Skip to content
10 Mart, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 050)
  • Dünya (3. 257)
  • Gündəm (11. 366)
  • İdman (633)
  • İqtisadiyyat (574)
  • Kateqoriyasızlar (471)
  • Kriminal (1. 345)
  • Mədəniyyət (338)
  • Siyasət (2. 963)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Mart 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
« Fev    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət

DİN sürücülərə xəbərdarlıq edib – VİDEO

Ötən il avtomobilini texniki baxışa təqdim edən xeyli sayda sürücünün ciddi qayda pozuntularına yol verdiyi aşkar edilib. DİN-dən
Cavidan 8 Yanvar, 2022

Ötən il avtomobilini texniki baxışa təqdim edən xeyli sayda sürücünün ciddi qayda pozuntularına yol verdiyi aşkar edilib.

DİN-dən verilən məlumata görə, 2021-ci ilin 12 ayı ərzində dövlət texniki baxışına təqdim edilən nəqliyyat vasitələrinin müayinəsi zamanı Baş Dövlət Yol Polisi İdarəsinin Texniki Müayinə Mərkəzinin əməkdaşları tərəfindən 285 avtomobilin mühərrik, ban, şassi nömrələrinin qeydiyyat sənədlərindəki uçot göstəriciləri ilə uyğunsuzluq təşkil etməsi müəyyən olunub. Həmin nəqliyyat vasitələri mühafizə olunan duracağa yerləşdirilib sənədləşmə aparılıb və aşkar edilən faktlar araşdırmaların aparılması üçün Baş Dövlət Yol Polisi İdarəsinə göndərilib. Uyğunsuzluq əsasən həmin avtomobillərin mühərriklərində aşkarlanıb. Məlum olub ki, nəqliyyat vasitəsinin mühərrikini sürücülər nasazlıq səbəbindən dəyişdirsələr də bu barədə polisə məlumat verməyiblər. Amma qaydalara görə, mühərrik dəyişdirilərkən üzərindəki nömrə, mütləq qaydada Baş Dövlət Yol Polisi idarəsində avtomobilin texniki pasportunda qeyd edilməlidir.

Həmçinin ötən il texniki baxışa təqdim edilən, digər qaydaları pozan sürücülər də aşkar edilib. Belə ki, son zamanlar texniki baxış müddəti bitmiş nəqliyyat vasitələrinin sürücüləri avtomobillərini texniki baxışa gətirərəkən yolda xüsusi texniki vasitələr tərəfindən aşkarlanan qayda pozuntularından yayınmaq üçün eyni markalı lakin başqa avtomobilə məxsus dövlət qeydiyyat nişanlarını öz nəqliyyat vasitələrinə bağlayırlar. Bu cür hallar da mərkəzin əməkdaşları tərəfindən aşkar edildiyi təqdirdə həmin sürücülər inzibati məsuliyyətə cəlb edilirlər.

Qeyd olunub ki, avtomobilin mühərrik nömrəsini texniki pasportda qeyd etdirməyən sürücülər aşkar edildikdə inzibati qaydada 50 manat cərimə olunurlar. Sürücülərə tövsiyə edilir ki, nəqliyyat vasitələrini texniki cəhətdən saz saxlamaqla vaxtında texniki baxışa təqdim etsinlər.

Continue Reading

Previous: Qazaxıstanın Azərbaycandakı səfirliyindən MÜRACİƏT
Next: Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutuldu

Bölmənin digər xəbərləri

Bu gün Novruzun üçüncü – Yel çərşənbəsidir
  • Cəmiyyət

Bu gün Novruzun üçüncü – Yel çərşənbəsidir

10 Mart, 2026
Sabah Bakıda hava yağmursuz keçəcək
  • Cəmiyyət

Sabah Bakıda hava yağmursuz keçəcək

9 Mart, 2026
Leyla Əliyeva “Mənzərəyə açılan ev” mövzusunda qrup sərgisində iştirak edib
  • Cəmiyyət

Leyla Əliyeva “Mənzərəyə açılan ev” mövzusunda qrup sərgisində iştirak edib

9 Mart, 2026

Top 7 Xəbər

Bu gün Novruzun üçüncü – Yel çərşənbəsidir 1

Bu gün Novruzun üçüncü – Yel çərşənbəsidir

10 Mart, 2026
Pezeşkian İranın yeni ali rəhbəri barədə paylaşım edib 2

Pezeşkian İranın yeni ali rəhbəri barədə paylaşım edib

9 Mart, 2026
Azərbaycan və Türkiyə XİN başçıları regiondakı gərginliyi müzakirə ediblər 3

Azərbaycan və Türkiyə XİN başçıları regiondakı gərginliyi müzakirə ediblər

9 Mart, 2026
Azərbaycan MN: Türkiyə ərazisinə qarşı həyata keçirilmiş raket hücumunu qətiyyətlə pisləyirik 4

Azərbaycan MN: Türkiyə ərazisinə qarşı həyata keçirilmiş raket hücumunu qətiyyətlə pisləyirik

9 Mart, 2026
İsrail Livanın cənubunda məhdud quru əməliyyatına başlayıb 5

İsrail Livanın cənubunda məhdud quru əməliyyatına başlayıb

9 Mart, 2026
İsrail Beyrutda “Hizbullah”a qarşı yeni aviazərbələr dalğasına başlayır 6

İsrail Beyrutda “Hizbullah”a qarşı yeni aviazərbələr dalğasına başlayır

9 Mart, 2026
Sabah Bakıda hava yağmursuz keçəcək 7

Sabah Bakıda hava yağmursuz keçəcək

9 Mart, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 050)
  • Dünya (3. 257)
  • Gündəm (11. 366)
  • İdman (633)
  • İqtisadiyyat (574)
  • Kateqoriyasızlar (471)
  • Kriminal (1. 345)
  • Mədəniyyət (338)
  • Siyasət (2. 963)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9050) Dünya (3257) Gündəm (11366) Kateqoriyasızlar (471) Kriminal (1345) Mədəniyyət (338) Siyasət (2963) Texnologiya (14) İdman (633) İqtisadiyyat (574)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Bu gün Novruzun üçüncü – Yel çərşənbəsidir 10 Mart, 2026
  • Pezeşkian İranın yeni ali rəhbəri barədə paylaşım edib 9 Mart, 2026
  • Azərbaycan və Türkiyə XİN başçıları regiondakı gərginliyi müzakirə ediblər 9 Mart, 2026
  • Azərbaycan MN: Türkiyə ərazisinə qarşı həyata keçirilmiş raket hücumunu qətiyyətlə pisləyirik 9 Mart, 2026
  • İsrail Livanın cənubunda məhdud quru əməliyyatına başlayıb 9 Mart, 2026
© Addim.az | MoreNews by AF themes.