Skip to content
15 Oktyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Ana Səhifə
  • Cəmiyyət
  • Şəhidlər xiyabanında çəkilişlərə məhdudiyyət və geyim qadağalarının tətbiqi təklif olunur
  • Cəmiyyət

Şəhidlər xiyabanında çəkilişlərə məhdudiyyət və geyim qadağalarının tətbiqi təklif olunur

Azərbaycanda Şəhidlər xiyabanında çəkilişlər və digər məsələlərlə bağlı daha konkret və sərt tənzimləmələrə ehtiyac var. Bu fikirləri “Report”a
Cavidan 19 Avqust, 2025
226bb865-4977-3c22-83fc-cdb9d9f15a14_850

Azərbaycanda Şəhidlər xiyabanında çəkilişlər və digər məsələlərlə bağlı daha konkret və sərt tənzimləmələrə ehtiyac var.

Bu fikirləri “Report”a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Səbinə Salmanova deyib.

Onun sözlərinə görə, Milli Məclisin payız sessiyasında bu məsələ ilə əlaqədar yeni qanunvericilik təşəbbüsləri irəli sürməyi planlaşdırırır:

“Hesab edirəm ki, şəhid məzarları, dini və tarixi abidələr, memorial komplekslər və milli əhəmiyyətli digər məkanlarda ictimai davranış qaydaları hüquqi şəkildə müəyyən edilməli, bu məkanlarda nalayiq hərəkətlərə yol verən şəxslər üçün inzibati və daha sərt cinayət məsuliyyəti nəzərdə tutulmalıdır. Eyni zamanda, bu məkanlarda video və foto çəkilişlərə məhdudiyyət də qoyulmalıdır. Yalnız ziyarət, xüsusi günlər və digər zəruri hallar istisna olmaqla, şəxsi maraqlara xidmət edən çəkilişlərə icazə verilməməlidir. Həmçinin ölkəmizdəki Şəhidlər xiyabanlarını ziyarət zamanı geyimlə bağlı da müəyyən məhdudiyyət tətbiq olunmalıdır. Həmin yerləri şortla, qısa geyimlərlə ziyarət etmək qadağan edilməlidir”.

S. Salmanova Azərbaycan xalqının tarixən şəhidlərinə və qəhrəmanlarına dərin hörmətlə yanaşdığını vurğulayıb.

“Vətənimizin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin xatirəsi bizim milli kimliyimizin, vətənpərvərlik ruhumuzun əsas dayaqlarından biridir. Şəhidlər xiyabanı isə bizim üçün sadəcə ziyarətgah deyil, həm də xalqımızın milli yaddaşını əks etdirən müqəddəs məkan, qürur yerimizdir. Bu səbəbdən də belə halların cəmiyyət tərəfindən qəbuledilməz hesab olunması, sosial şəbəkələrdə və kütləvi informasiya vasitələrində geniş müzakirə olunması təbiidir”.

Qeyd edək ki, avqustun 13-də iki əcnəbi Şəhidlər xiyabanında yol verdikləri qeyri-etik davranışları əks etdirən video çəkərək sosial şəbəkədə paylaşıb. Fakt üzrə Cinayət Məcəlləsinin 245-ci maddəsi (Qəbir üzərində təhqiredici hərəkət) ilə cinayət işi başlanılıb, hər üç şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq istintaqa cəlb ediliblər. Hazırda iş üzrə təhqiqat davam edir.

