Skip to content
18 Oktyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Ana Səhifə
  • Cəmiyyət
  • Azərbaycandakı siyasi partiyalar Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar birgə bəyanat yayıb
  • Cəmiyyət
  • Gündəm

Azərbaycandakı siyasi partiyalar Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar birgə bəyanat yayıb

Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar birgə bəyanat yayıblar. Həmin bəyanatı təqdim edirik:
Cavidan 7 Noyabr, 2025
7fdf7da7-b21f-38a5-a778-c605f37 v

Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar birgə bəyanat yayıblar.

Həmin bəyanatı təqdim edirik:

“2020-ci il 27 sentyabr tarixində başlayan Azərbaycan xalqının haqq savaşı – Vətən müharibəsi azərbaycanlıların böyüklüyünü, əzmini və qəhrəmanlığını bütün dünyaya göstərdi. Uzun illər düşmən işğalında olan, torpağının üstü də, altı da talan edilən Qarabağ və Şərqi Zəngəzur əraziləri Vətən müharibəsi Zəfəri ilə öz azadlığına qovuşdu. 44 gün ərzində Azərbaycan Ordusunun cəsur döyüşçüləri öz arxalarında Azərbaycan xalqının tükənməz gücünü və birliyini hiss edərək düşməni – Ermənistan ordusunu darmadağın etdi və bununla da Qafqazda uzun illər mövcud olan erməni mifini tarixin zülmətinə göndərdi.

Vətən müharibəsində Azərbaycan xalqının və əzəmətli Ordusunun qazandığı Zəfər dövlətçilik tariximizə qızıl hərflərlə həkk olunaraq Azərbaycanın növbəti qələbələrinin açarına çevrildi. Vətən müharibəsi Zəfərindən sonra Azərbaycan dövlətinin humanist, sülhpərvər və tolerant mövqeyi ilə hələ də Qarabağda yaşayan erməni separatçıları və onları qoruduğunu iddia edən silahlı dəstələrin işğaldan azad edilən ərazilərimizdə quruculuq işləri ilə məşğul olan vətəndaşlarımıza qarşı törətdikləri cinayətlər, eləcə də Ermənistanın imzaladığı kapitulyasiya aktında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi nəticəsində Azərbaycanın ərazi bütövlüyünə yönəlik təhdidlərin davam etməsi 2023-cü ilin 19 sentyabr tarixində başlanan birgünlük antiterror əməliyyatlarını labüd etdi. Milli həmrəyliyin təzahürü olan xalq-ordu birliyinin nəticəsində qalibiyyətlə başa çatan antiterror əməliyyatından sonra Azərbaycanda yer almış separatçı qüvvələrin kökü birdəfəlik kəsildi, tarixən azərbaycanlılara qarşı törətdiyi qanlı cinayətlərin hüquqi müstəvidə cəzasından qorxan ermənilər Azərbaycan dövlətinin ərazisini könüllü şəkildə birdəfəlik tərk etdilər.

Azərbaycan ordusunun yüksək humanist keyfiyyətlərlə – bir nəfər də olsun sivil şəxsə toxunulmadan şərəf, namus və ləyaqətlə icra etdiyi bu tarixi missiya Azərbaycan dövlətinə tarixində ilk dəfə tam suverenlik qazandırdı. Azərbaycanın yüz illər ərzində apardığı haqq mübarizəsi, Vətən uğrunda verilən qurbanlar Azərbaycan xalqını tarixinin ən böyük Qələbəsinə qovuşdurdu və müzəffər xalqa çevirdi. Azərbaycan indi öz tarixinin ən güclü, şərəfli və məğrur dövrünü yaşamaqdadır.

Bütün dünya azərbaycanlıları dərindən dərk edir ki, 44 günlük Vətən müharibəsinin nəticəsində təkcə ərazi bütövlüyümüz bərpa edilməmiş, eyni zamanda Azərbaycan xalqının qüruru özünə qayıtmış və Azərbaycan dünya dövlətləri sırasında qalib dövlətə çevrilmişdir. Dünya tarixinin ən qarışıq və təhlükələrlə dolu zamanında Azərbaycan xalqının, Azərbaycan Ordusunun və Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dövlətçilik tariximizə bəxş etdiyi bu şanlı səhifə daim xatırlanacaq və əbədi yaşayacaqdır.

