Skip to content
10 Mart, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 051)
  • Dünya (3. 257)
  • Gündəm (11. 369)
  • İdman (634)
  • İqtisadiyyat (574)
  • Kateqoriyasızlar (471)
  • Kriminal (1. 346)
  • Mədəniyyət (338)
  • Siyasət (2. 963)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Mart 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
« Fev    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət

Türk liderləri növbəti dəfə bu ölkədə toplaşacaq

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan səfərini başa vurduqdan sonra ölkəsinə dönüş zamanı təyyarədə jurnalistlərin suallarını cavablandırıb. Ərdoğan
Cavidan 8 Oktyabr, 2025

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan səfərini başa vurduqdan sonra ölkəsinə dönüş zamanı təyyarədə jurnalistlərin suallarını cavablandırıb.

Ərdoğan bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin ev sahibliyi ilə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) 12-ci Zirvə Toplantısı uğurla başa çatıb. O, təşkilatın son illərdə ciddi inkişaf yolu keçdiyini vurğulayıb:

“3 oktyabrda Türk Dövlətləri Əməkdaşlıq Gününü qeyd etdik. Beləliklə, təşkilatımızın təməlini qoyan Naxçıvan Sazişinin 16-cı ildönümünü geridə qoyduq. Qısa müddətdə bu qurum ailə məclisimizə çevrildi və türk dünyasının ortaq vizyonunu qlobal miqyasda daha görünən etdi”.

Ərdoğan qeyd edib ki, Qəbələdə keçirilən zirvə toplantısında xarici siyasət, iqtisadiyyat, mədəniyyət və humanitar sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub:

“Türk dünyasının institusional birliyinin dərinləşdirilməsi ilə yanaşı, digər dövlətlər və beynəlxalq təşkilatlarla əməkdaşlığın gücləndirilməsi istiqamətində addımlar atmağı qərara aldıq. Həmçinin “Türk Dövlətləri Təşkilatı Plus” adlı yeni formatın yaradılmasına dair razılıq əldə olundu.”

Ərdoğanın sözlərinə görə, Qəbələ Bəyannaməsində müdafiə sənayesi, enerji, nəqliyyat və strateji minerallar sahəsində əməkdaşlığın genişləndirilməsi xüsusi yer alıb. Zirvənin əsas mövzusu isə regional sülh və təhlükəsizlik olub.

“Qəzza, Suriya və Cənubi Qafqazda sabitlik məsələləri də birgə bəyanatda öz əksini tapdı. Xarici işlər nazirlərimizin bu istiqamətdə daha sıx toplanması üçün göstəriş verdik”, – o bildirib.
Ətraflı

Prezident, həmçinin Türkmənistan və Azərbaycanın birgə təşəbbüsü ilə Füzulidə inşa ediləcək məscidin təməlqoyma mərasiminə canlı bağlantı ilə qatıldıqlarını xatırladıb.

Türkmənistanın Türk Akademiyası və Türk Mədəniyyəti və İrsi Fonduna müşahidəçi üzv qismində qəbulunu “türk ailəsinin tamlanması istiqamətində mühüm mərhələ” adlandırıb.

Ərdoğan Şimali Kipr Türk Respublikasının təşkilatda daha yüksək səviyyədə təmsil olunmasının vacibliyini vurğulayıb: “2022-ci ildən etibarən Şimali Kiprin təşkilatla birbaşa əlaqələri artıb. Qəbələ Zirvəsində də Kipr türklərinin haqlarının qorunması ilə bağlı dayanışma ifadələri birgə bəyanatda öz əksini tapdı. Şimali Kiprin Türk Akademiyasına müşahidəçi üzv qismində qəbuluna dair qərar da qüvvəyə mindi.”

Ərdoğan çıxışında təşkilatın artıq yalnız mədəni deyil, strateji bir birlik olduğunu qeyd edib:

“Türk Dövlətləri Təşkilatı artıq təkcə mədəni bir birləşmə deyil, strateji dayanışma platformasıdır. Qlobal gərginliklər bizi də yaxından təsir edir. Təhlükə olan yerdə təbii ki, tədbir də olacaq. Biz istihbarat, sərhəd təhlükəsizliyi və kibermüdafiə sahələrində çoxşaxəli əməkdaşlıq aparırıq. Dünya miqyasında təhlükəsizlik xərcləri artır, biz də bu istiqamətdə lazımi addımları atırıq.”

