Skip to content
20 Oktyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Ana Səhifə
  • Cəmiyyət
  • Azərbaycan Afrika ölkələrinə İqlim Diplomatiyası sahəsində dəstək göstərəcək
  • Cəmiyyət

Azərbaycan Afrika ölkələrinə İqlim Diplomatiyası sahəsində dəstək göstərəcək

Azərbaycan Afrika ölkələrinə İqlim Diplomatiyası sahəsində dəstək göstərəcək. Bu barədə BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində keçirilən yüksək
Cavidan 24 Sentyabr, 2025
68d3eed0cc02868d3eed0cc029175871969668d3eed0cc02668d3eed0cc027

Azərbaycan Afrika ölkələrinə İqlim Diplomatiyası sahəsində dəstək göstərəcək.

Bu barədə BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində keçirilən yüksək səviyyəli tədbirdə elan edilib.

Bu məqsədlə BMT Baş Assambleyasının 80-ci sessiyasının yüksək səviyyəli həftəsinin ilk günündə COP29-un Bakı İqlim və Sülh Fəaliyyəti Mərkəzi ilə Çad və Qvineya-Bisau arasında Birgə İşçi Qruplar təsis edilib.

BMT-nin Baş Qərargahında COP29 Sədrliyi və Beynəlxalq Miqrasiya Təşkilatının təşəbbüsü ilə “Bakı Mərkəzi Tərəfdaşlığı: Münaqişələrdən zərər çəkən və həssas ölkələr üçün innovativ həllər” mövzusunda keçirilən yüksək səviyyəli tədbirdə 100-dən artıq hökümət üzvləri və rəsmiləri, BMT qurumlarının rəhbərləri və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

Tədbirin açılışında çıxış edən COP29-un Prezidenti Muxtar Babayev, İtaliya Beynəlxalq İnkişaf Agentliyinin icraçı direktoru Marko Ruskoni, BMT Baş Katibinin Afrika üzrə nümayəndəsi Parfayt Onyanga, Beynəlxalq Miqrasıya Təşkilatının icraçı direktorun müavini xanım Uqoçi Daniels qeyd edib ki, Azərbaycanın təşəbbüsü ilə təsis olunan Bakı Mərkəzi artıq qlobal iqlim diplomatiyasında yeni bir istiqamət açır. Mərkəz iqlim dəyişikliyi, sülh quruculuğu və iqlim miqrasiyasının tənzimlənməsi məsələlərini vahid gündəmdə birləşdirərək, həssas regionlarda real nəticələr doğuracaq layihələrin icrası üçün unikal platformaya çevrilmişdir.

Daha sonra çıxış edən Çad, Qvineya-Bisau, Somali və Uqandanın ətraf mühit nazirləri ölkələrində təxirəsalınmaz layihələrin həyata keçirilməsi üçün Bakı Mərkəzinin qurduğu tərəfdaşlığı qeyd etdilər, Azərbaycana iqlim diplomatiyası sahəsində bölüşdüyü təcrübə üçün təşəkkürlərini bildiriblər.

Bakı Mərkəzinin növbəti planları haqqında çıxış edən Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov bildirdi ki, Mərkəz qeyd olunan ölkələrdə layihələrin həyata keçirilməsinin praktiki mərhələsinə başlayır. Bu məqsədlə tədbirdə Çad və Qvineya-Bisau ilə Bakı Mərkəzi arasında Birgə İşçi Qruplarının yaradılmasına dair Memorandum təsdiqlənib.

Tədbirdə həmçinin daha bir neçə ölkə Bakı Mərkəzi tərəfdaşlığına qatılmaq niyyətlərini elan ediblər.

