Skip to content
24 İyun, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • DİN sürücülərə xəbərdarlıq edib – VİDEO
  • Cəmiyyət

DİN sürücülərə xəbərdarlıq edib – VİDEO

Ötən il avtomobilini texniki baxışa təqdim edən xeyli sayda sürücünün ciddi qayda pozuntularına yol verdiyi aşkar edilib. DİN-dən
Cavidan 8 Yanvar, 2022
1641644014.61d97db27ef4261d97db27ef43164164344261d97db27ef3f61d97db27ef41

Ötən il avtomobilini texniki baxışa təqdim edən xeyli sayda sürücünün ciddi qayda pozuntularına yol verdiyi aşkar edilib.

DİN-dən verilən məlumata görə, 2021-ci ilin 12 ayı ərzində dövlət texniki baxışına təqdim edilən nəqliyyat vasitələrinin müayinəsi zamanı Baş Dövlət Yol Polisi İdarəsinin Texniki Müayinə Mərkəzinin əməkdaşları tərəfindən 285 avtomobilin mühərrik, ban, şassi nömrələrinin qeydiyyat sənədlərindəki uçot göstəriciləri ilə uyğunsuzluq təşkil etməsi müəyyən olunub. Həmin nəqliyyat vasitələri mühafizə olunan duracağa yerləşdirilib sənədləşmə aparılıb və aşkar edilən faktlar araşdırmaların aparılması üçün Baş Dövlət Yol Polisi İdarəsinə göndərilib. Uyğunsuzluq əsasən həmin avtomobillərin mühərriklərində aşkarlanıb. Məlum olub ki, nəqliyyat vasitəsinin mühərrikini sürücülər nasazlıq səbəbindən dəyişdirsələr də bu barədə polisə məlumat verməyiblər. Amma qaydalara görə, mühərrik dəyişdirilərkən üzərindəki nömrə, mütləq qaydada Baş Dövlət Yol Polisi idarəsində avtomobilin texniki pasportunda qeyd edilməlidir.

Həmçinin ötən il texniki baxışa təqdim edilən, digər qaydaları pozan sürücülər də aşkar edilib. Belə ki, son zamanlar texniki baxış müddəti bitmiş nəqliyyat vasitələrinin sürücüləri avtomobillərini texniki baxışa gətirərəkən yolda xüsusi texniki vasitələr tərəfindən aşkarlanan qayda pozuntularından yayınmaq üçün eyni markalı lakin başqa avtomobilə məxsus dövlət qeydiyyat nişanlarını öz nəqliyyat vasitələrinə bağlayırlar. Bu cür hallar da mərkəzin əməkdaşları tərəfindən aşkar edildiyi təqdirdə həmin sürücülər inzibati məsuliyyətə cəlb edilirlər.

Qeyd olunub ki, avtomobilin mühərrik nömrəsini texniki pasportda qeyd etdirməyən sürücülər aşkar edildikdə inzibati qaydada 50 manat cərimə olunurlar. Sürücülərə tövsiyə edilir ki, nəqliyyat vasitələrini texniki cəhətdən saz saxlamaqla vaxtında texniki baxışa təqdim etsinlər.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Qazaxıstanın Azərbaycandakı səfirliyindən MÜRACİƏT
Next: Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutuldu

Bölmənin digər xəbərləri

Screenshot 2026-06-24 103054
  • Cəmiyyət

Bakıda XI Azərbaycan Beynəlxalq Sığorta Forumu keçirilir

Cavidan 24 İyun, 2026
  • Cəmiyyət

Məhəmməd Baqer Qalibaf Azərbaycana işgüzar səfərə gəlib

Cavidan 24 İyun, 2026
Screenshot 2026-06-23 173441
  • Cəmiyyət

İlham Əliyev dövlət qulluqçularını təltif edib – SİYAHI

Cavidan 23 İyun, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 637)
  • Dünya (3. 414)
  • Gündəm (11. 897)
  • İdman (666)
  • İqtisadiyyat (601)
  • Kateqoriyasızlar (516)
  • Kriminal (1. 404)
  • Mədəniyyət (354)
  • Siyasət (3. 004)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Numan Kurtulmuş: Türkiyə İran-ABŞ danışıqlarının müsbət nəticələnməsini alqışlayır Screenshot 2026-06-24 112717 1
  • Dünya

Numan Kurtulmuş: Türkiyə İran-ABŞ danışıqlarının müsbət nəticələnməsini alqışlayır

24 İyun, 2026
Bakıda XI Azərbaycan Beynəlxalq Sığorta Forumu keçirilir Screenshot 2026-06-24 103054 2
  • Cəmiyyət

Bakıda XI Azərbaycan Beynəlxalq Sığorta Forumu keçirilir

24 İyun, 2026
Ukrayna Orenburqda qaz emalı zavoduna zərbə endirib Screenshot 2026-06-24 095133 3
  • Dünya

Ukrayna Orenburqda qaz emalı zavoduna zərbə endirib

24 İyun, 2026
Bakının iki rayonunun bəzi ərazilərində işıq olmayacaq Screenshot 2026-06-24 092356 4
  • Kateqoriyasızlar

Bakının iki rayonunun bəzi ərazilərində işıq olmayacaq

24 İyun, 2026
Məhəmməd Baqer Qalibaf Azərbaycana işgüzar səfərə gəlib 5
  • Cəmiyyət

Məhəmməd Baqer Qalibaf Azərbaycana işgüzar səfərə gəlib

24 İyun, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9637) Dünya (3414) Gündəm (11897) Kateqoriyasızlar (516) Kriminal (1404) Mədəniyyət (354) Siyasət (3004) Texnologiya (15) İdman (666) İqtisadiyyat (601)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.