Skip to content
30 Avqust, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Ermənistanda fəlakət: azərbaycanlıların geri qayıtması yeganə həll yoludur – XRONİKA
  • Cəmiyyət
  • Gündəm

Ermənistanda fəlakət: azərbaycanlıların geri qayıtması yeganə həll yoludur – XRONİKA

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb. Süjetdə Ermənistanda demoqrafik fəlakətin yaşanması, bu problemin həlinin Qərbi
Cavidan 17 Oktyabr, 2025
Cmes7oKVVhK1kdqqkRPUZs1Gkf7bJfp9VIlTeRUD_825 b B

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.

Süjetdə Ermənistanda demoqrafik fəlakətin yaşanması, bu problemin həlinin Qərbi Azərbaycana dönüşün yeganə çıxış yolu olmasından bəhs edilir.

Bildirilir ki, son illər Ermənistan əhalisinin təbii artımında ciddi problemlər yaranıb: “Bir tərəfdən doğum səviyyəsi azalır, digər tərəfdən ölüm halları artır. Ermənistanda doğum səviyyəsi bu il son 7 ilin ən aşağı səviyyəsinə çatıb. Yeddi ayda cəmi 17 568 uşaq doğulub. Bura Qarabağdan Ermənistana qayıdan ermənilərlə bağlı statistika da daxildir. Doğum sayı ötən illə müqayisədə 1 000, 2023-cü illə müayisədə 2 589, 2022-ci illə müqayisədə 1 924, 2021-ci illə müayisədə 2 558, 2020-ci illə müayisədə isə 1 867 nəfər azdır. Doğum səviyyəsinin aşağı düşməsinin səbəbi iqtisadi və sosial problemlər, gənclər üçün iş şəraitinin olmaması, mənzil problemlərinin artmasıdır. Bununla yanaşı, 44 günlük müharibədə Ermənistanın verdiyi on minlərlə itki də demoqrafik fəlakətin dərinləşməsinə səbəb olub”.

Qeyd olunur ki, Ermənistanda demoqrafik fəlakətin qarşısını almaq üçün çıxış yollarından biri əcnəbilərin Ermənistanda vətəndaşlıq alması göstərilir. “168.am” saytı yazır ki, hakimiyyət “əcnəbilər” dedikdə azərbaycanlıların qayıdışını nəzərdə tutur və onların geri qayıdıb məskunlaşmasına etiraz etmir.

Demoqraf Mikael Malxasyanın sözlərinə görə, Zəngəzur bölgəsində əhalinin hər beş nəfərindən biri bölgəni tərk edir. Statistikaya görə, Zəngəzur bölgəsində yaşayan əhalinin sayı 2011-ci illə müqayisədə 20 faiz azalıb. “Hraparak” nəşri isə yazır ki, Zəngəzur bölgəsində əhalinin azalması xüsusilə 2019-cu ildən sonra sürətlənib.

Sonda vurğulanır ki, Qərbi Azərbaycana qayıdış regionun qaçılmaz rallığıdır və iki ölkə arasında davamlı sülhün təməl prinsiplərindən biri məhz bu humanitar problemin həllindən asılıdır.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Süjet sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında oktyabrın 16-da saat 19:00-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.(“Report” )

Post navigation

Previous: Birinci sinfə üzrlü səbəbdən gecikən uşaqların qəbulu başa çatıb
Next: Füzuli Şəhəri Günü münasibətilə atəşfəşanlıq olacaq

Bölmənin digər xəbərləri

6a92bea czx
  • Dünya

Rusiya Donetsk və Sumı regionlarında bəzi yerləri ələ keçirib

Cavidan 29 Avqust, 2026
a4642WJYZFWB6fB v
  • Cəmiyyət

Bakıda və Abşeronda təmirlə bağlı 21 marşrutun hərəkət sxemi dəyişdirilib

Cavidan 29 Avqust, 2026
377fb741-90 V
  • Cəmiyyət

Sabah Bakıya və rayonlara yağış yağacaq

Cavidan 29 Avqust, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (3. 033)
  • Dünya (1. 037)
  • Gündəm (3. 328)
  • İdman (225)
  • İqtisadiyyat (156)
  • Kateqoriyasızlar (202)
  • Kriminal (275)
  • Mədəniyyət (93)
  • Siyasət (401)
  • Texnologiya (15)

Xəbər Trendi

Nepalda daşqın nəticəsində ölənlərin sayı 668-ə çatıb – YENİLƏNİB 6a920f89678VZ 1
  • Kateqoriyasızlar

Nepalda daşqın nəticəsində ölənlərin sayı 668-ə çatıb – YENİLƏNİB

29 Avqust, 2026
Rusiya Donetsk və Sumı regionlarında bəzi yerləri ələ keçirib 6a92bea czx 2
  • Dünya

Rusiya Donetsk və Sumı regionlarında bəzi yerləri ələ keçirib

29 Avqust, 2026
Bakıda və Abşeronda təmirlə bağlı 21 marşrutun hərəkət sxemi dəyişdirilib a4642WJYZFWB6fB v 3
  • Cəmiyyət

Bakıda və Abşeronda təmirlə bağlı 21 marşrutun hərəkət sxemi dəyişdirilib

29 Avqust, 2026
Sabah Bakıya və rayonlara yağış yağacaq 377fb741-90 V 4
  • Cəmiyyət

Sabah Bakıya və rayonlara yağış yağacaq

29 Avqust, 2026
İlham Əliyev Şavkat Mirziyoyevi Özbəkistanın müstəqilliyinin 35 illiyi münasibətilə təbrik edib Ky6GtZD1sN3qdmN v 5
  • Cəmiyyət

İlham Əliyev Şavkat Mirziyoyevi Özbəkistanın müstəqilliyinin 35 illiyi münasibətilə təbrik edib

29 Avqust, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3033) Dünya (1037) Gündəm (3328) Kateqoriyasızlar (202) Kriminal (275) Mədəniyyət (93) Siyasət (401) Texnologiya (15) İdman (225) İqtisadiyyat (156)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.