Skip to content
16 Dekabr, 2025
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 518)
  • Dünya (3. 057)
  • Gündəm (10. 635)
  • İdman (593)
  • İqtisadiyyat (551)
  • Kateqoriyasızlar (439)
  • Kriminal (1. 295)
  • Mədəniyyət (322)
  • Siyasət (2. 910)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Dekabr 2025
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031  
« Noy    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət

Amnistiya elan edilməsi haqqında qərar layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub

“Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin qərar layihəsi qanunverici orqanın plenar iclasına tövsiyə olunub. Qərar
Cavidan 16 Dekabr, 2025

“Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin qərar layihəsi qanunverici orqanın plenar iclasına tövsiyə olunub.

Qərar layihəsi bu gün parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.

Qeyd olunub ki, Azərbaycan suverenliyinin bərpasının, Konstitusiyanın ali hüquqi qüvvəsinin ölkənin bütün ərazilərində bərqərar olunmasının xalqımızın ən böyük tarixi qələbəsi olduğunu nəzərə alaraq, humanizm və mərhəmət ənənələrinə sadiq qalaraq, cəzadan azad etmənin tərbiyəvi əhəmiyyətinə inanaraq, cəzadan azad olunacaq şəxslərin qanunlara dönmədən əməl edəcəklərinə və dövlətimizin inkişafına öz töhfələrini verəcəklərinə ümid edərək Prezident İlham Əliyev amnistiya elan edilməsi təşəbbüsünü irəli sürüb.

Amnistiya aktının layihəsinə əsasən, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19–20-də keçirilmiş antiterror əməliyyatında iştirak etmiş şəxslərin, eləcə də bu əməliyyatlarda həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumlarının, Ermənistanın mülki əhaliyə qarşı hərbi təxribatı nəticəsində əlil olmuş şəxslərin, habelə qadınların, 60 yaşına çatmış şəxslərin, cinayət törədərkən yetkinlik yaşına çatmayanların və digər şəxslərin cəzadan və ya cinayət məsuliyyətindən azad edilmələri nəzərdə tutulur.

Bununla yanaşı, layihəyə əsasən, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət, habelə ehtiyatsızlıqdan cinayət törətdiklərinə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş bir sıra şəxslər cəzadan azad ediləcək və ya cəzalarının çəkilməmiş hissəsi azaldılacaq.

Azərbaycan Prezidentinin Milli Məclisə təqdim etdiyi Amnistiya aktının tətbiq ediləcəyi şəxslərin, o cümlədən azadlıqdan məhrumetmə cəzasından azad ediləcək məhkumların sayına görə ən böyük amnistiya olacağı ehtimal edilir. Belə ki, amnistiya aktının ümumilikdə 20 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir.

Bunlardan 5 mindən çox məhkumun azadlıqdan məhrumetmə cəzasından azad ediləcəyi, həmin cəzaya məhkum olunmuş 3 mindən artıq şəxsin cəzasının azaldılacağı, 7 mindən çox məhkumun azadlığın məhdudlaşdırılması cəzasından, 4 minə yaxın məhkumun azadlıqdan məhrumetmə ilə bağlı olmayan digər cəzalardan və ya şərti tətbiq edilmiş cəzalardan, habelə mindən çox şəxsin cinayət məsuliyyətindən azad ediləcəyi proqnozlaşdırılır.

Continue Reading

Previous: Sabah Bakıda hava yağmursuz keçəcək, bəzi rayonlarda isə arabir yağıntı olacaq
Next: “Qarabağ” azarkeşlərinə görə cərimələnib

Bölmənin digər xəbərləri

Bu biloji aktiv qida məhsullarında nöqsanlar aşkarlandı – Məhv edildi
  • Cəmiyyət

Bu biloji aktiv qida məhsullarında nöqsanlar aşkarlandı – Məhv edildi

16 Dekabr, 2025
Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın rəhbərliyi formalaşdırılıb
  • Cəmiyyət

Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın rəhbərliyi formalaşdırılıb

16 Dekabr, 2025
“Qarabağ” azarkeşlərinə görə cərimələnib
  • Cəmiyyət

“Qarabağ” azarkeşlərinə görə cərimələnib

16 Dekabr, 2025

Top 7 Xəbər

Rusiyada “YouTube” tam bloklanacaq 1

Rusiyada “YouTube” tam bloklanacaq

16 Dekabr, 2025
Bu biloji aktiv qida məhsullarında nöqsanlar aşkarlandı – Məhv edildi 2

Bu biloji aktiv qida məhsullarında nöqsanlar aşkarlandı – Məhv edildi

16 Dekabr, 2025
Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın rəhbərliyi formalaşdırılıb 3

Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın rəhbərliyi formalaşdırılıb

16 Dekabr, 2025
“Qarabağ” azarkeşlərinə görə cərimələnib 4

“Qarabağ” azarkeşlərinə görə cərimələnib

16 Dekabr, 2025
Amnistiya elan edilməsi haqqında qərar layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub 5

Amnistiya elan edilməsi haqqında qərar layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub

16 Dekabr, 2025
Azərbaycan İsraillə iqtisadi əməkdaşlığın inkişafını müzakirə edib 6

Azərbaycan İsraillə iqtisadi əməkdaşlığın inkişafını müzakirə edib

16 Dekabr, 2025
Sabah Bakıda hava yağmursuz keçəcək, bəzi rayonlarda isə arabir yağıntı olacaq 7

Sabah Bakıda hava yağmursuz keçəcək, bəzi rayonlarda isə arabir yağıntı olacaq

16 Dekabr, 2025

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 518)
  • Dünya (3. 057)
  • Gündəm (10. 635)
  • İdman (593)
  • İqtisadiyyat (551)
  • Kateqoriyasızlar (439)
  • Kriminal (1. 295)
  • Mədəniyyət (322)
  • Siyasət (2. 910)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8518) Dünya (3057) Gündəm (10635) Kateqoriyasızlar (439) Kriminal (1295) Mədəniyyət (322) Siyasət (2910) Texnologiya (14) İdman (593) İqtisadiyyat (551)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Rusiyada “YouTube” tam bloklanacaq 16 Dekabr, 2025
  • Bu biloji aktiv qida məhsullarında nöqsanlar aşkarlandı – Məhv edildi 16 Dekabr, 2025
  • Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın rəhbərliyi formalaşdırılıb 16 Dekabr, 2025
  • “Qarabağ” azarkeşlərinə görə cərimələnib 16 Dekabr, 2025
  • Amnistiya elan edilməsi haqqında qərar layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub 16 Dekabr, 2025
© Addim.az | MoreNews by AF themes.