Türkiyə Prezidenti sonda bildirib ki, təşkilatın beynəlxalq nüfuzu sürətlə artır və qarşıdakı dövrdə bu əməkdaşlıq daha da dərinləşəcək:

“Türk Dövlətləri Təşkilatı artan nüfuzu və genişlənən təsir dairəsi ilə qlobal aktora çevrilir. Biz bu yolu davam etdirəcəyik, əməkdaşlığımızı daha da gücləndirəcəyik. Növbəti zirvə gələn il Türkiyədə keçiriləcək.”

Continue Reading

Previous: Azərbaycanda yeni institutlar yaradıldı – Bəziləri birləşdirildi – SİYAHI
Next: Hava yenidən dəyişəcək – Güclü küləklə bağlı xəbərdarlıq edildi

Bölmənin digər xəbərləri

Baş nazirin Milli Məclisdə hesabat verəcəyi tarix məlum olub
  • Cəmiyyət

Baş nazirin Milli Məclisdə hesabat verəcəyi tarix məlum olub

10 Mart, 2026
Bu gün Novruzun üçüncü – Yel çərşənbəsidir
  • Cəmiyyət

Bu gün Novruzun üçüncü – Yel çərşənbəsidir

10 Mart, 2026
Sabah Bakıda hava yağmursuz keçəcək
  • Cəmiyyət

Sabah Bakıda hava yağmursuz keçəcək

9 Mart, 2026

Top 7 Xəbər

FHN: Od çərşənbəsində tonqalla bağlı 10 yanğın hadisəsinə çıxış qeydə alınıb 1

FHN: Od çərşənbəsində tonqalla bağlı 10 yanğın hadisəsinə çıxış qeydə alınıb

10 Mart, 2026
Baş nazirin Milli Məclisdə hesabat verəcəyi tarix məlum olub 2

Baş nazirin Milli Məclisdə hesabat verəcəyi tarix məlum olub

10 Mart, 2026
UEFA Çempionlar Liqası: “Qalatasaray” – “Liverpul” matçı ilə 1/8 final mərhələsi başlayır 3

UEFA Çempionlar Liqası: “Qalatasaray” – “Liverpul” matçı ilə 1/8 final mərhələsi başlayır

10 Mart, 2026
Bu gün Novruzun üçüncü – Yel çərşənbəsidir 4

Bu gün Novruzun üçüncü – Yel çərşənbəsidir

10 Mart, 2026
Pezeşkian İranın yeni ali rəhbəri barədə paylaşım edib 5

Pezeşkian İranın yeni ali rəhbəri barədə paylaşım edib

9 Mart, 2026
Azərbaycan və Türkiyə XİN başçıları regiondakı gərginliyi müzakirə ediblər 6

Azərbaycan və Türkiyə XİN başçıları regiondakı gərginliyi müzakirə ediblər

9 Mart, 2026
Azərbaycan MN: Türkiyə ərazisinə qarşı həyata keçirilmiş raket hücumunu qətiyyətlə pisləyirik 7

Azərbaycan MN: Türkiyə ərazisinə qarşı həyata keçirilmiş raket hücumunu qətiyyətlə pisləyirik

9 Mart, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 051)
  • Dünya (3. 257)
  • Gündəm (11. 369)
  • İdman (634)
  • İqtisadiyyat (574)
  • Kateqoriyasızlar (471)
  • Kriminal (1. 346)
  • Mədəniyyət (338)
  • Siyasət (2. 963)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9051) Dünya (3257) Gündəm (11369) Kateqoriyasızlar (471) Kriminal (1346) Mədəniyyət (338) Siyasət (2963) Texnologiya (14) İdman (634) İqtisadiyyat (574)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • FHN: Od çərşənbəsində tonqalla bağlı 10 yanğın hadisəsinə çıxış qeydə alınıb 10 Mart, 2026
  • Baş nazirin Milli Məclisdə hesabat verəcəyi tarix məlum olub 10 Mart, 2026
  • UEFA Çempionlar Liqası: “Qalatasaray” – “Liverpul” matçı ilə 1/8 final mərhələsi başlayır 10 Mart, 2026
  • Bu gün Novruzun üçüncü – Yel çərşənbəsidir 10 Mart, 2026
  • Pezeşkian İranın yeni ali rəhbəri barədə paylaşım edib 9 Mart, 2026
© Addim.az | MoreNews by AF themes.