İdman (226)
  • İqtisadiyyat (156)
  • Kateqoriyasızlar (202)
  • Kriminal (276)
  • Mədəniyyət (93)
  • Siyasət (404)
  • Texnologiya (15)

Xəbər Trendi

Magistraturaya boş qalan plan yerlərinin nəticələri elan olunub 6e6dVdqflAB v 1
  • Cəmiyyət

Magistraturaya boş qalan plan yerlərinin nəticələri elan olunub

31 Avqust, 2026
Bişkekdə Azərbaycan və İran prezidentlərinin görüşü keçirilir goruşşş 2
  • Cəmiyyət

Bişkekdə Azərbaycan və İran prezidentlərinin görüşü keçirilir

31 Avqust, 2026
Hakan Fidan: Rusiya və Ukrayna ilə “Taxıl sazişi”nə oxşar layihə üzrə danışıqlar davam edir 3tZ02llMRt3 v 3
  • Dünya

Hakan Fidan: Rusiya və Ukrayna ilə “Taxıl sazişi”nə oxşar layihə üzrə danışıqlar davam edir

31 Avqust, 2026
İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü keçirilib – YENİLƏNİB Ihqwx8E9O v 4
  • Siyasət

İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü keçirilib – YENİLƏNİB

31 Avqust, 2026
Azərbaycan və Ermənistan liderləri sülh prosesinin irəlilədilməsi üzrə addımları davam etdirmək barədə razılaşıblar nHPL6HHr v 5
  • Cəmiyyət

Azərbaycan və Ermənistan liderləri sülh prosesinin irəlilədilməsi üzrə addımları davam etdirmək barədə razılaşıblar

31 Avqust, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3042) Dünya (1040) Gündəm (3330) Kateqoriyasızlar (202) Kriminal (276) Mədəniyyət (93) Siyasət (404) Texnologiya (15) İdman (226) İqtisadiyyat (156)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.