Xəbəri paylaş
Bəyəndinizsə dostlarınızla paylaşın:
WhatsApp WhatsApp ilə paylaş Telegram Telegram ilə paylaş Facebook Facebook-da paylaş LinkedIn LinkedIn-də paylaş Instagram Instagram üçün linki kopyala Kopyala Xəbərin linkini kopyala

Post navigation

Əvvəlki: Cənubi Qafqaz ABŞ-nin xarici siyasətinin uzunmüddətli prioritetidir
Sonrakı: Ukrayna Prezidenti: Rusiya hərbi əməliyyatları dayandırmaqdan imtina edir

Bölmənin digər xəbərləri

EhCcDGqqSPNuhNeJay b
  • Cəmiyyət

Azərbaycan neftinin qiyməti 2 %-ə yaxın artıb

Cavidan 20 Oktyabr, 2026
3vqvexs9xIfpucyD v
  • Cəmiyyət

Azərbaycanda “Uşaq Hüquqları Aylığı” elan edilib

Cavidan 20 Oktyabr, 2026
IY9FjS9jWO3fX4tx v
  • Cəmiyyət

Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana dair məlumatları etibarlı mənbələrdən yoxlamağa çağırıb

Cavidan 19 Oktyabr, 2026

Teqlər

Agent A: A Puzzle in Disguise Aktiv yaddaş Android ani çap AnTuTu Apple AzInTelecom Bad Cheese bazar Business Counterpoint Research Elektromobil Elektron ticarət Epic Games Store Fitbit Edge Fitnes-qolbaq fotoaparat Fujifilm Gadget Google Instax Square 2 iPad Pro iPhone 18 Pro Meta Microsoft Muse Wonder Newsbeat OpenAI oyun Planşetlər Reytinq Roadster Rəqəmsal İmza sahibkarlar Samsung Science smartfon spacex Süni intellekt SİMA İmza Tesla Texnologiya Tədqiqat World İlon Mask

Bölmələr

  • Cəmiyyət (3. 311)
  • Dünya (1. 085)
  • Gündəm (3. 469)
  • İdman (252)
  • İqtisadiyyat (170)
  • Kateqoriyasızlar (239)
  • Kriminal (302)
  • Mədəniyyət (97)
  • Siyasət (441)
  • Texnologiya (19)

Xəbər Trendi

Zabit, gizir, miçman və MAXE-nin məsuliyyəti artırılır 4a7984d6-93 v 1
  • Kateqoriyasızlar

Zabit, gizir, miçman və MAXE-nin məsuliyyəti artırılır

20 Oktyabr, 2026
Ərinin qətlini sifariş edən qadınla bağlı qərar verildi 1792480940_yrehs8usr v 2
  • Gündəm

Ərinin qətlini sifariş edən qadınla bağlı qərar verildi

20 Oktyabr, 2026
Azərbaycan neftinin qiyməti 2 %-ə yaxın artıb EhCcDGqqSPNuhNeJay b 3
  • Cəmiyyət

Azərbaycan neftinin qiyməti 2 %-ə yaxın artıb

20 Oktyabr, 2026
Azərbaycanda “Uşaq Hüquqları Aylığı” elan edilib 3vqvexs9xIfpucyD v 4
  • Cəmiyyət

Azərbaycanda “Uşaq Hüquqları Aylığı” elan edilib

20 Oktyabr, 2026
UEFA Çempionlar Liqası: “Sabah” bu gün Dortmund “Borussiya”sı ilə üz-üzə gələcək rflBWx6yI6nZiFO011b b 5
  • İdman

UEFA Çempionlar Liqası: “Sabah” bu gün Dortmund “Borussiya”sı ilə üz-üzə gələcək

20 Oktyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3311) Dünya (1085) Gündəm (3469) Kateqoriyasızlar (239) Kriminal (302) Mədəniyyət (97) Siyasət (441) Texnologiya (19) İdman (252) İqtisadiyyat (170)

Sayt üzrə statistika

  • 1
  • 53
  • 50
  • 4. 874

«Addim.az günün 24 saatı ərzində ölkədə və dünyada baş verən ən mühüm və aktual hadisələri operativ şəkildə işıqlandırır, cəmiyyəti maraqlandıran suallara cavab axtarır, dərin analitik təhlillər, foto və videohesabatlarla oxucularına informasiya dünyasında hər addımda bələdçilik edir.»

  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.