Bu gün Azərbaycan beynəlxalq miqyasda söz sahibidir. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda misli görünməmiş sürətlə həyata keçirilən bərpa-quruculuq işləri əzəli torpaqlarımıza həyat bəxş edir, eləcə də bütün dünyaya Azərbaycanın gücünü nümayiş etdirir. Erməni vandalizminin qurbanı olan tarixi abidələrimiz bərpa olunur, 30 il müddətində daşı-daş üstdə qalmayan şəhərlər yenidən qurulur, Qarabağın hər bir guşəsinə həyat yenidən qayıdır, Şuşa, Xankəndi, Laçın və digər şəhərlər dünyanın nüfuzlu liderlərinin görüş məkanına çevrilir.

Sevindirici haldır ki, Qarabağda Azərbaycan dövlətinin həyata keçirdiyi quruculuq prosesi dost ölkələrin də yüksək diqqətindədir. Xüsusən Türk Dövlətlərinin rəhbərlərinin Qarabağda və Şərqi Zəngəzurda aparılan quruculuq işlərinə dəstəyi gündən-günə daha da inkişaf edən türk birliyinin simvoluna çevrilir. Dünyanın super dövlətlərinin dəstəyi ilə qısa zamanda fəaliyyətə başlayacaq Zəngəzur dəhlizi layihəsi təkcə Azərbaycanın ərazilərini deyil, bütün türk dünyasını bir-biri ilə bağlayan, Uzaq Şərqi Avropa ilə birləşdirən tarixi İpək Yolunun bir parçasına çevrilir.

Dövlətimizin dünya birliyində tutduğu layiqli mövqeyi, Qalib dövlət nüfuzunun qorunması istiqamətində atılan böyük addımları yüksək dəyərləndirərək Vətənimiz naminə daim siyasi milli birliyi dəstəkləyən partiyalar xalqımızı və dünya azərbaycanlılarını Zəfər Gününün beşinci ildönümü münasibətilə təbrik edir və hər kəsi güclü Azərbaycan naminə sarsılmaz və daha möhkəm milli birliyə səsləyir.

1. Yeni Azərbaycan Partiyası

2. Vətəndaş Həmrəyliyi Partiyası – Sabir Rüstəmxanlı

3. “Ana Vətən” Partiyası – Fəzail Ağamalı

4. Ədalət, Hüquq, Demokratiya Partiyası – Qüdrət Həsənquliyev

5. Böyük Quruluş Partiyası – Fazil Mustafa

6. Demokratik İslahatlar Partiyası – Asim Mollazadə

7. Azərbaycan Demokratik Maarifçilik Partiyası – Elşən Musayev

8. Milli Cəbhə Partiyası – Razi Nurullayev

9. “Azərbaycan Milli İstiqlal” Partiyası – Arzuxan Əlizadə

10. “Böyük Azərbaycan” Partiyası – Elşad Musayev

11. Haqq Ədalət Partiyası – Əli İnsanov

12. Azərbaycan Ümid Partiyası – İqbal Ağazadə

13. Milli Dirçəliş Hərəkatı Partiyası – Fərəc Quliyev

14. Azərbaycan Demokrat Partiyası – Sərdar Cəlaloğlu

15. Klassik Xalq Cəbhəsi Partiyası – Mirmahmud Fəttayev

16. AĞ Partiyası – Tural Abbaslı

17. REAL Partiyası – Natiq Cəfərli

18. Azad Vətən Partiyası – Akif Nağı

19. Müasir Müsavat Partiyası – Hafiz Hacıyev

20. Yeni Zaman Partiyası – Musa Ağayev

21. Gələcək Azərbaycan Partiyası – Ağasif Şakiroğlu

22. Vəhdət Partiyası – Adəm İsmayılov

23. Ədalət Partiyası – Mütəllim Rəhimov”.