Xəbəri paylaş
Bəyəndinizsə dostlarınızla paylaşın:
WhatsApp WhatsApp ilə paylaş Telegram Telegram ilə paylaş Facebook Facebook-da paylaş LinkedIn LinkedIn-də paylaş Instagram Instagram üçün linki kopyala Kopyala Xəbərin linkini kopyala

Post navigation

Əvvəlki: Azərbaycan iqtisadi artımla bağlı proqnozunu yeniləyib
Sonrakı: Hikmət Hacıyev Türkiyə səfiri ilə Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib

Bölmənin digər xəbərləri

AMb1mOBVtV75zyVwnQ4YXbvZDIdC0Uh9JZ5hso5O_1200 B
  • Cəmiyyət

İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edir – Yenilənib

Cavidan 15 Oktyabr, 2026
6ad07d9824a196ad07d98 b
  • Cəmiyyət

“Baksol yolu”nda 28 yaşlı oğlanın kollektora düşərək ölməsi ilə bağlı ittiham olunan şəxsə cəza istənilib

Cavidan 15 Oktyabr, 2026
H9GxZ8AoUMky1Zpq b
  • Cəmiyyət

MDB Məşvərət Şurasının iştirakçıları Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər

Cavidan 15 Oktyabr, 2026

Teqlər

2026 Aktiv yaddaş Alış-veriş Android AnTuTu Apple Azerbaijan Business Women Azərbaycan-Pakistan bazar Business Counterpoint Research Elektron ticarət Femmes Digitales Fitbit Edge Fitnes-qolbaq Forza Horizon 6 Gadget Google iPad Pro iPhone 18 Pro Mastercard Messi Meta Muse Wonder Newsbeat Oyunlar Panic Button Pele Planşetlər Playground Games PlayStation 5 PS5 Reytinq Samsung Science SheMatters Pakistan SHE RISES Baku 2026 smartfon Smartfonlar Sport Stories Süni intellekt Texnologiya Tədqiqat World

Bölmələr

  • Cəmiyyət (3. 278)
  • Dünya (1. 083)
  • Gündəm (3. 461)
  • İdman (250)
  • İqtisadiyyat (170)
  • Kateqoriyasızlar (236)
  • Kriminal (300)
  • Mədəniyyət (97)
  • Siyasət (439)
  • Texnologiya (11)

Xəbər Trendi

İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edir – Yenilənib AMb1mOBVtV75zyVwnQ4YXbvZDIdC0Uh9JZ5hso5O_1200 B 1
  • Cəmiyyət

İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edir – Yenilənib

15 Oktyabr, 2026
“Baksol yolu”nda 28 yaşlı oğlanın kollektora düşərək ölməsi ilə bağlı ittiham olunan şəxsə cəza istənilib 6ad07d9824a196ad07d98 b 2
  • Cəmiyyət

“Baksol yolu”nda 28 yaşlı oğlanın kollektora düşərək ölməsi ilə bağlı ittiham olunan şəxsə cəza istənilib

15 Oktyabr, 2026
MDB Məşvərət Şurasının iştirakçıları Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər H9GxZ8AoUMky1Zpq b 3
  • Cəmiyyət

MDB Məşvərət Şurasının iştirakçıları Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər

15 Oktyabr, 2026
Azərbaycan nefti 4 dollara yaxın ucuzlaşıb kPg3Qjt2ZCfKsCe6jE v 4
  • İqtisadiyyat

Azərbaycan nefti 4 dollara yaxın ucuzlaşıb

15 Oktyabr, 2026
UEFA Konfrans Liqası: Liqa mərhələsinin I turu başlayır 753c2c08-584e-3583-a7ea v 5
  • İdman

UEFA Konfrans Liqası: Liqa mərhələsinin I turu başlayır

15 Oktyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3278) Dünya (1083) Gündəm (3461) Kateqoriyasızlar (236) Kriminal (300) Mədəniyyət (97) Siyasət (439) Texnologiya (11) İdman (250) İqtisadiyyat (170)

Sayt üzrə statistika

  • 0
  • 97
  • 95
  • 4. 752

«Addim.az günün 24 saatı ərzində ölkədə və dünyada baş verən ən mühüm və aktual hadisələri operativ şəkildə işıqlandırır, cəmiyyəti maraqlandıran suallara cavab axtarır, dərin analitik təhlillər, foto və videohesabatlarla oxucularına informasiya dünyasında hər addımda bələdçilik edir.»

  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.