Skip to content
16 Oktyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Ana Səhifə
  • Cəmiyyət
  • Türk liderləri növbəti dəfə bu ölkədə toplaşacaq
  • Cəmiyyət

Türk liderləri növbəti dəfə bu ölkədə toplaşacaq

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan səfərini başa vurduqdan sonra ölkəsinə dönüş zamanı təyyarədə jurnalistlərin suallarını cavablandırıb. Ərdoğan
Cavidan 8 Oktyabr, 2025
1759912069_1661760256_6019c79c-3e95-3ada-84cd-2936b7487f38_850-1

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan səfərini başa vurduqdan sonra ölkəsinə dönüş zamanı təyyarədə jurnalistlərin suallarını cavablandırıb.

Ərdoğan bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin ev sahibliyi ilə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) 12-ci Zirvə Toplantısı uğurla başa çatıb. O, təşkilatın son illərdə ciddi inkişaf yolu keçdiyini vurğulayıb:

“3 oktyabrda Türk Dövlətləri Əməkdaşlıq Gününü qeyd etdik. Beləliklə, təşkilatımızın təməlini qoyan Naxçıvan Sazişinin 16-cı ildönümünü geridə qoyduq. Qısa müddətdə bu qurum ailə məclisimizə çevrildi və türk dünyasının ortaq vizyonunu qlobal miqyasda daha görünən etdi”.

Ərdoğan qeyd edib ki, Qəbələdə keçirilən zirvə toplantısında xarici siyasət, iqtisadiyyat, mədəniyyət və humanitar sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub:

“Türk dünyasının institusional birliyinin dərinləşdirilməsi ilə yanaşı, digər dövlətlər və beynəlxalq təşkilatlarla əməkdaşlığın gücləndirilməsi istiqamətində addımlar atmağı qərara aldıq. Həmçinin “Türk Dövlətləri Təşkilatı Plus” adlı yeni formatın yaradılmasına dair razılıq əldə olundu.”

Ərdoğanın sözlərinə görə, Qəbələ Bəyannaməsində müdafiə sənayesi, enerji, nəqliyyat və strateji minerallar sahəsində əməkdaşlığın genişləndirilməsi xüsusi yer alıb. Zirvənin əsas mövzusu isə regional sülh və təhlükəsizlik olub.

“Qəzza, Suriya və Cənubi Qafqazda sabitlik məsələləri də birgə bəyanatda öz əksini tapdı. Xarici işlər nazirlərimizin bu istiqamətdə daha sıx toplanması üçün göstəriş verdik”, – o bildirib.
Ətraflı

Prezident, həmçinin Türkmənistan və Azərbaycanın birgə təşəbbüsü ilə Füzulidə inşa ediləcək məscidin təməlqoyma mərasiminə canlı bağlantı ilə qatıldıqlarını xatırladıb.

Türkmənistanın Türk Akademiyası və Türk Mədəniyyəti və İrsi Fonduna müşahidəçi üzv qismində qəbulunu “türk ailəsinin tamlanması istiqamətində mühüm mərhələ” adlandırıb.

Ərdoğan Şimali Kipr Türk Respublikasının təşkilatda daha yüksək səviyyədə təmsil olunmasının vacibliyini vurğulayıb: “2022-ci ildən etibarən Şimali Kiprin təşkilatla birbaşa əlaqələri artıb. Qəbələ Zirvəsində də Kipr türklərinin haqlarının qorunması ilə bağlı dayanışma ifadələri birgə bəyanatda öz əksini tapdı. Şimali Kiprin Türk Akademiyasına müşahidəçi üzv qismində qəbuluna dair qərar da qüvvəyə mindi.”

Ərdoğan çıxışında təşkilatın artıq yalnız mədəni deyil, strateji bir birlik olduğunu qeyd edib:

“Türk Dövlətləri Təşkilatı artıq təkcə mədəni bir birləşmə deyil, strateji dayanışma platformasıdır. Qlobal gərginliklər bizi də yaxından təsir edir. Təhlükə olan yerdə təbii ki, tədbir də olacaq. Biz istihbarat, sərhəd təhlükəsizliyi və kibermüdafiə sahələrində çoxşaxəli əməkdaşlıq aparırıq. Dünya miqyasında təhlükəsizlik xərcləri artır, biz də bu istiqamətdə lazımi addımları atırıq.”

Türkiyə Prezidenti sonda bildirib ki, təşkilatın beynəlxalq nüfuzu sürətlə artır və qarşıdakı dövrdə bu əməkdaşlıq daha da dərinləşəcək:

“Türk Dövlətləri Təşkilatı artan nüfuzu və genişlənən təsir dairəsi ilə qlobal aktora çevrilir. Biz bu yolu davam etdirəcəyik, əməkdaşlığımızı daha da gücləndirəcəyik. Növbəti zirvə gələn il Türkiyədə keçiriləcək.”