Xəbəri paylaş
Bəyəndinizsə dostlarınızla paylaşın:
WhatsApp WhatsApp ilə paylaş Telegram Telegram ilə paylaş Facebook Facebook-da paylaş LinkedIn LinkedIn-də paylaş Instagram Instagram üçün linki kopyala Kopyala Xəbərin linkini kopyala

Post navigation

Əvvəlki: Azərbaycan Premyer Liqasında “Zəfər turu”na bu gün start veriləcək
Sonrakı: Pakistan Baş nazirinin Azərbaycana səfər proqramı açıqlanıb

Bölmənin digər xəbərləri

buTjbMbyi6_1200 (1)
  • Cəmiyyət

Bazar günü Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq

Cavidan 17 Oktyabr, 2026
cSbeaGkhvXU0 v
  • Cəmiyyət

Zabrat–Maştağa avtomobil yolununun bir hissəsi bağlanıb

Cavidan 17 Oktyabr, 2026
Ni14yWlichJYsbfPxGKVaqc b
  • Cəmiyyət

Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür

Cavidan 17 Oktyabr, 2026

Teqlər

2026 Aktiv yaddaş Alış-veriş Android AnTuTu Apple AzInTelecom Bankçılıq bazar Bee Birbank Business ChatGPT Counterpoint Research Elektron ticarət Fitbit Edge Fitnes-qolbaq Fujifilm Gadget geympad Google Google Chrome Instax Square 2 iPad Pro iPhone 18 Pro Mastercard Meta Muse Wonder Newsbeat oyun Planşetlər Pul köçürmələri Qadcetlər Reytinq Rəqəmsal İmza Samsung Science smartfon Smartfonlar Süni intellekt SİMA İmza Texnologiya Tədqiqat World İT xəbərləri

Bölmələr

  • Cəmiyyət (3. 302)
  • Dünya (1. 084)
  • Gündəm (3. 465)
  • İdman (251)
  • İqtisadiyyat (170)
  • Kateqoriyasızlar (238)
  • Kriminal (301)
  • Mədəniyyət (97)
  • Siyasət (440)
  • Texnologiya (17)

Xəbər Trendi

Valeh Ələsgərov “Şərəf” ordeni ilə təltif edilib Screenshot_20261017_160409_com_android_chrome_ChromeTabbedActivity 1
  • Kateqoriyasızlar

Valeh Ələsgərov “Şərəf” ordeni ilə təltif edilib

17 Oktyabr, 2026
ChatGPT artıq Google Chrome-da açıq tablarla işləyə bilir ChatGPT artıq Google Chrome-da açıq tablarla işləyə bilir 2
  • Texnologiya

ChatGPT artıq Google Chrome-da açıq tablarla işləyə bilir

17 Oktyabr, 2026
Amazon söhbətlərin yazılması və təhlili üçün Bee süni intellekt qadcetlərini təqdim etdi Amazon söhbətlərin yazılması və təhlili üçün Bee süni intellekt qadcetlərini təqdim etdi 3
  • Texnologiya

Amazon söhbətlərin yazılması və təhlili üçün Bee süni intellekt qadcetlərini təqdim etdi

17 Oktyabr, 2026
Bazar günü Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq buTjbMbyi6_1200 (1) 4
  • Cəmiyyət

Bazar günü Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq

17 Oktyabr, 2026
Zabrat–Maştağa avtomobil yolununun bir hissəsi bağlanıb cSbeaGkhvXU0 v 5
  • Cəmiyyət

Zabrat–Maştağa avtomobil yolununun bir hissəsi bağlanıb

17 Oktyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3302) Dünya (1084) Gündəm (3465) Kateqoriyasızlar (238) Kriminal (301) Mədəniyyət (97) Siyasət (440) Texnologiya (17) İdman (251) İqtisadiyyat (170)

Sayt üzrə statistika

  • 0
  • 8
  • 8
  • 4. 898

«Addim.az günün 24 saatı ərzində ölkədə və dünyada baş verən ən mühüm və aktual hadisələri operativ şəkildə işıqlandırır, cəmiyyəti maraqlandıran suallara cavab axtarır, dərin analitik təhlillər, foto və videohesabatlarla oxucularına informasiya dünyasında hər addımda bələdçilik edir.»

  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.