Skip to content
13 Noyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Ana Səhifə
  • Cəmiyyət
  • Hesablama Palatası Dövlət Neft Fondunun 2026-cı il büdcəsi üzrə rəyi təsdiqləyib
  • Cəmiyyət
  • Gündəm

Hesablama Palatası Dövlət Neft Fondunun 2026-cı il büdcəsi üzrə rəyi təsdiqləyib

Hesablama Palatası Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2026-cı il büdcəsi üzrə rəyi təsdiqləyib. Bu rəy Hesablama Palatasının sədri
Cavidan 15 Dekabr, 2025
CnRk1TpU0Dq846gUqgJXgZHVafilICfpzdqcGlk

Hesablama Palatası Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2026-cı il büdcəsi üzrə rəyi təsdiqləyib.

Bu rəy Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə keçirilən növbəti Kollegiya iclasında təsdiqlənib.

Bildirilib ki, rəydə gəlir və xərc istiqamətləri üzrə proqnozlaşdırılmış məbləğlərin əsaslılığı, büdcə layihəsinin, o cümlədən növbəti ildə Fond tərəfindən həyata keçiriləcək investisiya siyasətinin hüquqi aktlara uyğunluğu araşdırılıb. Rəyin sonunda aparılmış təhlillər əsasında tövsiyələr verilib.

Müzakirələrin nəticəsində rəyin təsdiq edilməsi və aidiyyəti üzrə göndərilməsi barədə qərar qəbul edilib.

Kollegiya iclasında, həmçinin “Hesablama Palatasının 2026-cı il üçün İş planının layihəsi” müzakirə edilib. İş Planında kənar dövlət maliyyə nəzarəti tədbirləri və digər fəaliyyətlər əks olunub. Müzakirələrin nəticəsində İş Planının təsdiq edilməsi barədə qərar qəbul olunub.

Maliyyə Nazirliyinin açıqladığı proqnozlara əsasən, 2026-cı ildə ARDNF-nin büdcə gəlirlərinin 13 milyard 32,3 milyon manat (2025-ci illə müqayisədə 9,8 % az), büdcə xərclərinin isə 12 milyard 974,1 milyon manat (-11,1 %) olması proqnozlaşdırılır.

2026-cı ilin büdcə zərfinin layihəsinə əsasən, gələn il Fondun xərclərinin 12 milyard 835 milyon manatını dövlət büdcəsinə transfert, 7,1 milyon manatını “2019-2023-cü illər üçün ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın, 99,2 milyon manatını “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı”nın və 32,8 milyon manatını “Ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında” ölkə Prezidentinin 22 iyul 2025-ci il tarixli sərəncamına əsasən beynəlxalq ikili diplom proqramlarının maliyyələşdirilməsinin maliyyə təminatı ilə bağlı xərclər təşkil edəcək.

Xəbəri paylaş
Bəyəndinizsə dostlarınızla paylaşın:
WhatsApp WhatsApp ilə paylaş Telegram Telegram ilə paylaş Facebook Facebook-da paylaş LinkedIn LinkedIn-də paylaş Instagram Instagram üçün linki kopyala Kopyala Xəbərin linkini kopyala

Post navigation

Əvvəlki: DTX həbs olunan icra başçısının görünülərini YAYDI
Sonrakı: Azərbaycan xarici ticarətlə bağlı “Bir pəncərə” informasiya sistemi yaradır

Bölmənin digər xəbərləri

WhatsApp Image 2026-11-12 at 16.10.57 (1)
  • Gündəm

Sabah Azərbaycanda güclü külək əsəcək – Xəbərdarlıq

Cavidan 12 Noyabr, 2026
cSbeaGkhvXU090l4y v3ah0j_1200 (1)
  • Cəmiyyət

Hökməli–Qobu–Güzdək avtomobil yolunda təmir-bərpa işləri yekunlaşıb

Cavidan 12 Noyabr, 2026
1789045401vmages-1
  • Cəmiyyət

Sabah Bakı, Sumqayıt, Abşeron üzrə pensiyalar ödəniləcək

Cavidan 12 Noyabr, 2026

Teqlər

Android AnTuTu Apple AZCON Holding AzInTelecom Azərbaycan Ağacəkmə aksiyası Ağdam Ağıllı qulaqlıqlar biznes Business Endirim Epic Games Store Halloween informasiya təhlükəsizliyi innovasiya Lenovo Meta Microsoft Motorola NETTY 2026 Newsbeat Noutbuk OpenAI oyun Oyunlar PCI DSS Reytinq Rəqəmsallaşma Rəqəmsal İmza Science smartfon Smartfonlar spacex Süni intellekt SİMA İmza Texnologiya Təhlükəsizlik Valve WebTrust for CA World İlon Mask İnternet Mükafatı İT infrastrukturu İT xəbərləri

Bölmələr

  • Cəmiyyət (3. 441)
  • Dünya (1. 126)
  • Gündəm (3. 522)
  • İdman (260)
  • İqtisadiyyat (178)
  • Kateqoriyasızlar (252)
  • Kriminal (312)
  • Mədəniyyət (97)
  • Siyasət (452)
  • Texnologiya (62)

Xəbər Trendi

Sabah Azərbaycanda güclü külək əsəcək – Xəbərdarlıq WhatsApp Image 2026-11-12 at 16.10.57 (1) 1
  • Gündəm

Sabah Azərbaycanda güclü külək əsəcək – Xəbərdarlıq

12 Noyabr, 2026
Hökməli–Qobu–Güzdək avtomobil yolunda təmir-bərpa işləri yekunlaşıb cSbeaGkhvXU090l4y v3ah0j_1200 (1) 2
  • Cəmiyyət

Hökməli–Qobu–Güzdək avtomobil yolunda təmir-bərpa işləri yekunlaşıb

12 Noyabr, 2026
Trendyol 2030-cu ilədək davamlı inkişaf məqsədlərini elan etdi Trendyol 2030-cu ilədək davamlı inkişaf məqsədlərini elan etdi 3
  • Texnologiya

Trendyol 2030-cu ilədək davamlı inkişaf məqsədlərini elan etdi

12 Noyabr, 2026
NETTY 2026 davam edir — artıq 150-dən çox layihə təqdim olunub NETTY 2026 davam edir — artıq 150-dən çox layihə təqdim olunub 4
  • Texnologiya

NETTY 2026 davam edir — artıq 150-dən çox layihə təqdim olunub

12 Noyabr, 2026
Sabah Bakı, Sumqayıt, Abşeron üzrə pensiyalar ödəniləcək 1789045401vmages-1 5
  • Cəmiyyət

Sabah Bakı, Sumqayıt, Abşeron üzrə pensiyalar ödəniləcək

12 Noyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3441) Dünya (1126) Gündəm (3522) Kateqoriyasızlar (252) Kriminal (312) Mədəniyyət (97) Siyasət (452) Texnologiya (62) İdman (260) İqtisadiyyat (178)

Sayt üzrə statistika

  • 4
  • 69
  • 67
  • 14. 939

«Addim.az günün 24 saatı ərzində ölkədə və dünyada baş verən ən mühüm və aktual hadisələri operativ şəkildə işıqlandırır, cəmiyyəti maraqlandıran suallara cavab axtarır, dərin analitik təhlillər, foto və videohesabatlarla oxucularına informasiya dünyasında hər addımda bələdçilik edir.»

  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.