Skip to content
12 Sentyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Avropa İttifaqı Azərbaycana dəstəyini gücləndirir
  • Cəmiyyət

Avropa İttifaqı Azərbaycana dəstəyini gücləndirir

Avropa İttifaqı (Aİ) Azərbaycan və Ermənistan arasında normallaşma prosesinə və Cənubi Qafqazda regional əlaqələrə dəstəyini bir daha təsdiqləyib.
Cavidan 22 Sentyabr, 2025
M8Bux1hYUdZXA5BGxrrWGI8ioA0T2d7sNhQykM5a_825 b

Avropa İttifaqı (Aİ) Azərbaycan və Ermənistan arasında normallaşma prosesinə və Cənubi Qafqazda regional əlaqələrə dəstəyini bir daha təsdiqləyib.

“Report”un Avropa bürosunun məlumatına görə, bu barədə Aİ-nin genişlənmə üzrə komissarı Marta Kos regiona səfərinin yekunları ilə bağlı bəyan edib.

Bəyanatda bildirilib ki, Aİ Cənubi Qafqazda sülh, sabitlik və iqtisadi inkişafa sadiqliyini təsdiqləyir.

Bununla yanaşı, qeyd edilib ki, Aİ, həmçinin Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesini qətiyyətlə dəstəkləyir və regional əlaqələrə investisiya yatırmağa hazırdır.

“Ticarət marşrutlarını açmaqla, infrastrukturu birləşdirməklə və insanları yaxınlaşdırmaqla, biz bugünkü imkanı davamlı sülhə və ümumi rifaha çevirə bilərik”, – M.Kos deyib.

Bundan əlavə, M.Kos Aİ ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığı gücləndirmək və “Global Gateway” təşəbbüsü çərçivəsində investisiyaları təşviq etmək üçün iqtisadiyyat üzrə yüksək səviyyəli işçi qrupunun yaradılması barədə razılığa gəlib.

O, həmçinin minalardan zərər çəkmiş bölgələrə əlavə dəstək göstərmək niyyətini açıqlayıb.

“Team Europe” təşəbbüsü çərçivəsində Aİ və onun üzv dövlətləri artıq Azərbaycanda humanitar minatəmizləmə donorlarıdır və bu məqsədlər üçün 23 milyon avroya qədər vəsait ayrılıb.

Ermənistanda Aİ-nin 270 milyon avro məbləğində dayanıqlılıq və artım planının ikinci tranşının ayrılması elan edilib. Bunun isə 202,5 milyon avrosu islahatların və sosial-iqtisadi dayanıqlılığın gücləndirilməsinə yönəldiləcək.

Səfəri zamanı komissar, həmçinin ikitərəfli gündəlikdə strateji prioritetlər üzrə islahatların gedişatını izləmək üçün Siyasət üzrə Yüksək Səviyyəli Dialoq təşəbbüsü irəli sürüb.

Aİ həmçinin 2026-cı il parlament seçkiləri ərəfəsində Ermənistanın demokratik dayanıqlılığını və seçkilərin bütövlüyünü dəstəkləyəcək.

Post navigation

Previous: Məhkəmədə Malıbəyli və Quşçular kəndlərinə hücumla bağlı sənədlər elan edilib
Next: Pakistanda hava zərbəsi nəticəsində 23 nəfər həlak olub

Bölmənin digər xəbərləri

1789193956_1547401_a48442732857a67f
  • Cəmiyyət

Şəkidəki “Zipline” faciəsi ilə bağlı gözdən qaçan detal

Cavidan 12 Sentyabr, 2026
Снимок экрана 2026-09-11 180315
  • Cəmiyyət

Azərbaycanda regionlarında rəqabətin inkişaf səviyyəsi qiymətləndiriləcək

Cavidan 11 Sentyabr, 2026
ferid V
  • Cəmiyyət

Prezidentdən Fərid Şəfiyevlə bağlı – Sərəncam

Cavidan 11 Sentyabr, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (3. 117)
  • Dünya (1. 058)
  • Gündəm (3. 368)
  • İdman (236)
  • İqtisadiyyat (161)
  • Kateqoriyasızlar (211)
  • Kriminal (285)
  • Mədəniyyət (95)
  • Siyasət (411)
  • Texnologiya (15)

Xəbər Trendi

Şəkidəki “Zipline” faciəsi ilə bağlı gözdən qaçan detal 1789193956_1547401_a48442732857a67f 1
  • Cəmiyyət

Şəkidəki “Zipline” faciəsi ilə bağlı gözdən qaçan detal

12 Sentyabr, 2026
Bakıda avtomobil qadını vuraraq öldürüb 1789162897_5v 2
  • Kriminal

Bakıda avtomobil qadını vuraraq öldürüb

12 Sentyabr, 2026
Pezeşkian: ABŞ blokada və hücumları dayandırsa, Hörmüz boğazı açılacaq 6f1cddc5-a1ae-355c-a8e b c 3
  • Dünya

Pezeşkian: ABŞ blokada və hücumları dayandırsa, Hörmüz boğazı açılacaq

12 Sentyabr, 2026
Azərbaycanda regionlarında rəqabətin inkişaf səviyyəsi qiymətləndiriləcək Снимок экрана 2026-09-11 180315 4
  • Cəmiyyət

Azərbaycanda regionlarında rəqabətin inkişaf səviyyəsi qiymətləndiriləcək

11 Sentyabr, 2026
Prezidentdən Fərid Şəfiyevlə bağlı – Sərəncam ferid V 5
  • Cəmiyyət

Prezidentdən Fərid Şəfiyevlə bağlı – Sərəncam

11 Sentyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3117) Dünya (1058) Gündəm (3368) Kateqoriyasızlar (211) Kriminal (285) Mədəniyyət (95) Siyasət (411) Texnologiya (15) İdman (236) İqtisadiyyat (161)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.