Skip to content
26 İyun, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Şahin Mustafayev: “Azərbaycan-Çin münasibətləri yeni mərhələyə qədəm qoyub”
  • Cəmiyyət
  • Gündəm

Şahin Mustafayev: “Azərbaycan-Çin münasibətləri yeni mərhələyə qədəm qoyub”

Azərbaycan-Çin münasibətləri yeni mərhələyə qədəm qoyub və ölkələr arasında hərtərəfli strateji tərəfdaşlığın qurulması ticarət və investisiya əməkdaşlığına güclü
Cavidan 8 Sentyabr, 2025
9I9quvmgOrRRkt33T4tMwXvaElw8ZBRpvblDDm62_825 V

Azərbaycan-Çin münasibətləri yeni mərhələyə qədəm qoyub və ölkələr arasında hərtərəfli strateji tərəfdaşlığın qurulması ticarət və investisiya əməkdaşlığına güclü təkan verib.

Bunu Baş nazirin müavini Şahin Mustafayev Çinin Fucian əyalətinin Siamen şəhərində keçirilən 25-ci Çin Beynəlxalq İnvestisiya və Ticarət Sərgisi (“CIFIT 2025”) çərçivəsində təşkil edilən Çin-Azərbaycan İkitərəfli İnvestisiya Təşviqi tədbirində deyib.

O, bu müsbət tendensiyanın davamlılığını ölkələrimizin “Bir kəmər, bir yol” təşəbbüsündə fəal və birgə iştirakı ilə əlaqələndirib.

Çinin ticarət nazirinin müavini Lin Ci ölkəsinin Azərbaycanla iqtisadi əlaqələrinin yüksələn xətlə inkişaf etdiyini, Çin şirkətlərinin Azərbaycanla ticarət, logistika, sənaye, və “yaşıl enerji” sahələrində sıx əməkdaşlıq etdiyini diqqətə çatdırıb. O, həmçinin ölkələrin ikitərəfli ticarət və investisiya əlaqələrində son illər artan göstəricilər haqqında danışıb.

Azərbaycanın iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Çinin Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olduğunu qeyd edərək, investisiya əlaqələrinin praktiki müstəvidə inkişaf etdiyini vurğulayıb. Sənaye istehsalı, bərpa olunan enerji, kənd təsərrüfatı və İKT sahələrində birgə təşəbbüslərin uğurlu icrası, qarşıdakı dövrdə istehsalın lokallaşdırılması və texnologiya transferinə xidmət edəcək ortaq layihələr haqqında məlumat verilib.

Energetika nazirinin müavini Elnur Soltanov isə ölkəmizin günəş və külək enerjisi potensialı ilə Çinin qabaqcıl texnologiyalarının sintezi birgə layihələrin uğurla həyata keçirilməsinə şərait yaratdığını və gələcəkdə enerji keçidi üzrə tərəfdaşlığın daha da genişlənəcəyini bildirib.

Tədbirdə həmçinin AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev, Dövlət Neft Fondunun icraçı direktorunun müavini Bəhruz Bəhramov, Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədrinin müavini İsmayıl Manafov, Çinin İnvestisiyaların Təşviqi Agentliyinin direktoru Liu Mincyan və Çin İnvestisiya Korporasiyasının Birbaşa investisiyalar departamentinin direktoru Janq Şuo hər iki ölkənin investisiya iqlimi, qarşılıqlı faydalı investisiya təşəbbüslərinin reallaşdırılması və ticarətin təşviqi barədə çıxışlar edib, təqdimatlar keçiriblər. Bununla yanaşı, tədbir çərçivəsində keçirilən panel sessiyada Azərbaycan İnvestisiya Holdinqi, İqtisadi Zonaların İnkişafı Agentliyi, Çinin Horqos İqtisadi İnkişaf Zonası və hər iki ölkənin sənaye və İKT kimi sahələrində fəaliyyət göstərən şirkət nümayəndələri ikitərəfli işgüzar təmasların gücləndirilməsinə dair fikirlərini bölüşüb, təkliflərini irəli sürüblər. Tədbir B2B görüşlərlə davam edib.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Müharibəyə hazırlaşan Qərb – Rusiyanın elan olunmayan bloku – ŞƏRH
Next: Məhkəmə Samvel Karapetyanı həbsdə saxlayıb

Bölmənin digər xəbərləri

fbfdc797-b v
  • Cəmiyyət

Mehriban Əliyeva 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib

Cavidan 26 İyun, 2026
4ba9ea40-9cbb-36 V
  • Cəmiyyət

Prezidentin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb

Cavidan 26 İyun, 2026
Screenshot 2026-06-17 100022
  • Cəmiyyət

Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür

Cavidan 26 İyun, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 649)
  • Dünya (3. 418)
  • Gündəm (11. 899)
  • İdman (667)
  • İqtisadiyyat (602)
  • Kateqoriyasızlar (518)
  • Kriminal (1. 406)
  • Mədəniyyət (354)
  • Siyasət (3. 007)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Mehriban Əliyeva 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib fbfdc797-b v 1
  • Cəmiyyət

Mehriban Əliyeva 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib

26 İyun, 2026
Prezidentin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb 4ba9ea40-9cbb-36 V 2
  • Cəmiyyət

Prezidentin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb

26 İyun, 2026
Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür Screenshot 2026-06-17 100022 3
  • Cəmiyyət

Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür

26 İyun, 2026
Bakı, Xankəndi, Şuşa və daha beş şəhərdə hərbi yürüş keçiriləcək Ekran şəkli 2026-06-25 174302 4
  • Cəmiyyət

Bakı, Xankəndi, Şuşa və daha beş şəhərdə hərbi yürüş keçiriləcək

25 İyun, 2026
Lukaşenko bu yaxınlarda Zelenskinin nümayəndələri ilə görüşdüyünü bildirib Ekran şəkli 2026-06-25 171232 5
  • Dünya

Lukaşenko bu yaxınlarda Zelenskinin nümayəndələri ilə görüşdüyünü bildirib

25 İyun, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9649) Dünya (3418) Gündəm (11899) Kateqoriyasızlar (518) Kriminal (1406) Mədəniyyət (354) Siyasət (3007) Texnologiya (15) İdman (667) İqtisadiyyat (602)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.