Xəbəri paylaş
Bəyəndinizsə dostlarınızla paylaşın:
WhatsApp WhatsApp ilə paylaş Telegram Telegram ilə paylaş Facebook Facebook-da paylaş LinkedIn LinkedIn-də paylaş Instagram Instagram üçün linki kopyala Kopyala Xəbərin linkini kopyala

Post navigation

Əvvəlki: Azərbaycanda yeni institutlar yaradıldı – Bəziləri birləşdirildi – SİYAHI
Sonrakı: “Əbədi dostluq və qardaşlıq” haqqında müqavilə imzalayaq! – Mirziyoyevdən TƏKLİF

Bölmənin digər xəbərləri

qeza__1_
  • Cəmiyyət

Avtomobil TIR-la toqquşdu – Ölən və yaralananlar var

Cavidan 16 Oktyabr, 2026
6ad20c5e54b746ad20c5e5v
  • Cəmiyyət

Azərbaycanın Baş Qərargah rəisi NATO-nun nümayəndə heyəti ilə görüşüb

Cavidan 16 Oktyabr, 2026
tzwFEebTOuIZtyvDbnYv
  • Cəmiyyət

Paşinyan və Pezeşkian İrəvanda ikitərəfli münasibətləri müzakirə ediblər

Cavidan 16 Oktyabr, 2026

Teqlər

2026 Aktiv yaddaş Alış-veriş Android ani çap AnTuTu Apple Azerbaijan Business Women AzInTelecom Birbank Business Counterpoint Research Elektron ticarət Fitbit Edge Fitnes-qolbaq fotoaparat Fujifilm Gadget geympad Google Instax Square 2 iPad Pro iPhone 18 Pro Mastercard Meta Microsoft Muse Wonder Newsbeat oyun Planşetlər Pul köçürmələri Reytinq Rəqəmsal İmza Samsung Science SheMatters Pakistan smartfon Smartfonlar Süni intellekt SİMA İmza Texnologiya Tədqiqat World Xbox Xbox Nano Controller

Bölmələr

  • Cəmiyyət (3. 299)
  • Dünya (1. 084)
  • Gündəm (3. 463)
  • İdman (250)
  • İqtisadiyyat (170)
  • Kateqoriyasızlar (236)
  • Kriminal (300)
  • Mədəniyyət (97)
  • Siyasət (440)
  • Texnologiya (15)

Xəbər Trendi

Surqutda “Qazprom”un müəssisəsi dron hücumuna məruz qalıb, güclü yanğın başlayıb 6ad22284840ac6ad22v 1
  • Dünya

Surqutda “Qazprom”un müəssisəsi dron hücumuna məruz qalıb, güclü yanğın başlayıb

16 Oktyabr, 2026
Avtomobil TIR-la toqquşdu – Ölən və yaralananlar var qeza__1_ 2
  • Cəmiyyət

Avtomobil TIR-la toqquşdu – Ölən və yaralananlar var

16 Oktyabr, 2026
Prezidentin AQEM Sammitində sülh, əməkdaşlıq, təhlükəsizlik çağırışları BVSpZcyrH8UTPC4Mpmn 3
  • Siyasət

Prezidentin AQEM Sammitində sülh, əməkdaşlıq, təhlükəsizlik çağırışları

16 Oktyabr, 2026
Azərbaycanın Baş Qərargah rəisi NATO-nun nümayəndə heyəti ilə görüşüb 6ad20c5e54b746ad20c5e5v 4
  • Cəmiyyət

Azərbaycanın Baş Qərargah rəisi NATO-nun nümayəndə heyəti ilə görüşüb

16 Oktyabr, 2026
Paşinyan və Pezeşkian İrəvanda ikitərəfli münasibətləri müzakirə ediblər tzwFEebTOuIZtyvDbnYv 5
  • Cəmiyyət

Paşinyan və Pezeşkian İrəvanda ikitərəfli münasibətləri müzakirə ediblər

16 Oktyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3299) Dünya (1084) Gündəm (3463) Kateqoriyasızlar (236) Kriminal (300) Mədəniyyət (97) Siyasət (440) Texnologiya (15) İdman (250) İqtisadiyyat (170)

Sayt üzrə statistika

  • 0
  • 92
  • 85
  • 4. 902

«Addim.az günün 24 saatı ərzində ölkədə və dünyada baş verən ən mühüm və aktual hadisələri operativ şəkildə işıqlandırır, cəmiyyəti maraqlandıran suallara cavab axtarır, dərin analitik təhlillər, foto və videohesabatlarla oxucularına informasiya dünyasında hər addımda bələdçilik edir.»

  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.