Skip to content
10 Mart, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 054)
  • Dünya (3. 257)
  • Gündəm (11. 372)
  • İdman (634)
  • İqtisadiyyat (574)
  • Kateqoriyasızlar (471)
  • Kriminal (1. 346)
  • Mədəniyyət (338)
  • Siyasət (2. 963)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Mart 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
« Fev    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət

İdman zallarında qəfil infarkt bu səbəblərlə bağlıdır

Cavidan 29 Sentyabr, 2025

“Son zamanlar idman zallarında qəfil ürək ölümü və infarkt hallarının artması ictimaiyyətin ciddi narahatlığına səbəb olub. Məsələnin kökündə bir neçə amil dayanır. Əvvəla, gizli ürək-damar xəstəlikləri bu halların əsas səbəblərindəndir”.

Bunu Milli Məclisin deputatı, tanınmış ürək-damar cərrahı Rəşad Mahmudov sosial şəbəkə hesabında yazıb. 

O qeyd edib ki, bəzən gənc yaşlarda heç bir şikayəti olmayan şəxslərdə belə anadangəlmə ürək qüsurları və ya ritm pozğunluqları mövcud olur:

“Ağır fiziki yüklənmə zamanı bu gizli problemlər qəfil ölüm riskini artırır. Daha yuxarı yaş qruplarında isə damarların tutulması, yüksək təzyiq və şəkərli diabet kimi risk faktorları ön plana çıxır.

İkinci mühüm amil isə enerji içkiləri və idman əlavələridir. Bu məhsulların tərkibində yüksək miqdarda kofein, taurin və stimulyator təsirli maddələr olur. Onların istifadəsi ürək döyüntülərini sürətləndirir, təzyiqi qaldırır və aritmiyaların yaranmasına zəmin yaradır. Ağır məşqlə birlikdə qəbul edildikdə bu içkilər qəfil infarkt və ürək dayanması riskini artırır.

Üçüncü mühüm faktor həyat tərzində qəfil dəyişiklikdir. Uzun müddət passiv həyat sürən, az hərəkət edən və ya zərərli vərdişlərə malik şəxslərin birdən-birə intensiv idmana başlaması bəzən faciəvi nəticələr doğura bilir. Orqanizm alışmadığı yüklə üzləşir, damarlarda mövcud, lakin sakit qalan aterosklerotik yığıntılar qoparaq damar tutulmasına səbəb ola bilir. Bu isə qəfil infarkt və ya ölüm riskini yüksəldir”.

R. Mahmudov bildirib ki, bütün bunların qarşısını almaq üçün bir neçə vacib qaydaya əməl etmək lazımdır:

– İdmanla məşğul olmadan öncə ürək müayinəsindən keçmək (EKQ, exokardioqrafiya, lazım gələrsə, stress-test).

– Enerji içkiləri və mənşəyi məlum olmayan əlavələrdən uzaq durmaq.

– İdman yükünü tədricən artırmaq, birdən-birə ağır məşqlərə başlamamaq.

– Şəxsi sağlamlıq vəziyyətinə uyğun fərdi idman proqramı seçmək.

Deputatın sözlərinə görə, nəticə etibarilə idman sağlamlıq üçündür, amma yanlış yanaşma ilə qəfil təhlükəyə çevrilə bilər. Ona görə də sağlam həyat tərzinə keçid mütləq tədrici, nəzarətli və şüurlu şəkildə olmalıdır.

Qeyd edək ki, bu gün Əməkdar artist Cabir İmanov idman zalında qəfil ürəktutmadan vəfat edib. 

Continue Reading

Previous: Əli Əsədov Minskdə səfərdədir – Fotolar
Next: “Bütün ailəmiz kədərlənir…” – Mehriban Əliyeva Cabir İmanovdan yazdı

Bölmənin digər xəbərləri

Bir sorğunun nəticəsi – Ermənistanda hakimiyyət çevrilişinə çağırış – ŞƏRH
  • Cəmiyyət

Bir sorğunun nəticəsi – Ermənistanda hakimiyyət çevrilişinə çağırış – ŞƏRH

10 Mart, 2026
Sabah ölkə üzrə pensiyalar ödəniləcək
  • Cəmiyyət

Sabah ölkə üzrə pensiyalar ödəniləcək

10 Mart, 2026
Sabah hava yağıntılı olacaq
  • Cəmiyyət

Sabah hava yağıntılı olacaq

10 Mart, 2026

Top 7 Xəbər

Bir sorğunun nəticəsi – Ermənistanda hakimiyyət çevrilişinə çağırış – ŞƏRH 1

Bir sorğunun nəticəsi – Ermənistanda hakimiyyət çevrilişinə çağırış – ŞƏRH

10 Mart, 2026
Sabah ölkə üzrə pensiyalar ödəniləcək 2

Sabah ölkə üzrə pensiyalar ödəniləcək

10 Mart, 2026
Vüsal Nəsirli Naftalanda vətəndaşları qəbul edəcək 3

Vüsal Nəsirli Naftalanda vətəndaşları qəbul edəcək

10 Mart, 2026
Sabah hava yağıntılı olacaq 4

Sabah hava yağıntılı olacaq

10 Mart, 2026
FHN: Od çərşənbəsində tonqalla bağlı 10 yanğın hadisəsinə çıxış qeydə alınıb 5

FHN: Od çərşənbəsində tonqalla bağlı 10 yanğın hadisəsinə çıxış qeydə alınıb

10 Mart, 2026
Baş nazirin Milli Məclisdə hesabat verəcəyi tarix məlum olub 6

Baş nazirin Milli Məclisdə hesabat verəcəyi tarix məlum olub

10 Mart, 2026
UEFA Çempionlar Liqası: “Qalatasaray” – “Liverpul” matçı ilə 1/8 final mərhələsi başlayır 7

UEFA Çempionlar Liqası: “Qalatasaray” – “Liverpul” matçı ilə 1/8 final mərhələsi başlayır

10 Mart, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 054)
  • Dünya (3. 257)
  • Gündəm (11. 372)
  • İdman (634)
  • İqtisadiyyat (574)
  • Kateqoriyasızlar (471)
  • Kriminal (1. 346)
  • Mədəniyyət (338)
  • Siyasət (2. 963)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9054) Dünya (3257) Gündəm (11372) Kateqoriyasızlar (471) Kriminal (1346) Mədəniyyət (338) Siyasət (2963) Texnologiya (14) İdman (634) İqtisadiyyat (574)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Bir sorğunun nəticəsi – Ermənistanda hakimiyyət çevrilişinə çağırış – ŞƏRH 10 Mart, 2026
  • Sabah ölkə üzrə pensiyalar ödəniləcək 10 Mart, 2026
  • Vüsal Nəsirli Naftalanda vətəndaşları qəbul edəcək 10 Mart, 2026
  • Sabah hava yağıntılı olacaq 10 Mart, 2026
  • FHN: Od çərşənbəsində tonqalla bağlı 10 yanğın hadisəsinə çıxış qeydə alınıb 10 Mart, 2026
© Addim.az | MoreNews by AF themes.