Skip to content
25 İyun, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Narkoloji Mərkəzin həbsdə olan direktoru və müavini məhkəmədə ifadə verib
  • Cəmiyyət
  • Gündəm

Narkoloji Mərkəzin həbsdə olan direktoru və müavini məhkəmədə ifadə verib

Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi Publik Hüquqi Şəxsinin baş direktoru işləmiş Elşən Mustafayev və həmin qurumun direktor müavini
Cavidan 23 Sentyabr, 2025
68d2a879a38c968d2a879a38ca1758636153d75232b6bb0911516c2100dd2660d890

Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi Publik Hüquqi Şəxsinin baş direktoru işləmiş Elşən Mustafayev və həmin qurumun direktor müavini işləmiş Zamin Əliyevin cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Elşən Mustafayev ifadə verib.

O, ittihamlara cavab verərkən bildirib ki, direktor vəzifəsini icra etdiyi dövrdə Narkoloji Mərkəzdə ciddi çatışmazlıqlar olub: “Mən mərkəzdə təşkilatı işlərə cavabdeh şəxs olmuşam. İşlədiyim dövrdə bir dəfə FHN tərəfindən rentgen cihazının keyfiyyətsiz olması ilə əlaqədar 2500 manat cərimə edilmişəm. Daha sonra sistem cihazları ilə əlaqədar cərimələndim, su ilə əlaqədar problem yaşadıq, dərman çatışmazlığı oldu. Hamısını cibimdən ödədim. Həmin çatışmazlıqlarla bağlı hər həftə, hər ay, TƏBİB-ə müraciət eləmişəm. Cavab gəlib ki, hazırda əllərində vəsait yoxdur. Buna görə bizim işçilərdən soruşdum ki, məndən öncə belə problemlər olanda nə ediblər? Mənə dedilər ki, fond yaratmışıq, işçilərlə pul yığıb xəstəxananın xərclərini ödəyirdik. Orqanizm kimi düşünün, bir orqanda problem olanda digər bütün orqanlar səfərbər olur, xəstəxanada da elə bir sistem yaranmışdı. Fonda pul qoymağa görə heç kimi məcbur etmirdik. Pulun həkimlər tərəfindən xəstələrin etdiyi “hörmət”dən verildiyini eşitmişdim. İmkanlı xəstə yaxınları, xəstələrin özləri onlara yaxşı baxılsın deyə “hörmət” edirdilər. Sistem həmişə belə olub, mən də belə görmüşəm”.

Prokurorun suallarını cavablandıran sabiq direktor bildirib ki, cərimələri özəl xəstəxanaların birində psixiatr vəzifəsində çalışaraq qazandığı maaşla ödəyib.

O, fonddan yığılan pulu Zamin Əliyevdən aldığını deyib: “Zamin doktor şöbə müdiri işlədiyi zamandan güvənilən biri olub. Hamı bilirdi ki, pul xəstəxananın ehtiyacları üçün xərclənir. Heç bir gizli işimiz olmayıb. Müxtəlif vaxtlarda Zamin doktordan 1000, 1100, 1700 manat pul götürüb təsərrüfat işlərinə xərcləmişəm. Narkoloji Mərkəzə qəbulla bağlı isə heç bir pul alınmayıb. Könüllü verilənlər götürülüb”.

O, elan olunmuş ittihamda özünü qismən təqsirli bilib: “Özümü qismən təqsirli bildiyim məsələ vəzifəmi layiqincə yerinə yetirə bilməmək olub. Bəzi boşluqlar olub və mən bilməmişəm. Heç vaxt komissiyasının üzvü olmamışam. İddia edildiyi kimi 250 manat alıb kiməsə sənəd verməmişəm”.

Mərkəzdə işləyən həkimlərin fəaliyyətinin uzadılması ilə bağlı sualları cavablandıran sabiq direktor bildirib ki, onun elə bir səlahiyyəti olmayıb, bu işlərə Səhiyyə Nazirliyi baxır.

Daha sonra Zamin Əliyev ifadə verib. O bildirib ki, müalicə alan şəxslərin xəstəxanaya verdiyi ziyanı da ödəməyə çalışıblar: “Bizim xəstəxanalardakı xəstələr digər xəstəxanalardakılar kimi normal deyildilər. Onlar maddənin təsiri altında şüşə sındırıb, ziyan verib, nəsə edibsə bunu əlbəttə, biz ödəyirdik. Əlavə edim ki, digər xəstəxanalardan fərqli olaraq, bizdə xəstələr qəbul olunduqdan sonra həkim gəlib xəstəni görürdü. Elə vaxt olub ki, xəstə yerləşdirilib sonra ailəsinin xəbəri olub. Mümkün deyildi ki, biz ailədən pul istəyib xəstə qəbul edək”.

