Skip to content
12 Mart, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 065)
  • Dünya (3. 260)
  • Gündəm (11. 388)
  • İdman (635)
  • İqtisadiyyat (575)
  • Kateqoriyasızlar (472)
  • Kriminal (1. 348)
  • Mədəniyyət (338)
  • Siyasət (2. 964)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Mart 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
« Fev    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət
  • Gündəm

Azərbaycanda gələn ilin qeyri-iş günləri elan edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının Qərarı ilə 2026-cı il üçün iş vaxtı norması və istehsalat təqvimi
Cavidan 11 Dekabr, 2025

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının Qərarı ilə 2026-cı il üçün iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib.

Bu barədə nazirlik məlumat yayıb.

2026-cı il üçün iş vaxtı normasında qeyd edilir ki, Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin “2026-cı il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” 2025-ci il 2 dekabr tarixli 362 nömrəli Qərarına əsasən 2026-cı ildə aşağıdakı günlər iş günü hesab edilmir:

1, 2 yanvar – Yeni il bayramı;

20 Yanvar – Ümumxalq Hüzn Günü;

8 Mart – Qadınlar Günü;

20, 21, 22, 23, 24 mart – Novruz bayramı;

20, 21 mart -– Ramazan bayramı;

9 May – Faşizm üzərində Qələbə günü;

27, 28 may – Qurban bayramı;

28 May – Müstəqillik Günü;

15 İyun – Azərbaycan xalqının Milli Qurtuluş Günü;

26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü;

8 Noyabr – Zəfər Günü;

9 Noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü;

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü.

Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin Qərarına uyğun olaraq, 2026-cı ildə beşgünlük iş həftəsində 9, 25, 26, 27 və 30 mart, 11, 29 may, 10 noyabr tarixləri, altıgünlük iş həftəsində 25, 26 mart, 29 may və 10 noyabr tarixləri istirahət günləridir.

2026-cı ilin fevral ayı 28 təqvim günündən, il isə 365 təqvim günündən ibarətdir.

2026-cı ildə beşgünlük iş həftəsində 241 iş günü (onlardan 5-ı bayramqabağı, 1-i Ümumxalq Hüzn Günü qabağı günlərdir), iş günü hesab edilməyən 107 istirahət günü (onlardan 5-i iş günü hesab edilməyən bayram günləri ilə, 3-ü Qurban və Ramazan bayramlarının iş günü hesab olunmayan başqa bayram günləri ilə üst-üstə düşməsinə görə müəyyən edilən), iş günü hesab edilməyən 19 bayram (onlardan 3-ü üst-üstə düşən) və 1 Ümumxalq Hüzn Günü vardır.

Ölkəmizdə gündəlik normal iş vaxtının müddəti 8 saatdan artıq ola bilməz və bir qayda olaraq, iki istirahət günü olan beşgünlük iş həftəsi müəyyən edilir.

Gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti isə 40 saatdan artıq ola bilməz.

2026-cı ilin iş vaxtı norması 40 saatlıq beşgünlük iş həftəsi üzrə 8 saatlıq iş günü hesabından müəyyən edilir və bu zaman iş günü hesab edilməyən bayramqabağı, səsvermə, habelə Ümumxalq Hüzn Günü qabağı iş günlərində həftəlik iş günlərinin müddəti bir saat qısaldılır.

Qanunvericiliyə uyğun olaraq 2026-cı il üçün 40 saatlıq iş həftəsində iş vaxtının illik norması 1922 saat təşkil edir. Altıgünlük iş həftəsi olan iş yerlərində 40 saatlıq iş həftəsində çalışan işçilər üçün 2026-cı ildə beşgünlük iş həftəsi üzrə hesablanmış 1922 saatlıq illik iş vaxtı norması tətbiq edilməlidir.


Continue Reading

Previous: Kreml: Donetsk vilayətinin Seversk şəhəri Rusiya ordusunun tam nəzarətinə keçib
Next: Ümummilli Lider Heydər Əliyevin vəfatından 22 il ötür

Bölmənin digər xəbərləri

Sabah Bakıda hava yağmursuz olacaq
  • Cəmiyyət

Sabah Bakıda hava yağmursuz olacaq

12 Mart, 2026
İsrail Səhiyyə Nazirliyi İranın hücumlarından zərərçəkənlərin sayını açıqlayıb
  • Dünya

İsrail Səhiyyə Nazirliyi İranın hücumlarından zərərçəkənlərin sayını açıqlayıb

12 Mart, 2026
Sabah bütün sosial ödənişlər qrafikdən əvvəl yekunlaşdırılacaq
  • Cəmiyyət

Sabah bütün sosial ödənişlər qrafikdən əvvəl yekunlaşdırılacaq

12 Mart, 2026

Top 7 Xəbər

Sabah Bakıda hava yağmursuz olacaq 1

Sabah Bakıda hava yağmursuz olacaq

12 Mart, 2026
İsrail Səhiyyə Nazirliyi İranın hücumlarından zərərçəkənlərin sayını açıqlayıb 2

İsrail Səhiyyə Nazirliyi İranın hücumlarından zərərçəkənlərin sayını açıqlayıb

12 Mart, 2026
Sabah bütün sosial ödənişlər qrafikdən əvvəl yekunlaşdırılacaq 3

Sabah bütün sosial ödənişlər qrafikdən əvvəl yekunlaşdırılacaq

12 Mart, 2026
İlham Əliyev: Təhlükəsizlik məsələləri istənilən ölkənin gündəliyində birinci yerdə olmalıdır 4

İlham Əliyev: Təhlükəsizlik məsələləri istənilən ölkənin gündəliyində birinci yerdə olmalıdır

12 Mart, 2026
XIII Qlobal Bakı Forumu başlayıb 5

XIII Qlobal Bakı Forumu başlayıb

12 Mart, 2026
UEFA Konfrans Liqası: “Samsunspor” “Rayo Velyekano”nu qəbul edəcək 6

UEFA Konfrans Liqası: “Samsunspor” “Rayo Velyekano”nu qəbul edəcək

12 Mart, 2026
İran Bəhreyndə yanacaq çənlərinə hücum edib 7

İran Bəhreyndə yanacaq çənlərinə hücum edib

12 Mart, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 065)
  • Dünya (3. 260)
  • Gündəm (11. 388)
  • İdman (635)
  • İqtisadiyyat (575)
  • Kateqoriyasızlar (472)
  • Kriminal (1. 348)
  • Mədəniyyət (338)
  • Siyasət (2. 964)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9065) Dünya (3260) Gündəm (11388) Kateqoriyasızlar (472) Kriminal (1348) Mədəniyyət (338) Siyasət (2964) Texnologiya (14) İdman (635) İqtisadiyyat (575)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Sabah Bakıda hava yağmursuz olacaq 12 Mart, 2026
  • İsrail Səhiyyə Nazirliyi İranın hücumlarından zərərçəkənlərin sayını açıqlayıb 12 Mart, 2026
  • Sabah bütün sosial ödənişlər qrafikdən əvvəl yekunlaşdırılacaq 12 Mart, 2026
  • İlham Əliyev: Təhlükəsizlik məsələləri istənilən ölkənin gündəliyində birinci yerdə olmalıdır 12 Mart, 2026
  • XIII Qlobal Bakı Forumu başlayıb 12 Mart, 2026
© Addim.az | MoreNews by AF themes.