O bildirib ki, dərman çatışmazlığı problemində də pulu onlar verib: “Elə xəstələr var idi ki, həm narkotik problemi vardı, həm də pnevmaniya xəstəliyindən əziyyət çəkirdi. Bizim əlimizdə isə sadəcə, psixotrop – asılılıqdan xilas edəcək dərmanlar vardı. Müalicə üçün valideynlərdən xahiş edirdik. Eləsi var imkanı olmurdu, elə xəstə var idi ailəsi yox idi. Onu da biz ödəyirdik”.


Elşən Mustafayevin vəkili vəsatət verərək müdafiə etdiyi şəxsin işlədiyi dövrdə çatışmazlıqlarla əlaqədar TƏBİB və digər orqanlara etdiyi müraciətlərlə bağlı sənədlərin məhkəməyə təqdim edilməsini xahiş edib.

Məhkəmə vəsatəti təmin edib.

Daha sonra prosesdə sənədlər tədqiq edilib.

Növbəti proses sentyabrın 30-na təyin edilib.

Qeyd edək ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” Publik Hüquqi Şəxsinin baş direktoru işləmiş Mustafayev Elşən Hümbət oğlu və həmin qurumun direktor müavini işləmiş Əliyev Zamin Sabir oğlunun qanunsuz əməlləri barədə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

İbtidai istintaqla Elşən Mustafayevin vəzifəyə təyin olunduğu 2023-cü ilin aprel ayından etibarən müavini Zamin Əliyev ilə əlbir olub həmin Mərkəzdə işləyən həkimlərin gələcəkdə fəaliyyətinə maneələrin yaradılmaması, pasiyentlərin stasionar müalicə müddətlərinin uzadılması, onların daha keyfiyyətli müalicə almaları üçün xəstə sayı daha az olan şöbələrə və ya tək nəfərlik palatalara qəbul edilməsi, narkomaniya xəstəliyindən əziyyət çəkən şəxslərin xüsusi terapiya proqramına qəbul olunması və digər məqsədlərlə ayrı-ayrı vətəndaşlardan müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində almalarına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Elşən Mustafayev və Zamin Əliyevə Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 311.3.1 və 311.3.2-ci (rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və təkrar törədildikdə) maddələri ilə yekun ittiham elan edilərək barələrində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Rusiya Zaporojyeyə zərbələr endirib, ölən və yaralananlar var
Next: Ağdamda mina partlayıb, keçmiş döyüşçü “Gizir Xanı” həlak olub

Bölmənin digər xəbərləri

6a3bde15110926a3bde15 v
  • Cəmiyyət

Milli Məclis və TBMM sədrləri görüşüb, Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin önəmi vurğulanıb

Cavidan 24 İyun, 2026
1782298572_888V
  • Cəmiyyət

İlham Əliyev Numan Kurtulmuşu qəbul edib

Cavidan 24 İyun, 2026
10d0ee22-3ae6-3 v
  • Cəmiyyət

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

Cavidan 24 İyun, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 641)
  • Dünya (3. 417)
  • Gündəm (11. 899)
  • İdman (667)
  • İqtisadiyyat (601)
  • Kateqoriyasızlar (518)
  • Kriminal (1. 405)
  • Mədəniyyət (354)
  • Siyasət (3. 004)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Milli Məclis və TBMM sədrləri görüşüb, Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin önəmi vurğulanıb 6a3bde15110926a3bde15 v 1
  • Cəmiyyət

Milli Məclis və TBMM sədrləri görüşüb, Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin önəmi vurğulanıb

24 İyun, 2026
Azərbaycan Qırğızıstanın beynəlxalq axtarışa verdiyi şəxsi təhvil verib 1782306181 b 2
  • Kriminal

Azərbaycan Qırğızıstanın beynəlxalq axtarışa verdiyi şəxsi təhvil verib

24 İyun, 2026
Milli Paralimpiya Komitəsində Tunis Qran-prisinin mükafatçıları ilə görüş keçirilib 1782304152051-664152687 3
  • İdman

Milli Paralimpiya Komitəsində Tunis Qran-prisinin mükafatçıları ilə görüş keçirilib

24 İyun, 2026
İran XİN: AEBA müfəttişlərinin nüvə obyektlərinə girişi yalnız yekun razılaşma çərçivəsində müzakirə olunacaq 6a3bba01aabca6a3bba v 4
  • Dünya

İran XİN: AEBA müfəttişlərinin nüvə obyektlərinə girişi yalnız yekun razılaşma çərçivəsində müzakirə olunacaq

24 İyun, 2026
Neftçalada DOST filialının açılışı olub 1782301v 5
  • Kateqoriyasızlar

Neftçalada DOST filialının açılışı olub

24 İyun, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9641) Dünya (3417) Gündəm (11899) Kateqoriyasızlar (518) Kriminal (1405) Mədəniyyət (354) Siyasət (3004) Texnologiya (15) İdman (667) İqtisadiyyat (601)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.